Şəhzadə.

111 9 6
                                    

Yuxuların şəhzadəsi,
Xəyalların sultanısan.
Sən sevginin hökmdarı,
Ayrılığın qurbanısan.

Sözlərin dərdin məlhəmi,
Gözünsə dan ulduzudur.
Eşqin qaranlıq zirzəmi,
Ətrin cənnət qoxusudur.

Mən eşqinə sadiq nökər,
Sənsə mənim hökmdarım.
Eşqi sən al, günahı mən
Ey günahsız günahkarım.

© Bəhmən Həsənov / 2017.

Ruhların söhbəti.Où les histoires vivent. Découvrez maintenant