Payız.

21 3 0
                                    

Yağdır yağışını yenə ey payız,
İslat bizi yenə öz yağışınla.
Donduq doğmaların "istiliyindən"
İsit bizi payız öz soyuğunla.

Qoyma ürəyimiz donsun soyuqdan,
Soyuq insalardan uzaq tut bizi.
Yatsaq yuxumuza gələrsən payız,
Qoyma röya görək, oyaq tut bizi.

Həqiqətdən, gerçəklikdən danış sən,
Yalanları, yuxuları unudaq.
Yapış qolumuzdan, bizə sarıl sən,
Biz də sənin qollarına sarılaq.

Göstər ağacların vəfasızlığın--
Ağaclar yarpağın necə tökürlər.
Göstər dalğaların insafsızlığın--
Dalğalar sahil necə döyürlər.

Halbuki yarpaqlar sevir ağacı,
Hər bahar gələndə ziyarət edir.
Halbuki sahildə sevir dalğanı,
Dalğasa sahilə xəyanət edir.

İnsan da dalğaya bənzəyir, sanki
Unudur sahilə gəlib çıxdığın.
Dalğatək insan da xəyanət edir,
Unudur kiminsə qəlbin yıxdığın.

Unudub bəzən də özünü insan,
Dalğatək özünə sığa bilməyir.
Dalğa tək sərhəddin keçsə də insan,
Dalğa tək geriyə dönə bilməyir.

Payız, bəziləri heç sevmir sıni,
Deyirlər onlara "soyuqsan" bir az.
Amma ki bizlərə "soyuq" deyilsən,
Səni sevməyənə soyuqsan bir az.

Ey payız deyirlər sənsən günahkar,
Yarpaq sənə görə saralıb, solur.
Deyirlər son bahar həsrət fəslidir:
Sevginin gülü də payızda solur.

Fəqət sən günahkar deyilsən payız,
Ağacdır yarpağın rəngin saraldan.
Sən həsrət fəsili deyilsən payız,
Nifrətdir sevginin gülün solduran.

Sən sevgi fəslisən, şeir fəslisən,
Şairə sevgidən yazdıran sənsən.
Sən neçə sınaqdan keçib gəlmisən,
Bircə öz əhdinə vəfalı sənsən.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Dove le storie prendono vita. Scoprilo ora