Dumanlı beyin,
Göydə rəngarəng səmanı sevin
Siyah bir otaq mənim evim,
İnsanlar səhv olana verərlər xeyir.
Bilmirəm,
Qarışıb fikirlərim, tərk edib gedəsim var
Sanki hiss edirəm çağırır Tanrı məni,
Bu andaca yanımda sevgi aldı məni.
Apardı uzaqlara,
Uzaqlar həmişə uzaq qalıb mənə
Dünya hər şey yaxşı olanda gözəldi,
Niyəsə həmişə kədəri çatır mənə.
Sən hiss et sətirlərin səmadan qopub gələn dərinliyini,
Uzat əlini,
Hiss edim ovuclarının sərinliyini
Saçlarınla sarıl mənə,
Dünyam bihuş olsun gözəlliyindən.
Yazardım Bakının kədərindən,
Bu gecə kədəri səmaya qatıram
Hər kəs hiss etsəydi qəlbində sevgini,
Görməzdi hər gecə səssizcə məhvini.
İndi isə,
Bax yuxarı, unut dərdləri
Tanrının fikirlərin görəcəksən
Özündə güc topla, qır sədləri,
Azadlıq jaketin əyninə geyəcəksən.Tanrım, al canımı artıq,
Onsuz hər nəfəsdə yox oluram
Məndən xatirə sətirlər qalacaq bir sandıq,
Gələcəyi keçmişə satdıq...© Ramin Səkkiz.
YOU ARE READING
Ruhların söhbəti.
PoetryKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).