Nəhayət, Tufanın evinə gəlib çatmışdıq. Burdan öz maşınım ilə evimə gedəcəkdim. Hal-hazırda yatağımdan başqa heç nə düşünmürdüm. "Maşım sürə biləcəyindən əminsən?" Dedi Tufan mənə baxaraq. Yəni sürə bilərdim çoxda problem yox idi. Bir az yuxum gəlirdi sadəcə. "Narahat olma." Dedim başımı sallayaraq. Qapını açıb, ayağımı yerə qoyacaqdımki, ayağım burxuldu. Eləbil ayağımın altına nəsə girmişdi. Ağzımnan özümnən asılı olmayaraq çığlıq çıxdı. "Noldu?" Dedi Tufan tez yanıma gələrək. Mən maşının qapısından tutub, ayaq üstə qalmağa çalışırdım. "Ayağım burxuldu deyəsən." Dedim Tufana baxaraq. "Yeriyə bilirsən?" Dedi Tufan. Ayağımın üstünə basmağa çalışanda həmən ağrını yenə hissetmişdim. Yox mənasında başımı sağa sola salladım. "Yaxşı" və bir anda özümü tufanın qolları arasında gördüm. Məni qucağına almışdı. Heç nə demədim çünkü, yeriyə bilmirdim. Onun qucağında yığılıb, bap-balaca qalmışdım. Əlindəki açarla maşını kilitləyib, evə doğru getti. İçəri girib, məni pilləkanlarla yuxarı çıxartdı. Qolu ilə qapını açıb, məni yatağına uzattı. Ayağımın arası keçmirdi. "Çox ağrıyır?" Dedi Tufan ayağıma baxaraq. "Çoxdu azdı bilmirəm ama ağrıyır." Dedim üzümü büzərək. Tufan otaqdan çıxdı. Hara gettiyi haqqında bi fikrim yox idi. Əlimi ayağımın ağrıyan hissəsinə qoydum. Şişmişdi. Elə bu an Tufan içəri əlində buz ilə gəldi. Əlindən almaq üçün əlimi uzattım ama yatağın qırağında oturub, ayağıma buz tuttu. "Özün buzu necə tutacaqsan çox marağlıdı." Əslində haqlı idi. Əlim ayağıma çatmırdı heç. "Əyər şişi yatmasa, deməli ciddi bir şey var. Xəstəxanaya gedəciyik." Xahiş edirəm sadəcə burxulmuş olsun. Çıxsa heç yaxşı olmuyacaq. "Xəstəxnaya getmək istəmirəm" dedim ona baxaraq. Çox yorğun idim və xəstəxanaya getmək istəmirdim. O əlini buzdan çəkmədən ayağıma baxırdı. "Sənin istiyib, istəməməyindən deyil." Dedi ciddi bir səs tonu ilə. Heç nə deyə bilmədim. 30 dəqiqə idiki Tufan buzu üç dəfə dəyişib, ayağıma tuturdu. Ama ağrıdan yata bilmirdim. "Qolun yoruldu day. Ver özüm tutum." Dedim. "Şişi yattı. Deməkki, sadəcə burxulub qoxulacaq bir şey yoxdu. Bu gecə burda qalırsan. Yat istirahət elə." O tam ayağa qalxarkən qolundan tuttum. "Sən hara gedirsən?" Qalxdığı yerinə oturdu. "Heç yerə getmirəm Ceyran. Buzu dəyişib, gələcəm ayağına tutacam. Sən yatana qədərdə burdayam narahat olma." Dedi gözümə baxaraq. Başımı salladım. Oda qalxıb, buzu dəyişməyə getti. Ayağıma baxdım şişi yatmışdı. Şükürki çıxıb elememişdi. Ama bir problem var idi. Mən bu don ilə yata bilməzdim. Yəni başıma güllə sıxın yata bilməzdim. Ayağa qalxıb, Tufan gələnə qədər onun paltarlarından geyinməyə çalışacağdım qalxa bilsəydim təbiiki. Digər ayağımı yerə qoydum. Burxulan ayağımı yerə qoymağa çalışanda Tufan içəri girdi. "Neynirsən sən?" Deyib, ayağımı yatağa uzattı. Bir az əsəbləşdi deyəsən. Ümumiyyətlə məncə Tufana papatya çayı lazımdı. "Durub neyniyəcəkdin? Yallı gedəcəkdin?" Dedi mənə baxaraq. Gözləri ilə məni öldürə bilərdi. "Mən sadəcə paltarımı dəyişmək istədim." Dedim. Gözlərinə baxa bilmirdim. Bir neçə saniyə heç bir cavab vermədi. Əlindəki buzu hələ də ayağıma tuturdu. "Ayağını endirib yavaşca üstünə basmağa çalış görək basa bilirsən. Ama yavaşca elə Ceyran." Mən də başımı sallayıb, digər ayağımı yerə endirdim. O da məni izləyirdi. Burxulan ayağımı da yerə qoydum. Tam üstünə basmaq istəyirdimki, yatağa yenidən oturdum. "Eşofman bir də t-shirt gətirəcəm. Başqa bir şey istəyirsən?" Dedi Tufan mənə baxaraq. "Yox onlar bəs edər." Ayağa qalxıb gardropdan qara incə eşofman və ağ t-shirt gətirdi. "Qapının ağzındayam nəsə lazım olsa səslən yaxşı?"
