Dərdlərə ithaf.

20 3 0
                                    

Bakı, necəsən?
Xəzərində intahar etsəm yasıma gələrmisən?
Hər küçəndə neçə qəlb qırılıb bir bilsən,
Kaş alt təbəqənin də üzünə bir gülsən...

Güclü olar ürəkdən sevsə adam sevginin gücü,
Çoxdandır gülmür üzüm,
Üzüm də var biraz hüzün
Çünki, görmürəm yarımın üzün...

Orda, bir yol var uzaqda,
O yolun sonu ümid, sonu işıq
Heç nə dəyişmir bizlər yazsaq da yazmasaq da,
Cəmiyyət olaraq yuxuya alışmışıq...

Gecələr dərd çəkirəm, sətirləri düzüb şeir misralarıma,
Bu şəhərin hər dalanı qəm qoxur
Bu axşam yığ saçlarını gəl yanıma,
Etdiyimiz səhvlərin unudaq çoxun...

© Ramin Səkkiz.

Ruhların söhbəti.Место, где живут истории. Откройте их для себя