Bu dəfə.

23 2 0
                                    

Gedişin nə ani oldu sevgili,
Qayıt gəl məni də apar özünlə.
Ya özün könlündə mənə yer eylə,
Ya da ki könlümü qopar özündən.

Qayıdıb gələndə üzü gülər gəl,
Gülüşün şeirimin ilhamı olsun.
Əllərim gözünün yaşın silərkən,
Ürəyim gözünün dəsmalı olsun.

İslansın ürəyim göz yaşlarınla,
Göz yaşın nifrəti yuyub aparsın.
Baxışım ilişsin baxışlarına,
Baxışlar xəyala bizi aparsın

Aparsın xəyallar içində gəzək,
Nifrətdən, pislikdən uzaq olaq biz.
Məktəb illərinə aparsın deyək
Yenidən qayıdıb uşaq olaq biz.

Uşaqlıq eləyib sevək yenə də,
Yenə gözlərimiz alışıb yansın.
Yenə də mən çiçək taxım saçına,
Sən saxla özündə xatirə qalsın.

Arabir utanıb gözünü çək ki,
Yenə həyəcanla baxım gözünə.
Sən yerdən əyilib çiçəyi dər ki,
Çiçəyi alaraq taxım telinə.

Gedib dənizə də baş çəkək sənlə,
Dalğanın səsini dinləyək bir az.
Sahildə tutaraq əl - ələ sən,
Dəniz kənarıyla biz gəzək bir az.

Qaçaq küləklərə qoşularaq biz,
Küləklər özüylə aparsın bizi.
Dərdlərin əlindən qurtulanda biz,
Əbədi xoşbəxtlik saxlasın bizi.

Əfv edək bakının günahlarını,
Sənlə bu şəhəri sevək bu dəfə.
Hiss etsək sevginin qurtardığını,
Ayrılımaq yerinə ölək bu dəfə.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Wo Geschichten leben. Entdecke jetzt