Yazılır.

42 6 1
                                    

Şeir səhvə yazılır,
Şair əfv eləyir, şeir əfvə yazılır.
Boz indidən qaranlıq keçmişə,
Ən dar anda getmişə yazılır.
Şeir dərdə,
Ruhacan işləyən kədərə yazılır.
Dörd divarda,
Həzin sədalar altında
Səni sərxoş edən yar ətrinə yazılır.
Hər söz tanrıdan bəxşiş,
Bu şəhər boş tamam sənsiz.
Neçə insan boz səkidə haqq dilənir əlsiz;

Şeirlər faydasız,
Fikirlər zülmət,
Düşüncələr fərqsiz.
"Günəşin oyanışına" oyanmayan xalq,
Qəflət yuxusundan necə oyansın ?
İnsanlar arasında yaşamaq günah
Atın ədalət alovuna məni, ruhum orda yansın.
Külək günahsızların fəryadı,
Yağış anaların yaşlarıdı bəlkə ?
Nə etsən dəyişməz bu millət:
Fikirləri zülmət, ruhları kölgə.
Bu şəhərin insanları saxta,
Küçələri boz.
Özünü qaytar sevgili,
Ayrılığı poz.
Şeir şairdən yarə ərmağan.
Məni sevmə bir də sevgili bu şəhərdə sevmək qadağan.
Şeir gecələr ağlayan,
Yarə yazılır.
Dərd boğur şairi ağ vərəqə şeir qarə yazılır
Şeir əfvə yazılmır şair,
Yar məhv edir aşiqi şeir məhvə yazılır.

© Ramin Səkkiz, Bəhmən Həsənov / 2017.

Ruhların söhbəti.Wo Geschichten leben. Entdecke jetzt