Yad.

69 7 1
                                    

Şəhərim yaddı mənə,
Duyğular soyuyub
Dörd divara sığışıb dərd çəkməkdən,
Artıq qəlbim də ovulub...

Gözlərim də yorulub artıq,
Altı qara,üstü yaş
Sevmədi bu şəhər bizi,
Bataqlığında boğdu yavaş-yavaş...

Göylər də küsüb məndən,
Tanrıdan səs gəlmir artıq
Şeirlər hamısı yazılır qəmdən,
Gedənlər də gəlmir artıq...

Danış dərdlərini gecəyə,
O səssiz səni dinləyər
Bu boz şəhərin dəyərsizliyindən,
Səni sevənlərə ver dəyər...

Gəl gedək işıqlar ölkəsinə,
Qaranlıq da aldatdı bizi
Sevək orda bir-birimizi möhkəmcəsinə,
Bakı nifrətə satdı bizi...

© Ramin Səkkiz / 2017.

Ruhların söhbəti.Where stories live. Discover now