Gedirdi komasına tənha bir şair,
Beynində fikirlər fırlanırdı, keçmişə dair
Ruhu dəniz kənarında intiharda,
Gözünün önündə cənnət gözlər, incə əllər və sair...Sevmirdi insanları, dərd içini bürümüşdü,
Dəli olurdu artıq o, qaranlıqda tək başına yarım saat gülmüşdü
Daxili sıxıntılar, psixi travmalar,
İçində heç bir hiss yoxuydu, qəlbi ölmüşdü...Yazırdı şeirlər vərəqə göz yaşlarıyla,
İlham pərisinin oynuyurdu saçlarıyla
Hər dəfə nifrətini büruzə verirdi o,
Cəmiyyəti öz sözləriylə daşlamaqla...Artıq bezmişdi, yaşama həvəsi sönmüşdü,
Qələm əlində əsirdi,ilham pərisi də ölmüşdü
Beyinə doğru gedən güllələr və son,
Dünyadan bir şair yenə qiymətsiz köçmüşdü...© Ramin Səkkiz.
![](https://img.wattpad.com/cover/124398214-288-k938338.jpg)
ESTÁS LEYENDO
Ruhların söhbəti.
PoesíaKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).