Yenə.

36 3 1
                                    

Yenə də ürəyim aldatdı məni,
Yenə də atəşə yanan mən oldum.
Yenə də birini sevdim ürəkdən,
Yenə də atılıb qalan mən oldum.
Yenə qara bəxtim tərs gətiribdi,
Yenə eşq gölündə batan mən oldum.
Yenə suallarım dolub da daşır,
Yenə də cavabsız qalan mən oldum.
Yenə bahar gəldi güllər açıldı,
Yenə də payızla ölən mən oldum.
Yenə də gözlərim yollarda qaldı,
Yenə də birini gözləyən oldum.
Yenə də tək, tənha qaldım gecələr,
Yenə boş otağın dostu mən oldum...

© Bəhmən Həsənov / 2017.

Ruhların söhbəti.Onde histórias criam vida. Descubra agora