Sənsizliyin rəsmi.

52 9 1
                                    

  Bu da əvvəlkilər kimi yoxluğa yazılan şeirlərdən növbətisi
İki deyil çox olsaydı gözlərim əmin ol ki,
Səni gözləyərkən beş-on dəfə dəyişmişdi növbəsini
Hə,bilirəm hərdən şeirlərdə sərsəmləyirəm və çox gülməli görsənir
Amma bunlar şeir deyil sənin yoxluğunun kölgəsidi.
Bilirəm,heç hiss etmədin
Bundan əvvəlki sətirdə səsimin tonunun dəyişdiyini
Heç kim bilə bilməz onsuz nə hiss etdiyimi.
Bax yenə də çox axmaq cümlə qurdum
Elə danışıram ki,
Guya onsuz nə hiss edilir ki?
Hər nəysə,bunu boş ver sənə bir şeydən danışım
Keçən dəfə bir rəssam dostumla görüşdüm
O da mənə öz işindən danışır.
Dedi bu qədər əzab çəkirsən
Bir az ondan danış təsvir edim gözəlliyin
Dedim o,sənin bildiyin gözəllərtək gözəl deyil.
-Sən danış mən rəsmini sənsə baxıb acısını çəkərsən
Onu elə rəsm edərəm ki,bir daha heyran olub
Qarşısında diz çökərsən.
Bir neçə stəkan çay və oturduq xeyli söhbət etdik
Bilirsən nə oldu?
Öz fırçasına güvənən rəssam dostum
Təslim oldu,durdu getdi.
Axırda da çox titrək bir səslə bir neçə kəlmə artırıb
Dedi ki, "Mən bunu çəkə bilmərəm
Bu sevgi deyil,xəyala aşiq olan bir bədbəxtin həyatıdı."

Sən yoxsan,
Gecələr xəyalınla şeirləşirəm mən
Ya da ki,
Qızılı saçlarına şeir düzürəm mən
Bəlkə də axmağam,
Biraz da bədbəxt
Lakin, sənə olan sevgim hər şeydən möhkəm...
Dostum, yarımın rəsmin çəkə bilmədin,
Günahı şairə atdın
Bu boz şəhər, deyəsən,
Səni də öz axuşuna alıbdı
Bir mələk necə rəsm oluna,
Rəssam, sən öz yoluna,
Mənsə sonsuz kədər yolunda...  

© Elvin, Ramin Səkkiz / 2017.

Ruhların söhbəti.Onde histórias criam vida. Descubra agora