Kaş ki.

58 7 1
                                    

Bakının səkilərində qırılmış qəlblər,
Gecənin dərinliyi Tanrının səssizliyi kimi
Sıxır ürəyimi, ruhumu dərdlər,
Boz həyat, boz şəhər
Atılan addımların hamısı gedir hədər
Sadəcə, Tanrıdan bir işarə gəlsə əgər,
Düzələr hər şey bəlkə də, qəm, qüssə, kədər...

Boz Bakıda rəngli brendlər,
Saxta gəlir hər şey - gülüşlər, gözlər,
Eşqi çirkaba qatan şəxslər,
Kaş, bitsə bütün kaş ki'lər, əgər'lər...

İnsanları əsir alıb əsəb,
Dünyanın tək problemi məzhəb
Hər şeyi anlayıb, həll edərsən tək sən,
İnsanlıqdan kənarların içində insan ola bilsən...

Kaş, bu şeir kədər içdə yazılmayaydı,
Kaş, qanlar torpağa qarışmayaydı
Kaş, körpələr savaşda yanmayaydı,
Kaş, dünya silahlarla alışmayaydı...

© Ramin Səkkiz / 2017.

Ruhların söhbəti.Where stories live. Discover now