sezon finalı☀️

8 3 0
                                    

Hava niyə bu qədər isti olmalı idi? Niyə axı??
Evdən çıxalı 1 saat olmuşdu. Ayanın mənə attığı konuma gedib, qaynanamın ad günü partysini necə təşkil edəcəyimizi danışacaqdıq. Maşından düşüb, 15 dəqiqə idiki Ayanı axtarırdım. Telefonumu götürüb, Ayana zəng etməyimə rəğmən telefonunu bir türlü açmırdı. Bu məni daha da əsəbləşdirirdi. Nəhayət, bir az getdikdən sonra, bi kafe gördüm. Çox güman orda idi. Yavaş addımlarla kafeyə girdim, gözlərim isə bütün masalarda Ayanı axtarırdı. Kafe işçilərindən biri mənə yaxınlaşıb, "necə kömək edə bilərəm?" Dedi. Yəni bir dəqiqə imkan verməzsizdə nəfəs alaq. Shopping mərkəzlərində ayrı kafelerdə ayrı restoranlarda ayrı bi salında bizi xahiş edirəm. Bezmiş bir mimika ilə "bu dəqiqə mənə kömək edə biləcəyinizi sanmıram." Dedim. Tamam bir az sərt ola bilərdi amma biraz keçsəydi birinə partlayacaqdım. "Ceyran Ata Xan?" Dedi oğlan mənə baxaraq. Bu məni hardan tanıyırdı? "Bəli?" Dedim ona maraqla baxaraq. "Çox çox üzr istəyirik Ceyran xanım buyurun masanız bu tərəfdədi." Məcbur onun arxası ilə getməyə başladım. Sonda lüks bir masanın önündə dayandıq. "Buyurun əyləşin. Ayan xanım bir az gecikəcək siz rahatınıza baxın." Dedi. Bir az gecikəcək?? Onsuz yarım saat gecikib daha nə qədər gecikməyi fikirləşir? Nəysə. "Anlamadım?" Dedim ona baxaraq. Çünkü anlamamışdım Ayan xanım niyə deyirdi? "Ayan xanım bu kafenin sahibidi bilmirdiniz?" Bir dəqiqə nə?! Bilmirdim təbiikidə. Ona saxta bir gülümsəmə ilə cavab verdim. "İndi öyrəndim."
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
Yarım saat keçmişdi. Bəli yenə yarım saat keçmişdi və toplamda 1 saata yaxın idiki mən Ayanı gözləyirdim. Özümə sifariş ettiyim latteni içib bitirmişdim. Və mən birini gözləməkdən nifrət edirdim. Tam ayağa qalxıb, çantamı götürürdüm ki, telefonuma zəng gəldi. Kim olduğuna baxmadan zəngi cavabladım.
-alo?
-Alo Ceyran mənəm Ayan. Çox üzr istəyirəm səni bir az gözləttim vacib işim çıxdı gələ bilməyəcəm. Çox çox üzr istəyirəm.
-anladım.
Deyib, telefonu söndürdüm çünki əks halda heç də yaxşı sözlər çıxmayacaqdı ağzımdan.
Bidə deyir bir az gözlətdim. Bir az nədi cüzi gözlətdin.
Sürətli adımlarla kafedən çıxıb, maşınıma tərəf irəlilədim. Elə bu an telefonuma yenə zəng gəldi. Maşınımın yanında dayanıb, telefonu çantamdan çıxartdım.
Xan🥰 kişisi arıyor..
Xan zəng edirdi. Mən gərək bu emojini silim əsəbimə toxunur.
-alo?
-alo hardasan Ceyran?
-cəhənnəmin orta göbəyindəyəm Tufan.
-adam gedəndə xəbər eliyər
-gələn səfər cəhənnəmə iki kişi rezerv edim yadıma sal.
-Mizah şəlaləsi zarafatı qoy qırağa hardasan?
-sənə nə?
Deyib telefonu söndürdüm. Bəli Tufanın üzünə adboy verdim. Ayanı bir yannan Ziyası bir yannan Tufanı bir yannan bezmişdim artıq. Maşına oturub, kəmərimi taxdım. Üç dəfə dərin nəfəs alıb verdikdən sonra maşını işə saldım. Bu arada Tufan ardı ardına zəng edirdi amma telefonu səssizə atmışdım.
