Cənnətgözlüm, qızılsaçlım.

125 9 1
                                    

Sənsizlikdə kədər qoxur hər yanım,
Yandırır qəlbimi ağrım...
Fasiləsiz sevdim səni, başqaları kimi yox
İncə əllərindəydi eşq bəlkə də
Rahat ol, can, bu şair baxışlarına aşiq
Uzun ömürlü olmayan eşqlər dövründə əbədidi sevgim
Zəmanə dəyişmir bizləri, hələdə uşaq saflığıyla dolu içim
Əgər zaman dursa, dünya dağılsa, saf eşq ölməz ruhumda
Cənnətlə təsvir etmişdim gözlərini,
Heç vaxt peşman olmadım sevdiyimə səni
İstərəm rəngliyim eşqlə bu şəhəri,
Hələdə sənin sevgindir yaşadan məni...
Səni həyata bağlayacaq qızı görərsən,
Ona bağlanarsan, bir başqadır o
Mən yox olarkən bu çirkin içində,
Məni qurtarmaq üçün göndərilən mələkdir o...
Qızıl saçlarına sətir düzüm,
Baxışlarına qərq olum,
Gözlərində yox olum
Şeirimin ən dəyərlisi,
Yorğun ruhumun ilham pərisi
Cənnətgözlüm, qızıl saçlım,
Sevgim hər zaman yanında qalsın.

© Ramin Səkkiz / 2017.
#Ruhlarınsöhbəti.
#wattpadazerbaijan

Ruhların söhbəti.Donde viven las historias. Descúbrelo ahora