Mənə sevmək yaraşmır
Bakıya yaraşmayan qış kimi.
Səmaya yaraşmayan qanadı qırıq quş kimi
Mənə sevmək yaraşmır
Mərhəmətdən danışan insanların sinələrində daşıdıqları daş kimi
Olmayacaq dualarda amin kimi,arzularda kaş kimi
Mənə sevmək yaraşmır
Ömrünə 3 gün qalan birinə çox yaşa deyilməyi kimi
Yaxud da gücsüz və zəif birinin əzilməyi,döyülməyi kimi.
Mənə sevmək yaraşmır
Həyat yollarında aramsız qoyulan əngəl kimi
Yaxud da ölmüş bir əzizin məzarı üstdə deyilən "Dön gəl" kimi.
Mənə sevmək yaraşmır
Xəstəlik,vəba kimi
Və bədənimin öyrəşdiyi dərmanla dəva kimi.
Mənə sevmək yaraşmır20də 70 in ağırlığını daşıyan yaş kimi
Mənə sevmək yaraşmır
O gözəl gözlərindən yanaqlarına doğru axan yaş kimi.
Mənə sevmək yaraşmır,
Qaranlığa işıq kimi
Sənsizlikdə üzümdəki gülüş kimi
Mənə sevmək yaraşmır,
Axmağa kitab kimi,
Bakının küçələrində yüksək hesab kimi
Mənə sevmək yaraşmır,
Dost masasına düşmən kimi,
Sənin könlündə yanan ağrılar kimi
Mənə sevmək yaraşmır,
Gecələr yatmaq kimi,
Sancılarıma dərman atmaq kimi
Mənə sevmək yaraşmır,
Nifrətdə sevgi kimi,
Bacarıqsız birinə göndərilən vergi kimi
Mənə sevmək yaraşmır,
Bu şəhərdə yaşamaq kimi,
Ölü qəlblə nəfəs almaq kimi
Mənə sevmək yaraşmır,
Yaraşmadı mənə sənsizlik,
Üstümdə var bəxtsizlik
Mənə sevmək yaraşmır,
Mən uduzdum sevgidə,
Daşlayıb ürək artıq, çətin ki sevər birdə.
© Elvin, Ramin Səkkiz.
YOU ARE READING
Ruhların söhbəti.
PoetryKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).