Gəzinti.

20 2 0
                                    

Çəkir havanı içinə, o bikef dolanır,
Görür insanları, insanlar xəyala yol alır
O itirib ümidini, yorulub hər şeydən,
Hər gün sevgi əvəzi nifrəti qazanır.

Pul əl çərkidir, dünya əl çirkinə möhtac,
Dilənçi boz diyarda əl çirki dilənir
O bilir çox şeyi, lakin yenə də yox əlac,
Yer qalaktikada planetlər arasından ələnir.

Saçını darayır silahlar, yaxın dostu əsgər,
Yeməyə heç nə yox, evləri də səngər
Bitirmək istəsən bu müharibəni əgər,
Qaranlıqdan tez çıx işığa doğru sən gəl.

Lakin, ən çətin savaşdır öz özünlə verdiyin,
İçin içini yeyər, sakitləşə bilmərsən
Xəyanət etsə belə bu dünyada sevdiyin,
Tətiyi çəkib rahat ölə bilmərsən.

Rahat burax, dünya, get başımdan,
Mən sən bildiyin adi biri deyiləm
Yaşın çox olsa da, düz ağıl yoxdu başında,
Nəfəs alsam da mən diri biri deyiləm.

Yaşlısı da gənci də sevmədi yeniliyi,
Özgə irəliyir, bizimki geriliyir
Fərq düşüncədə, düşüncə də beyində,
Köhnəni qırıb ata bilmir cəmiyyət beynindən.

Hələ də fikirli halda o bikef dolanır,
Çarə tapa bilmədi iliyə işləyən xəstəliyə
Birtəhər havasın alıb evinə yollanır,
Hamı kimi baş qoşur artıq o da vecsizliyə.

© Ramin Səkkiz.

Ruhların söhbəti.Wo Geschichten leben. Entdecke jetzt