Nə qədər ağlasan yuya bilməzsən,
Qəlbindən sevginin qalan izini.
Getmək istəsən də qəlbin yenə də,
Sevgi cığırından salar izini.Və iliyə qədər işləyən sevgidən iliyə qədər işləyən ağrılar qalar.
Sevgi getməz dediklərimizin getməsidir bəlkə də,
Ya da qayıdar dediklərimizin qayıtmaması.
Sevgi yarın şəraba,
Aşiqin sərxoşa dönməsidir
Ya da ümidin sönməsi.
Yarı axtararkən yarım qalmaqdır sevgi. Verilən sözlər də yalandır sevgidə,
Bilə - bilə yalana inanmaqdır sevgi.
Yaralara duz basmaq,
Sevə - sevə ayrılmaqdır sevgi.
Boş küçələrdə boş pəncərələrə baxmaq,
Canını oda yaxmaqdır sevgi.© Bəhmən Həsənov / 2017.
![](https://img.wattpad.com/cover/124398214-288-k938338.jpg)
ESTÁS LEYENDO
Ruhların söhbəti.
PoesíaKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).