Fikir evi.

21 2 0
                                    

Sarılmaq musiqiyə və sevmək sətirləri,
Göydələnin damından izləmək boz şəhəri
Sənin qoxundan sonra atmaq bütün ətirləri,
Sənsizlikdən yaranır ruhumda gecənin kədəri...

İllərlə yazmaq nələrisə dəyişmək arzusuyla,
Kədəri içkiyə qatıb qəlbimə vururam mən
Beyində dolanır fikirlər, mən cəmiyyət ovçusuyam,
Hər səhər xəyalının səsin duyuram mən...

Bəşəriyyət yaranandan doymadı qandan,
Mən əsrlərdi yorğunam
Sol biləkdə qara qolbaq yadigardı yardan,
Cənnət gözlərinə vurğunam...

Fikirdən ürək xəstə, gözaltım qara,
Şairik biz, dostum, ruhumuzda var yara
Dünyada elə uşaqlar var həsrətdi qara,
İnsanlığı itirə-itirə gedirik hara?...

Bu gecə topladım bütün fikirləri beynimə,
Kədərin ən dibini yaşayıram
Əsl sevginin güclə tapıldığı bir şəhərdə,
Mən sətirlərimlə birtəhər yaşayıram.
Ağrıdır ağrılar,
Köhnəlib sarğılar
Beynimdə hər gün yersiz bağırtılar,
Xilas etmədi bizi etdiyimiz axtarışlar...

© Ramin Səkkiz.

Ruhların söhbəti.Where stories live. Discover now