Özümə ithaf.

17 2 0
                                    

Ömür yarpaqları tökülür bir-bir,
Yaş üstə yaş gəlir, qocalıram mən.
Dərdimi dərdimin üstünə qoyub,
Dərdimlə birlikdə ucalıram mən.

Yapışıb uşaqlıq xatirəsindən,
Arabir qayıdıb uşaq oluram.
İllərin üstünə gəldikcə illər,
Uşaqlıq çağından uzaq oluram.

Arxada nə qədər illər var belə,
Gözümdən nə qədər yaşlar tökülüb.
Qabaqda qayğılı günlər var hələ,
Mənimsə indidən belim bükülüb.

Şeiri özümə yük eyləyərək,
Gah əyri, gah da düz yoldan keçmişəm.
Hərdən ayrılığın toruna düşüb,
Nur gözlü, ay üzlü yardan keçmişəm.

Bəzən də dözməyib üsyan eyləyib,
Durmuşam zamanla pəncə - pəncəyə.
Bəzən gözləmişəm gecəyə kimi,
Xoşbəxtlik qayıdıb gəlcək deyə.

Gözümün yaşı da qurumayıb heç,
Göz yaşı bezərək qaçıb əlimdən.
Şeirimin mövzusu özüm olmuşam,
Qələmim həmişə yazıb özümdən.

Bəzən gah buluddan, gah da küləkdən,
Bəzən də dənizdən yazıb əllərim.
Sevincli, kədərli çox günlər keçib,
İllərin içində azıb illərim...

© Bəhmən Həsənov.

Ruhların söhbəti.Donde viven las historias. Descúbrelo ahora