Sərxoş.

16 2 0
                                    

  Bir limanda qaldı xatirələr,
Bir vağzal neçə əlvida görüb görəsən?
Bizi ayıran yolların şərəfsizliyinə içirəm mən bu gecə,
Bir sevgi ard-arda nə qədər görər axı maneələr?...
Boş vərəqləri kirlətsin qələm,
Şeirlərimin dəyərsizliyinə içirəm mən bu gecə
Səssiz yalvarışlarımı eşitsin bütün aləm,
Bakını sevib, nifrət edən də mənəm,
Şəhərimin dərdinə içirəm mən bu gecə...
Xəzərimin ləpələri alsın məni canına,
Dəniz gözlü afətə içirəm mən bu gecə
Qəlbi qırıq neçə şair şeir yazır öz yarına,
Kədərli axşamlara içirəm mən bu gecə...
Fikirlərim cəmiyyətə ox tək batsın,
Millətimin qəminə içirəm mən bu gecə
Xalq şirin yuxudadır, sakit durun hələ yatsın,
Çarəsizliyimə içirəm mən bu gecə...  

© Ramin Səkkiz.

Ruhların söhbəti.Donde viven las historias. Descúbrelo ahora