Boş otaqda rəqs edir fikirlər,
Bu gecə bir şair sətir qətl edir
Ruh və qəlbim sərxoş, fincana ağrı töküb içirlər,
Bakı hər gecə bir xəyalı dəfn edir...Bir gün anlıyır insan həyatı,
Kədər boğaza düyümlənəndə
Tale gülmür üzümüzə gör nə vaxtdı,
Bəlkə düzələcək hər şey pəncərəmdə günəş görünəndə...Qaç, dostum, azadlıq burda yox,uzaqlarda,
Əlbət bir gün onu tapacaqsan
Ümidini itirmə, başını qaldır, bəlkə də səmalarda,
Sonsuz bir gözəlliyə şahid olacaqsan...Və sonda göründü günəş ümidsiz xalqa,
Artıq sevinc vaxtı bizimdir
Bax, dostum, o əvvəlki cəmiyyət harda,
Heyif, yarımçıq qaldı hər şey, çünki oyanmaq vaxtı gəlibdir...© Ramin Səkkiz.
ESTÁS LEYENDO
Ruhların söhbəti.
PoesíaKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).