Sevgili əlini çək əllərimdən,
İtmiş eşqimizi tapsan vidalaş.
Gedərkən üzünü o yana tut get,
Nə mən vidalaşım, nə sən vidalaş.Səndən tək xatirə bir cüt göz yaşı,
Onu da sən mənə çox görmə gülüm.
İtmiş eşqimizi tapsan nə vaxtsa,
Onu da mənin tək öldürmə gülüm.Həsrətdən taqətim tükənmiş artıq,
Ayrılıq qəlbimdə məskən eyləyib.
Tanrı da bəlkə də qısqandı bizi,
Tanrı ayrılığı qəsdən eyləyib.Sən məndən narahat olma sevgili,
Onsuz da həsrətə öyrəşmişəm mən.
Ayrılıq qəddimi əydirə bilməz,
Dağ boyda dərdimə söykənmişəm mən.© Bəhmən Həsənov.
![](https://img.wattpad.com/cover/124398214-288-k938338.jpg)
BẠN ĐANG ĐỌC
Ruhların söhbəti.
Thơ caKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).