"Yaxşı." Ama bir problem var idi. Əslində problemler çox idi. Mənim problemsiz bir anım yox idi. Ama alışmışdım. Paltarımın ipi arxadan bağlı idi. Ama mən əlimi arxaya atıb onu aça bilməzdim çünkü, sağolsun anam o qədər düyün vurmuşduki. Tufandan kömək istəməli idim məcbur başqa çarəm yox idi. O ayağa qalxıb, tam qapıdan çıxırkən "Xan" deyə səsləndim. Çevrilib, mənə baxdı. "Noldu?" Dedi. Onun gözlərinə baxamayaraq. "Donumun ipin aça bilərsən zəhmət olmasa? Mən aça bilmirəm." Dedim. Bu gün bibaır üstünə biabır olurdum. Heç nə demədən gəlib, yanıma oturdu. "Çevril" Tufanın vərdişi idi bu. Əmr kipiylə danışmağa öyrəşmişdi. Ama hal-hazırda ona bir şey deyə bilməzdim. Yavaşca çevrildim. Tufanın əli tenimə təmas edəndə istəmsizcə, gözlərimi yumdum. Nəfəsini boynumda hiss edə bilirdim. O isə anamın attığı düyümləri açmağa çalışırdı. Utancverici bir an idi yəni. Nəhayət, 3 cəhtdən sonra açıb bitirdi. Ama ayağa qalxmırdı. "Çox sağol" dedim kürəyim ona çevrili ikən. Heç nə demədən qalxıb, otaqdan çıxdı. Qapını örtəməyidə unutmamışdı. Adam bir dəyməz zad deyərdə. Nəysə. Mən donumu çıxardıb, Tufanın gətirdiyi paltarları geyindim. Elə bu an qapı döyüldü. "Gələ bilərəm?"
"Gəl" o içəri girib, yatağın yanında yerdəki donumu götürüb, gardroba apardı. Gəlib, mənə ayağımı uzatmaq üçün kömək ettikdən sonra üstümü örttü. Ama heç nə danışmırdı. "Çox sağol Xan. Hər şey üçün." Demişdim ona baxaraq. Onun isə arxası dönük idi. "Bir şey deyil." Dedi və çıxdı otaqdan. 10 dəqiqə içində nə ola bilərdiki? Məncə Xan çox güman bipolardı. Ruh halı tez-tez dəyişir. 15 dəq əvvəl mənə çox kibar davranırdı. İndi isə heç üzümə baxmadı. Eybiyox nəysə. Tumbanın üstündəki lambanı söndürdükdən sonra gözlərimi yumdum. Sonra yenə açdım. Çünkü, anama xəbər verməliydim. Telefonumu götürüb, anama zəng ettim. Telefonu sönlü idi. Yatıb çox güman. Amma indiyə qədər mənə 20 dəfə zəng eləməliydi. Məni yadınnan çıxardıb? Of Ceyran axmaq axmaq danışma. Düşünübki gec gələrsən oda yatıb. Onsuz evə girəndə promoy otağıva girirsən. Telefonu yastığın yanına qoyub, gözlərimi yumdum. Birdən otağın işıqları yandı. Tufan içəri girmişdi. Əlində isə dərman paketləri var idi. "Bayaqdan bunu axtarıram. Ağrıkəsici dərman içməlisən yoxsa ağrıdan yata bilməzsən." Yaxşı açığı desəm o çox yaxşı bir idi. Gün keçdikcə ona daha çox güvənirdim. Əlindəki dərman ilə bi stəkan suyu mənə verdi. Dərmanı içəndən sonra, ona baxıb "çox sağol Tufan" dedim. Daha ona Xan deməyəcəkdim. Çünkü bundan xoşu gəlmirdi. Heyrətlə gözlərimə baxdı. "Xan'a noldu bəs?" Dedi. Necə yəni? Bu uşaq həqiqətən bipolar idi. Sənin xoşun gəlmirdi bəs Xannan. "Xoşun gəlmir. Mən də o xitabı işlətməmək qərarına gəldim." Heç nə demədi. Heç nə demədən otağın işığın söndürüb, çıxıb getti. Xan desəm bir dərd. Deməsəm bir dərd. O onsuz həmişə belə idi. Nə gözləyirdimki? Nə gözləməyə başlamışdınki Ceyran?
🔆🔆🔆🔆
09:57
Gözlərimi açdım. Ayağımın necə olduğunu öyrənmək üçün tez ayağıma baxdım. Şişi tam yatmışdı. İki ayağımıda yataqdan sallayıb, yerə qoydum. Və ayağa qalxdım. Ayağımın üstünə basa bilirdim nəhayət. İçərisi çox isti idi deyə altımdaki eşofmanı çıxarttım. Onsuz Tufanın t-shirti mənə don kimi qalırdı. Panaroma pencərənin önünə keçib, pərdəni aralamaq istədim. Ama onnan əvvəl ayağ əsnəmə hərəkətləri edib, ayağımın necə işlədiyini yoxlamaq istədim.

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...