☀️

137 5 0
                                    

Bilirsiniz, bunun öz ölkəmə bağlılıq ilə bir əlaqəsi olmadığını düşünürəm ama nədənsə hər öz ölkəmə ayaq basanda evimə gəlmiş kimi hiss edirəm çox güman burda böyüyüb başa çatmağımdandı. Hər nəysə, mən Ceyran Aslanlı WUA(World Union of Architects) üzvü. Bəli memaram. Ən sevdiyim nöqtə isə sənətimi sevərək yerinə yetirməyimdir. Çünki uşaqlıqdan memar olmaq istəyirdim. Bu arada 24 yaşındayam. Kiminizə görə çox güman artıq evli bir qadın olmalıydım ama xeyr evli deyiləm və bundan çox məmnunam. Çünki mən sənətimi seçdim. Evliliyə gələndə isə bu çox uzuun məsələdi. Sonra danışarıq.
İtalıya-Azərbaycan hava yolları. Mən Azərbayacana gedən təyyarədəyəm. Çünki, 6 aylığına ailəmlə vaxt keçirmək üçün ölkəmə gəlmişdim. Hər il 3 aylığına gəlsəmdə bu il həm istirahət üçün həm də ailəmlə bir az daha çox vaxt keçirmək üçün bu səfər 6 ayı seçdim. 1 il əvvələ qədər təyyarə fobim olmağına rəğmən bu fobini yenmişdim. Ama hələ də hər təyyarəyə minəndə özümü qəribə hiss edirdim. Bu əlimdə olan bir şey deyildi. Bir az da həyat hekəyəmnən danışaq. Bilirəm klişe olsada qulaq asmalısız məcbur..
Həyatın enişli, yoxuşlu, dar, hündür,dərin yolları çoxu insanı hədəflərinə çatmaqdan alıqoyur. Çünki, bildiyiniz kimi hədəf seçib yerimizdə otura bilmərik axı. Hədəfə irəliləmək üçün addımlar atmalıyıq. Mən Azərbaycanda doğulmuşam. Hətta universteti orada bitimişəm. Ortalamam həmişə 100 olub filan bəsməkan deyə yalanlar demiyəcəm. Əlaçı olmasa da zərbəçi stipendiyası alırdım. Buna baxmayaraq çox bacarıqlı idim(özüməm deyə demirəm) hər kəs bunun fərqində idi. Məncə hamı öz həyatının baş roludu deyə düşünür. Mən də elə düşünürəm və əlavə olaraq məni xüsusu bacarıqla mükafatlandırıblar deyə düşünürəm. Yaxşı yaxşı bir az abartmış ola bilərəm. Siz bildizdə.. 4 illik təhsili başa vurandan sonra, magistatura oxumaga qərar vermişdim bildiyiniz kimi xaricdə işləmək üçün. Və belə də ettim ama əmin olun magistaturanı yüksək ortalama ilə oxuyurdum. Xaricə getməyi planliyanda 22 yaşında idim. Çox çətin yollarlada olsa xaricə gettim. Yəni İtalıyaya(xəyallarımın şəhəri) olan İtaliya. Durmadan çalışdım. Normalda, çox çalışan biri deyiləm. Pratik biri olduğum üçün. Bəzi uşaqlar olur bir dəfə oxuyub əzbərləyən, dərsi sinifdə öyrənən, dərsə həmişə gecikən, yaddaşlarıda güclü. Qısaca onlardan idim. Ama hədəflərimə çatmaq üçün pratik insan olmaq bəs etmirdi çox təəssüfki. Ona görədə bezmədən çalışdım. 1 ilin sonunda mənə WUA-dan təklif gəlmişdi. Bəli inanması güc bir şeydi ama olmuşdu. Memarlar ittifaqına qəbul edilmişdim. Həm də ÜMUMİDÜNYA düşünün bir. İşlərimi irərilətməkdə çox köməyi oldu,və tanındım. Beləliklə hədəfimə daha çox yaxınlaşdım.