Altınızda porsche olması xoşbəxt olduğunuz anlamına gəlmir. Yolda orta sürətlə sadəcə küləyin səsini eşidərək yol getmək bəzən yorucu olur. Öz özümə düşünürəmki əgər sürəti sevsəydim və ondan qorxmasaydım hal-hazırda çox gümanki boş olan həmin bu yolda 120 ilə gedərdim. Amma belə fikirləşəndə mən həmişə düz biri olmuşam, yüksək yerlərdən qorxduğuma görə heçvaxt həyəcan verici şeylərə minməmişəm. Amma yəqin ki, yüksəklikdən qorxmasaydım belə minməzdim. Eyni sürətdən qorxmasam belə sürətli sürməyəcəyim kimi..
Bu sıxıcı moodu bir kənara qoyub, bir mahnı açdım.
Honey gentry-aphrodite
Açığı bu mahnını sevirdim.
Arada hər şeyi buraxıb İtaliyaya qaçmaq istəyirdim. Oradaki evimdən, otağımdan, yatağımdan sarı darıxmışdım..
               ☀️☀️☀️☀️☀️☀️
Nəhayət, evə gəlib çatmışdım. Çantamı və maşının açarın masanın üzərinə qoyub, yuxarı qalxdım. Görünür, Tufan evdə deyildi. Otağıma girib, üstümdəki birdə geyinməyəcəyim dar və narahat açıq qəhvəyi rəngli paltarı çıxardıb, yerə attım. Sonra əynimə qısa şort geyinib, üstünədə ağ t-shirt geyindim. Aynanın önünə keçib, sırğalarımı çıxartdım sonra isə üzüklərimi ən sonda isə sepimi çıxartdım. Tam duşakabinin qapısın açırdım ki, heçdə gözləmədiyim bir mənzərə ilə qarşılaşdım. Tufan duşdan çıxmışdı üstündə isə sadəcə beldən aşağı bornozu var idi. Oda məni görcək təəccübləndi çox güman ki gəldiyimi eşitməmişdi. Mən tez üzümü çevirdim. "Ceyrann?!" Dedi təəccüblü səslə. Mən də eyni tonla "Tufan?!" Deyə cavab verdim. "Nə vaxt gəlmisən eşitməmişəm." Dedi. Amma eyni zamandada məni başdan ayağa süzdüyünü hiss edirdim. "Tufan xahiş edirəm çıxa bilərsən otaqdan?" Dedim. Amma ona tərəf baxmırdım. "Niyə?"
Necə yəni niyə? Yarı çılpaq haldasan ya hani?
"Tufan çılpaqsan axı eləbil?" Hələ də üzüm çevrili idi.
"Nolsun? Biz evli deyilik ki?"
Refleks olaraq, ona tərəf çevrilib, gözlərinə baxdım. Çünki, qarın əzələlərinə baxabilməzdim. "Nə?" Deyə bilmişdim sadəcə..
O isə yavaş addımlarla mənə tərəf gəlməyə başlamışdı..
"Deyirəm ki, biz evliyik nədən utanırsan? Hm?" O yavaşca üzümə doğru əyildi. Mən isə ona necə bir mimika ilə baxdığımın fərqində belə deyildim. Sonra isə Tufan gülməyə başladı. Qəhqəhə ilə həm də..
"Üzüvün halın görməli idin ahahaha"
Mən isə əsəbdən öləcəkdim. Bu günüm yetərincə əla keçməmişdi onsuz. Əsəbi bi halda yanından keçib, duşakabinə girdim. Tamam normalda bu qədər stressli olmamalı idim amma bu gün qəribə şəkildə əsəbi idim. Deyəsən, yatağımın tərs tərəfindən qalxmışdım.
                                ☀️☀️☀️☀️
16:36
"Niyə elə baxırsan?" Ayaqüstə mətbəx masasının üzərindəki qabdan çiyələk yeyirdim. Tufan isə məni izləyirdi.
"Göz baxmaq üçündüdə" dedi bıyığaltı gülümsəyərək.
Ona göz süzdürüb, telefonumu götürüb, divana tərəf gettim. "Bu gün niyə beləsən?"
"Necəyəm?"
Tufanın sualına telefona baxa baxa cavab vermişdim.
"Bu gün harda idin?"  Masadan tv nin pultunu götürüb, tv ni söndürdüm. Sonra çevrilib, Tufana baxdım.
"Mən sənə hesab verməliyəm hərdəfəsində?" Madamki məndən uzaq dur demişdi mən də elə edirdim. Biz sadəcə kağız üstündə evli olub, eyni evin içində yaşayan iki yad insan idik.
