Şəhər yatır.

27 3 0
                                    

Buradan sakitcə keçin,
Burada bir şəhər yatır.
Sevgiləri zəhər dadan
Burada bir şəhər yatır.

Dərdləri var qalaq - qalaq,
Özü yatmış dərdi oyaq.
Tanrıdan uzaq qaçaraq,
Burada bir şəhər yatır .

Özündə qəhər gizlədən,
Dilində zəhər gizlədən,
Xeyri satıb, şər gizlədən,
Burada bir şəhər yatır.

Quyularında neft dolu,
Yalan sözlər boş vəd dolu,
İnsanlara nifrət dolu,
Burada bir şəhər yatır.

Uşaqları pul dilənən,
Böyükləri hey deyinən,
Pislikdən paltar geyinən,
Burada bir şəhər yatır.

Varlıları öz kefində,
Kasıbları borc içində,
Şairləri it günündə:
Burada bir şəhər yatır.

Müəllimləri rüşvət alan,
Həkimləri andın satan,
Polisi -- vicdanın atan ,
Burada bir şəhər yatır.

Üsyansız düzələn deyil,
Üsyanla düzələn deyil...
Onsuzda düzələn deyil:
Sakit durun, "şəhər yatır".

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Dove le storie prendono vita. Scoprilo ora