                               🔆🔆🔆🔆

"Necə yəni otaq rezerv edilib? Siz əminsiz mənim adıma olduğundan? Baxın adınızıda bilmirəm, hə baxın Kənan bəy mən otaq falan rezerv etməmişəm. Sizin oteli tanımıram heç. Sagolun."
Təəccüblənməməli idim. Çünki hər Azərbaycana gələndə başıma bu şeylərdən min dəfə gəlir. Saxtakar insanlar doludur. Telefonum yenə çaldı bu səfər də o dələduzlardan biri olduğunun düşünürdüm ki, zəng edən anam idi. "Alo, anam hə çatmışam gəlirəm. Yox narahat olma. Hə çox acmışam hazır etsəz süfrəni əla olar. Tamam öpürəm" Anamın yeməkləri.... Çox xoşbəxt idim.
"Zəhmət olmasa mahnı qoşa bilərsiz?" Sürücü istəyim üzrə mahnı qoşdu. Normalda öz maşınımla gedərdim ama maşınım İtalıyadaki evimin baqajındadı. Gərək özümə bir dənə maşın alım. Mən bu düşüncələrə dalmışkən, evimə çattıq. Nəhayət. Mən evə çatar çatmaz təxmin ettiyiniz kimi qucaqlaşmalar ağlaşmalar quacaga hoppanmalar klassik azərbaycan ailələri...
2 saat keçmişdi. Yeməyimi yedikdən sonra, bir az çəkdiyimiz həsrət barəsində söhbətlər ettikdən sonra da otağıma keçib, kompyuterimin başında əyləşmişdim. Taakii anamın otağa girib yenədə evlilik söhbəti açana qədər hər şey yaxşı irəliləyirdi.
"Ana nə yaşın var ki sənin nənə olmaq istəyirsən səncanı?" Anam çoxda yaşlı deyildi. Yəni belə deyimdə mən onun 17 yaşında olmuşdum. Hə çox tez... o vaxtlar elə imiş nə edə bilərikki. "Qızım söhbət mənim nənə olub olmamağımnan getmir. Yaşın keçir birazdan 25 olacagsan." Hələ 25 olmagima 7 ay var idi. "Ana xahiş edirəm bəsdidə. Bilirsən də evlilik aa yaşım keçir uje evlənim deyib evlənmək kimi bir şey deyil. İnsan özün hazır hiss etməlidi. Evlınmiyəcəm demirəmki ana. Vaxtı deyil hələ." Tam anam sözə başlayarkən, "Axı qızım-" " Xahiş edirəm Ana yorğunam bir az istirahət etmək istəyirəm." Anam məni başa düşmüş olmalıdıki, otaqdan çıxdı. Çıxmazdan əvvəl meyvə yemək istəyib,
istəmədiyimidə soruşdu təbiikidə, ama ürəyim heç nə istəmirdi. Sadəcə , yatmaq istəyirdim. Beləliklə, gözümü yumdum. "BAAACIII, BAAACIIIII , BAAAACIIIII" bu səs çox tanıdıq idi.. ups yox ümid edirəm bu balaca canavar üstümə hoppanma- deyə düşünürdümki, bəli təxmin ettiyiniz kimi o artıq mənim üstümdə idi. Balaca canavar dediyimə baxmıyın 17 yaşı var idi.. "durdum, durdum nə istəyirsən bütün sümüklərimi qırmaq?" ayağa durub onunla bərk qucaqlaşdıq. Məryəm ilə. Bu mənim balaca bacım Məryəm idi. Onun çox uzun düz açıq qəhvəyi rəngi saçları var idi. Gözləri mas mavi idi. Bir az çilləri də var idi həmçinin. Çox gözəl gülürdü. Ümumiyyətlə biz gülüşümüzü anamızdan almışdıq. Aramızda ən çox anama oxşayanda