Kaş.

63 9 1
                                    

  Kaş bir - biri sevməyəydik,
Onlanlar da olmayayadı.
Kaş ki məhəbbət olsa da,
Ayrılanlar olmayaydı.
Kaş ki ayrılandan sonra,
Xatirələr qalmayaydı.
Kaş ki xatirə qalsa da,
Gözlərimiz dolmayaydı
Kaş sevgi də çiçək kimi,
Açılaraq solmayaydı.
Kaş sevgidən qəlbimizdə
Yara izi qalmayaydı.
Kaş ki gecələr ağlamaq
Bizə adət olmayaydı.
Kaş ki ayrılıq bizləri,
Öz toruna salmayaydı.
Kaş ki Tanrı da məcnunun
Leylisini almayaydı.
Kaş elə sevərdik ki, vaxt
Ayrılmağa qalmayaydı.
Kaş ki bəxtimiz də bizdən
Uzaqlara qaçmayaydı.  

©Bəhmən Həsənov / 2017.

Ruhların söhbəti.Onde histórias criam vida. Descubra agora