Can.

36 3 1
                                    

  Gəl, qırıq ümidləri topla gəl.Gözümdə yaş, qəlbimdə sancı var.Sənin o qızıl saçlarına həsrətəm, can.Rəsmlərdən sarıla bilmirəm sənə.Sən gəl sarıl mənə, unudaq dünyanı.Danışaq, gülək, sadəcə sən və mən.Mən xoşbəxtlik içində də sənə şeir yazaram.Qəmli sətirlərimə biraz sən lazımsan.Bax, yağış yağır.Artıq payız gəldi.Payız - bizim fəslimiz, sevginin və kədərin fəsli.Yağan yağış bədənimə qarışdığı tək sən də hop ruhuma.Sonsuzadək bir bütün olaq sənlə, "biz" olaq.Bütün maneələrə qarşı əl-ələ durmaq var.Dərdlərə gülümsəmək var, can, sən gülümsə hər an.
Bax, yoxsan, sətirlərim ağrı içib kədər qusur.Üç günlük dünyanı sevgiylə yaşamaq varkən niyə qırırıq bir-birimizi? Hər şeirdə ölməkdən bezdim axı, can.Səndən xatirələrlə, xəyalınla danışıram.Xəyalına toxunmağa cəhd edən dəliyəm mən.Kaş hər ağrımı yadda saxlamıya bilsəydim.Ya da gəlib yanına sənə sarıla bilsəydim.Eh, bir qələm, vərəq bir də xəyalından başqa nə varki? Heç nə.
Bakı, gecələrin əsl dərd mağarasıdır.Və mən həmin mağarada azmışam sanki.Yorulub ruhum, qəlbim yorulub.Kənardan baxanda dərdsiz biri kimi görünmək necə də çətindir içdə fırtınalar qoparkən.Gecədən səhərə qədər yağışın altda islan.Bakının qəm qoxulu küçələrinə sətirlər düz.Cənnətgözlü bir qıza yazılan neçənci şeirdi bu bilmirəm.Saxla zamanı.Sona çatdı bu gecəlik intahar...  

© Ramin Səkkiz / 2017.

Ruhların söhbəti.Tempat cerita menjadi hidup. Temukan sekarang