O qaşını çattı "hə verməlisən. Biz saxta da olsa evliyik və bu evliliyin başında sənə nələr etməli olduğunu demişdim." Artıq onun mənlə bu tonda danışmağından bezmişdim. Telefonu divana atıb, ayağa qaldıxdım. Onun gözünün içinə baxa-baxa gəlib, qarşısında dayandım. "Sən mənə necə hesab vermirsənsə, mən də sənə eyni şəkildə hesab vermirəm. İstədiyim yerə gedərəm istədiyimi eliyərəm." Sonuncu sözləri vurğulayaraq demişdim.
"İstədiyivi edə bilməzsən. Sən evli birisən və bu anlaşmalı evliliyi nəyə görə davam ettiririk çox yaxşı bilirsən Ceyran." Onunda səs tonu yüksəlmişdi. "Sən narahat olma. Mən nəyi etməli olduğumu nəyi etməli olmadığımı çox yaxşı bilirəm. Amma bu o demək deyilki mən hərşeyimi sənə aççot verməliyəm." Ona eyni tonda cavab vermişdim. İkimizində gözlərindən alov çıxırdı sanki..
"Mənə niyə kimsə sənin kafedə olan şəklivi atıb, həyat yoldaşın sevgilisin gözləyir adlı cümlə yazmalıdı axı?!"
Bütün saatlar durdu. Olduğum yerdə hərəkətsiz şəkildə bi iki saniyə Tufanın cümləsini anlamağa çalışdım. Tufanın gözləri bu səfər fərqli baxırdı. Onun gözlərində əsəbdən daha çox xəyal qırıqlığı var idi. Ona o şəkili kim atmışdı? Və niyə elə bir cümlə yazmışdı? O kafedə olduğumu kim bilirdi?
"Cavab ver." Tufan titrəyən səs tonu ilə bu sözü demişdi. Cavab ver demişdi. Açıqla demişdi. Mən isə susdum. Ona mən o kafedə Ayanı gözləyirdim desəydim inanacaqdı mənə? Hal-hazırda inanacaqmış kimi baxmırdı ama..
Heç nə demədən sakitcə divanda oturdum. Başımı isə iki əlimin arasına almışdım. Tufan isə ayaqüstdə məni izləyirdi.
"Ceyran xahiş edirəm cavab ver."
Nə cavabı gözləyirdi? Yox sevgilimi gözləmirdim deməli idim? Yoxsa problem mənim sevgilimi gözləyib gözləmədiyim deyildi? Bəlkə də problem mən əyər bunu etmişəmsə tutulmağım idi?
"Kim atıb o şəkili sənə?" Dedim. Amma onun üzünə baxmırdım. İlk 5 saniyə falan cavab vermədi.
"Hər kim tanımıram. Sevgilini gözləyirdin həqiqətən?" Tufanın səsində anlamlandıramadığım bir şey var idi. O qorxurdu sanki.. Amma nədən?
Başımı qaldırıb, onun gözlərinə baxdım. Və dərin bir nəfəs aldım.
"Mənim sevgilim yoxdu Tufan. Bu gün Ayan məni çağırmışdı mən də getmişdim. O isə gəlmədi. Hətta neçə saat onu gözləmişəm."
Tufanın üzündə anlamlandıra bilmədiyim gülümsəmə yaranmışdı. "Niyə gülürsən söz danışıram" dedim. O isə tez özünü ələ alıb, "gülmürəm nə əlaqə? Sənə qulaq asıram." Dedi.
Amma mən onun gülümsədiyini görmüşdüm.
"Hə belə. O şəklidə kim çəkib nəyə görə çəkib sənə niyə nə məqsədlə atıb heç bir fikrim yoxdu." Dedim. Əslində isə, təxmini kimin attığını bilirdim. Ayan atmışdı çox güman. Bu gün isə bilərək gəlməmişdi mənə bi komplo planlayacaqdı amma alındıra bilməyib.
"Noldu niyə fikirə gettin?" Tufanın səsi ilə ayağa qalxdım. "Heç" deyə bilmişdim sadəcə..
