Dərd ikilisi.

37 2 1
                                    

Sərin bir yaz axşamında axtar məni,
Fikrə gedib keçmişi düşünəndə xəyalına gətir
Bir dost zarafatına gülümsəyəndə məni gizlət həmin gülüşə,
Və sonradan hər güləndə xatırla məni...
Qəm dəryasına batanda,
Yanına bir dost istəyəndə,
Monotonlaşmış bu həyatdan sıxılanda çağır məni,
Gəlim yaralarına dərman olmağa,
Mən çağıranda sən gəlmədin, eybi yox,
Mən gələrəm dərdinə yoldaş olmağa...

Yazaram şeir ağrılarına,
Çəkərəm dərdinin tüstüsün içimə,
Yuxu haram olar mənə gecələr,
Və mən əsl yoldaş olaram kədərinə, sevgilim,
Sənin ağrın, mənim ağrım...
Mən intiharın bir addımlığında,
Sənə toxuna bilməsəm belə,
Ağrını ağrıma qardaş edərəm mən,
Qoy parçalasın qəlbimi kədər,
Qoy dözə bilməsin olanlara bu ruh,
Qaldıra bilməsin ağrıları,
Depresiv günlərə şahid olsun,
Və sonda təslim olsun...
Bakı boz,
İnsanlar insanlıqdan uzaq,
Kədər deşir ürəyimi,
Yenə də,
Sən çağır məni,
Gəlim yaralarını sarımağa,
Mən çağıranda sən gəlmədin, eybi yox,
Mən gələrəm kədərini sağaltmağa...

Əsir düşəndə dörd divara,
Gələrəm o divarı dağıtmağa
Yorulub ağlayarsansa əgər,
Gələrəm göz yaşlarını silməyə,
Saçlarını sığallamağa,
Sənə sarılmağa,
Qəm-qüssənə sevgili olmağa
Yetər ki, sən çağır məni,
Gəlim yaralarından tutunmağa
Mən çağıranda sən gəlmədin, eybi yox,
Mən gələrəm sancılı ruhuna məlhəm olmağa...

© Ramin Səkkiz.

Ruhların söhbəti.Tahanan ng mga kuwento. Tumuklas ngayon