Məryəm idi. " ÇOOOX DARIXMIŞŞAAM ÇOOOOX DARIXMIŞAAAM" deyə qışqıraraq məni bərk bərk qucaqlıyırdı. " başa düşdüm daha niyə qışqırıqsan axmaq qız" Anam mətbəxdən qışqıraraq; "o qısaca bacı mənə nə gətirmisən? Sualın verir" anamla ikimizdə gülməyə başladıq. Məryəm isə sanki nəə əlaqqəəsi var? Sualın verən üz mimikasını sərgiliyirdi. " ummm baxım görüm nə gətirmişəm, zaranın ən yaxşı paltarları mı desəm, kikonun ən yaxşı glossları mı desəəm, pandoranın bilərzikləri mii desəəm" Elə bu an Məryəm aldığım paketlərin ağzın açmağa başlamışdı. " ÇOOOX SAGOL DÜNYANIIN ƏN ƏN ƏN ƏN YAXŞI BACISI" üzümnən öpməyidə unutmamışdı təbiikidə. Biz ailədə 5 nəfər idik. Atam polisdir. Çoxu insan xarakterimin atama çox oxşadığını deyir. Məncə də bu belədir. Anam evdar qadındı. Ama əmin olun 100 oxumuş insana dəyər mənim anam. Özümnən 1 yaş balaca bacım var. Zöhrə. O bir neçə il əvvəl öz bağın bizlə qoparmağa çalışdı. Ama mən, anam və Məryəm Zöhrəni hələ də çox sevirik. Onu necə sevməyə bilərmki, necə onu bacılıqdan rədd edə bilərəmki? O mənim hələ də balaca bacımdı. Zöhrə mən və Məryəmə nəzərən daha fərqli olub o həmişə qısa saçlı gəzirdi. Onun gözləri bal rəngi idi. Atamın gözlərinə oxşuyurdu. Onsuz bir dənə Məryəmin gözləri anamın gözlərinə oxşuyurdu. Mənim də gözlərim qəhvəyi idi. Uşaqlıqda biz həmişə saçımızı uzun saxlayardıq. Anam belə istəyirdi. Zöhrə isə həmişə saçını kare kəsdirərdi. Onun fikirləri atamla həmişə zidd idi. *Mən bizneslə məşğul olacam* deyəndədə Atam qəbuı etməmişdi. Çünki, atamın öz prisipləri var idi. Mənim qızlarım ancaq müəllimə, həkim olmalıdırlar. Deyirdi. Ama bu təbiikidə belə olmadı mən atama qarşı gəldim. Memar olacam dedim, başda inkar etsədə sonra qəbul etməyə məcbur oldu. Bəlkə də atamın ilk göz ağrısı idim deyə çox qarşı gəlmədi. Bunu hamı bilirdi ki atam məni özündəndə çox istəyir. Zöhrə qarşı gələndə isə işlər yaxşı getmədi. Atam heçvaxt qəbul etmədi. Zöhrədə dediyim dedik insan olduğu üçün təbiikidə razı olmayıb, getti. Mən Zöhrənin həmişə arxasındayam. Bu həmişə belə olacaq. O nə qədər bizlə əlaqəsin kəssədə, qaçınılmaz reallıqdı ki Zöhrə mənim bacımdır. İndi Məryəm həkim olmağı planlıyır. Sırf atam elə istəyir deyə yox, özü istəyir deyə həkim olacag. Dərsləridə əladı, onunla fəxr edirəm. Məryəm aldığım əşyalar baxırdı. Anam mətbəxdə idi. Atam isə qonaqotağında Tv izləyirdi. Təxmin ettiyiniz kimi pensiyaya çıxmışdı. Mənsə öz otağımda iş sitemini gözdən keçirtmək üçün laptopumu əlimə almışdım. Elə bu an zəng gəldi. "Alo? Bəli mənəm Ceyran Aslanlı."

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin