Yaxına gəl, tut əlimdən,
Gedək burdan uzaqlara.
Dərddən, qəmdən, əzablardan,
Qayğılardan uzaqlara...Doğmaların nifrətindən,
Sevgilərin zülmətindən,
Ayrılığın əzyətindən ---
Göz yaşından uzaqlara.Qəlblərə dolan qəhərdən,
Eşq adlı şirin zəhərdən,
Bu ev , bu küçə, şəhərdən,
İnsanlardan uzaqlara.Burda qoyaq dərdi, qəmi,
Atıb gedək səni-məni,
Unudaraq bu şəhəri,
Gedək ondan uzaqlara.Hər şeyi quraq təzədən,
Eşqdən, sevgidən bezmədən,
Çıxıb gedək bu dənizdən,
Dalğalardan uzaqlara.Unudaq dostu, tanışı,
Evimizin hər qarışın,
Çıxıb gedək bu yağışın
Buludundan uzaqlara.© Bəhmən Həsənov / 2017.
![](https://img.wattpad.com/cover/124398214-288-k938338.jpg)
VOUS LISEZ
Ruhların söhbəti.
PoésieKədər dolu gecədə rəqs edir sevgi, fəlsəfə və tənqid dolu fikirlər.Bu kitabda hər şey var. © Ramin Səkkiz, Bəhmən Həsənov. Cover by Məhəmməd Osmanov (İyirmiüç).