Bu ölkə məhəbbət ölkəsi deyil.

23 2 0
                                    

Bu ölkə məhəbbət ölkəsi deyil,
Səni qınamıram neyləyəsən sən.
Yox - yox sən vəfasız deyilsən gülüm,
Bir də ki nə qədər gözləyəsən sən.

Bu ölkə məhəbbət ölkəsi deyil,
Burda məhəbbətin yeri yoxdu heç.
Qızlar evlənməmiş ana olurlar,
Burda qadınların əri yoxdu heç.

Bu ölkə məhəbbət ölkəsi deyil,
Sən də unut məni ey saçı zülmət.
Bu millət sevginin qədrini bilməz,
Gözləmə onlardan sevgiyə qiymət.

Bu ölkə məhəbbət ölkəsi deyil,
Aldanma o şirin, xoş xəyallara.
Gün gələr xəyallar öldürər səni,
Qərq olma yalançı, boş xəyallara.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Wo Geschichten leben. Entdecke jetzt