Zəhərli kədər.

18 3 1
                                    

  Vidalar yandırır insanın canını,
Gör neçə vidasız uşaq var küçəyə atılmış
Bu kədər gecələrin zəhəri,
Şeirlərim Bakıya həsr,
Bakı, küləyin belə varlılarçün yavaş əsir...
Hisslərimiz dar ağacında,
Qəlbimi çarmıxa çəkirlər bu gecə sanki
Darıxıb ağladığım gecələr xatirinə,
Yatmayıb yazdığım şeirlərin xatirinə bağışla məni Tanrı,
İçimdəki müharibədir məni yadlaşdıran hər şeyə...
Bir neçə notanın üzərinə quru sətir yazıram,
Ey sevgili, gəl şeirlə rəqs edək bir dəfədə
Ruhumuz sevgiylə dolsun...
Qaranlıq küçələrin qorxusu aldadır bizləri
O küçələrdən keçmək lazımdır, dost,
"İşıq" heç vaxt işıqda ola bilməz...
Səssizlik necə də dərindir,
Öldürücü fəlsəfə var sanki gecədə
Həqiqətin axtarışında neçələri itdi,
Həqiqət bəlkə də saf sevgidəydi...
Yox, nə sevgi?
1-2 aylıq vaxt keçirməkdir sevgi?
Ya "sevirəm" deyib, aldatmaq?
Dost, görürsən, artıq sevgini də təyin etmək gərəkdir...
Hisslər maraqlı deyil daha,
Keyfiyyət guya ki baha,
Dağ olur baxsan da bağa,
Nə yazıq ki artıq belədir cahan...  

© Ramin Səkkiz.

Ruhların söhbəti.Where stories live. Discover now