                        ☀️☀️☀️☀️☀️☀️
Bəzi günlər olur, hətta bəzi anlar olur etməli o qədər işinizin olmasına rəğmən siz sadəcə yatmaq istəyirsiz. Mən bu anlardan çox yaşamışdım hal-hazırda da yaşıyırdım. Divanda oturub, sadəcə tavanı izləyirdim. Qalxıb, çimib hazırlaşıb şirkətə getməli idim sonra isə Sultan xanımın ad günü partysini təşkil etmək üçün, Ayanla əlaqə saxlamalı idim. Mən isə telefonumu söndürüb, bir qırağa atmışdım. Səhər saat 10:00 idi.
Birdən ayağa qalxanda gözlərim qaraldı. Mətbəxə sarı gettim masanın önündə ayaqüstdə pencərədən çölə baxmağa başladım. Həyətdə Tufan çimənlikləri sulayırdı. Amma koftasız idi bəli onun əynində sadəcə qırmızı şort var idi.
Günəşin şüaları su damlaları ilə birləşib, kiçik göyqurşağı yaratmışdı. Gördüyüm ən gözəl mənzərələrdən biri ola bilərdi...
Yalın ayağ qapıdan çıxıb, Tufanın yanına gettim. Sizə tövsiyəm budur ki, həyatınız boyu ən az bir dəfə yalın ayaq çimənliklərdə gəzin çox hüzurlu hiss edəcəksiz.
"Ceyran?" Tufan mənə təəccüblə baxdı. "Tufan?" Dedim.
"Sən depressiyada deyildin?" Ha ha ha
"Yoo nə əlaqə?" Dedim ona baxaraq. O isə çiyinlərini qaldırdı. "Nəbilim vallah" mənə maraqlı olan su fəvvarələri ola ola Tufan niyə çəmənləri özü sulayırdı?
"Fəvvarələr işləmir gərək onları düzəltdirim." Dedi önünə baxaraq. Bu adam fikrimi oxumuşdu??
Əlindən şlanqı aldım. "Ver bir az da mən sulayım" o isə maragla mənə baxmaqdan başqa heç nə demədi. Belə çox sıxıcı idi mənsə bir az əylənmək istəyirdim. Əlimdəki təziqlə gələn su şlanqını Tufana doğru tuttum. Aha bunu elədim. O isə nə olduğunu anlamadan qışqırmağa başladı. "Ceyran neynirsən axıı??" Mən isə qəh-qəhə ilə gülürdüm. "Səncə də çox isti deyill Tufann??" O məni tutaraq əlimdəki şlanqı alıb, üstümə tuttu. "Həə məncə də çox istidi Ceyraan" hər yerimizi su olmuşdu. Amma biz sadəcə, yüksək səslə gülürdük. Boynuma almalı idim ki, unuda bilməyəcəyim anlardan biri idi...
☀️☀️☀️☀️☀️☀️
21:18
Həyətdəki su'lu anlardan sonra evə girib, sıra ilə duş alıb, divanda oturmuşduq. "Ölüüürəəm acıındaan" dedim qışqıraraq. Tufan isə birdən diksinmişdi... "Mən iş yeməyinə gedəcəm indi. İş yoldaşlarımın yoldaşlarıda gəlir yeməyə." Onu cümləsini bitirməyə icazə vermədən, "gedirəm, gedirəm, gedirəm." Dedim sevincək bir şəkildə. Dəyişiklik yaxşı gələcəkdi mənə. Tufana zəng gəldiyi üçün qalxıb, telefonla danışmağa başladı. Mən isə vaxt itirmədən yuxarı qalxıb, otağıma girdim. Qəşəng bir şeylər geyinməli idim. Bu gün nədənsə ağ geyinmək istəyirəm. Yox nə dəxli niyə Tufan ağ sevir deyə ağ geyinimki?? Ha ha. Ağ rəngi özüm çox sevirəm ona görə. Afərin Ceyran öz-özüvə dalaşmağa başladın. Dəli olmağa əmin addımlar ilə irəliləyirsən.
Dolabdakı ağ zərif abiyeni götürdüm heç düşünmədən. Paltarı geyinib, aynanın qabağına keçdim. Sadə amma gözəl makyaj etməli idim. Yarım saatlıq makyajın ardından saçımı sadəcə boş dalğalı halda buraxdım. Biqudilərin canı sağolsun. Dyson la əlləşəcək vaxtım yox idi..
gold rəngi saattımı və bi iki takı taxdıqdan sonra, qara sadə stiletto ayaqqabımı geyindim. Ayaqqabım ilə uyğun olsun deyə qara çantamı da taxdıqdan sonra hazır idim.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin