-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni?
-onda mənə ən sevdiyin şeiri oxu
-oxuduqdan sonra gedəcəksən?
-hə..
-gələbilsəydim əyər..
eşqi təsvir etməzdim sənə.
güləbilsəydim əyər..
gözlərimdən yaş axardı.
qaça bilsəydim əyər..
yerimdən...
Zöhrə, Tufan, Ceyran və Toğrul divanda oturub, bir-birlərini izləyirdilər. "Biz bu sübutlarla onu dəqiq içəri attıra bilərik?" Ceyranın səsi sükutun pozulmağına səbəb oldu. "Əlimizdən gəldiyi qədər onun əleyhine sübut toplamalıyıq" Zöhrə əlindəki not dəftərinə bir şeylər yazarkən, Toğrul isə ipadda qatilin əleyhine sübut toplama yazılarını oxuyurdu. "Hal-hazırda əlimizdə nə var?" Zöhrə başını qaldırıb, onlara baxdı. "Hər şeyi etiraf ettiyi səs yazısı və şirkət masasındaki çəkməcədə olan şirkətin qeyri-qanuni sənədləri." Dedi Tufan. Zöhrə isə bunları eşitcək əlindəki not dəftərinə qeyd etti. "Baxın burda deyirki, qatilin tuttuğu vəkilin qatilin əleyhine olan ən az bir sübutdan xəbərdar olmamalıdır" Toğrul əlindəki ipaddan oxuduğu cümləni vurğuladı. "Əlimizdəki səs yazısından heç kimin xəbəri olmamalıdır qısaca" dedi Ceyran ciddiyyətlə. "Bəs yaxşı çəkməcənin kilidinin açarını necə götürmək fikriniz var?" dedi Zöhrə əlindəki qələmlə oynayaraq.. "Mən bu məsələ haqqında düşündüm. Bizim evə girmək üçün anam məni və Ceyranı evlərinə dəvət etməlidi ancaq bunu öz istəyi ilə eləməlidirki Ziya heç nədən şüphələnməsin" Tufanın bu cümləsindən sonra onlar bu haqqda düşünməyə başladı. Bu səfər səssizliyi pozan Tufanın telefonuna gələn mesaj olmuşdu. O divanın qarşısındaki kiçik masadan telefonunu götürüb, ekrana baxdı. Narıncı baş kişisinden bir sesli mesaj.. Tufan bacısı Suranın attığı səsli mesajın üstünə basdı. "Salam Tufan bəy mən Sura bacın. Bəlkə, bir bacın olduğunu unutmusan ona görə dedim. Sabah mənim ad günümüdür. Elə böyük və tən-tənəli keçirtməyəcəm ancaq ad günümdə qardaşımın olmasını çox istəyirəm. Əyər Ceyran gəlinbacıda gəlmək istəsə çox sevinərəm. Heç bir həddiyəyə ehtiyac yoxdur. Öpdüm üç mindəfə" Bu səsli mesajdan sonra masadəkilər hamısı gülümsədi. Çünkü, istədikləri fürsət ayağlarına gəlmişdi.. Tufan tez səsli mesajı açdı, "salam. Yox narıncı baş bir bacım olduğunu unutmamışam. Amma nə yalan deyim sabah ad günün olduğunu unutmuşdum. Əlbəttə ki, gələcəm. Mən özüm elə sənə hədiyyəyəm. Mən də öpdüm üç min dəfə" Ceyran Tufanın bacısı ilə münasibətinin tamam fərqli və gözəl olduğuna şahit olduqdan sonra, reflex olaraq gülümsəmişdi. Çünkü, Tufanın uzun müddətdən sonra ilk dəfə zarafatcıl və gülərüz olduğunu görürdü. "O zaman planımız belədi, Tufan və Ceyran sabah axşam ad günə gedillər. Açarı axtarıb tapıllar sonra isə yaratdığım Wp qrupuna yazıllarki açarı tapıblar. Toğrulla məndə evin olduğu küçədə gözləyirik. Tufan hava almaq adı ilə çıxıb, bizə