Bilmədən.

22 3 0
                                    

Gözünün yaşı da bir an qurumaz
Göz yaşı bezərək qaçar əlindən.
Üzündən süzülüb yaş düşər yerə,
Yenə də keçəndə həmin küçədən.

İtmiş xatirələr düşər yadına,
Divarlar dil açıb danışar sənlə.
Küçənin o biri başından isə,
Bir qızın xəyalə baxışar sənlə.

Gözün evlərinə sataşar birdən,
Elə bilərsən ki baxır eyvandan.
Yenə də qorxaraq anasından o,
Gizlincə məktubu atır eyvandan.

Gülüşü, baxışı düşər yadına,
Gözünlə axtarıb gəzərsən onu.
Əlindən şəkili düşər torpağa,
Özündən xəbərsiz əzərsən onu.

Elə bil nə isə saxlayar səni,
Getmək istəyərsən getməyə qoymaz.
Qəfildən bir qadın keçər yanından,
Sən salam verərsən o salam almaz.

"Bəlkə də eyvandan baxan o deyil,
Bəlkə də heç məktub yazan o deyil"
Fikirlər beynində dolaşar yenə.
Bilmədən çiyninə toxunub sənin,
Üzr istəyərək o gedər yenə.

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Donde viven las historias. Descúbrelo ahora