Saçını.

45 5 1
                                    

Saçını dağıdıb külək;
İzn ver hörüm saçını.
Ölsəm qalar ürəyimdə,
Bir dəfə öpüm saçını.

Qaşın yay, kirpiyin oxdu,
Dərdim göz yaşımdan çoxdu,
Ölmüşəm kəfənim yoxdu
Üstümə örtüm saçını.

Bəxt də məndən qaçaq oldu,
Məndən yaman uzaq oldu,
İşdi birdən soyuq oldu
Özümə büküm saçını.

© Bəhmən Həsənov / 2017

Ruhların söhbəti.Où les histoires vivent. Découvrez maintenant