Dəniz.

26 3 0
                                        

Sən çıxıb gedə bilməzsən,
Eşq səni yolundan saxlar.
Mənim tökdüyüm göz yaşı
Sənin yollarını bağlar.

Göz yaşım dönər dənizə,
Sən gəmi ola bilməzsən.
Sevgili, sən bu dənizdə
Gəmisiz üzə bilməzsən.

Çox üzsən də, çırpınsan da,
Sahil səndən uzaq qalar.
Sənin özün qocalsan da,
Sənin eşqin uşaq qalar.

Boğularsan göz yaşında,
Sahilə çıxa bilməzsən.
Sən məni başqalarında
Axtarma,
tapa bilməzsən.

Qərq olarsan dalğalarda,
Qayalara çırpınarsan.
O dənizin ortasında
Tutmağa əl axtararsan.

Çox gözləmə, o əl gəlməz,
Dalğalar aparar səni.
Dəniz səni səndən alar;
"Özündən" qoparar səni.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