açarı gizlicə verir sonra isə evə qayıdır. Bizdə şirkətə gedib, Ziyanın otağındaki kilitli siyirməni açıb sənədlərin şəkillərini çəkirik" Zöhrənin planı qüsursuz idi ancaq.. "Sənədlərin şəkilləri sübut olaraq qəbul olunacaq?" Toğrulu bu sualı ilə hərkəs bir-birinə baxdı. "Əgər sənədləri götürsək, Ziyanın bundan xəbəri olacaq və biz həmən gün açarı yerinə qoymalıyıq" dedi Tufan. "O sənədlərdə nə olduğu haqqda belə heç bir fikrimiz yoxdu." Ceyran bu ehtimalıda ortaya ataraq, ayağa qalxdı sonra isə mətbəxə yaxınlaşıb, soyuducunu açdı. "Yəni gedək direkt şikayət edək bu insan mənim atamı öldürüb. Nəyik biz? Şherlokom zad?" "O o qədər asand olsaydı mən bildiyim an şikayət edərdim onsuz Ceyran xanım." "Məncə, siz heç danışmıyın Tufan bəy" Zöhrə Ceyran ilə Tufanın atışdıqlarını görüb, sözə başladı. "İndi atışmağın nə yeriri nə də zamanı gənclər." "Sabah axşam biz sənədləri əldə edən kimi Zöhrə xanım ilə polis məntəqəsinə gedib, şikayət edərik həm də bütün sübutları verərik" "Həkim bəyə qatılıram." "Ad günü bitməmiş polislər gəlib, Ziyanı aparacaqlar" "Və ədalət yerin tapacaq" deyə Ceyran əlavə etti. "Sabah bütün təfərrüatları Wp qrupunda yazacam" Tufanın bu cümləsindən sonra hərkəs başı ilə təsdiqlədi. ******** Toğrul ilə Zöhrə öz evlərinə getdikdən sonra, Ceyran öz otağına çıxmış, Tufan isə divanda uzanmışdı. "Bəlkə yatasan neçə gündü düzgün yatmırsan" Tufan Ceyranın səsi ilə arxasına çöndü. Ceyran mətbəx mebelinə söykənib, su içirdi. "Dərmanlarını içmirsən hamısı olduğu kimi qalıb. Niyə içmirsən axı?" Tufan ayağa qalxıb, mətbəxə tərəf irəlilədi.. "Bundan sənə nə?" Ceyran onun qarşısında dayanıb, dik-dik baxırdı. "Onda mənim yatıb-yatmamağımdan sənə?" Tufanda ona eyni tonda qarşılıq vermişdi. "Günah məndədi" deyib, Ceyran getməyə çalışanda, Tufan onun qolundan tutub icazə vermədi. "Biz danışmalıyıq Ceyran." "Bizim danışacaq heçnəyimiz yoxdu Tufan" Ceyran Tufanın əlini öz qolundan çəkməyə çalışanda Tufan onun o biri qolundan tutub, özünə çəkdi. Onlar indi həm göz-gözə həm də nəfəs-nəfəsə idilər. "Mənə nifrət edirsən?" Tufan bu cümləni səsi titrəyərək demişdi. Ceyrana bu sualı verməsinin səbəbi, səhər yağışın altında Ceyranın ona sənə nifrət edirəm deməsi idi. Ceyran isə ona nifrət dolu baxışlarla yox, tamamən fərqli baxışlarla baxırdı. İndi o Tufanı qucaqlayıb, bütün çəkdiyi acıları onunla paylaşmaq, onnan güc almaq istəyirdi. Amma Tufan ona yalan danışmışdı onun güvənini paramparça etmişdi. Ceyran dahada incinmək istəmirdi. "Mən yalançı insanlarla danışmaq istəmirəm" Ceyran bu cümləni deyəndə belə Tufanın gözlərinə baxa bilmirdi. "Axı mən yalançı deyiləm? Məcbur qaldım" Tufansa, Ceyran onun gözlərinə baxsın deyə içində yalvarırdı. "Nəyə?! Nəyə məcbur qaldın!?!" Ceyran bu səfər səsini yüksəltmişdi. O Tufana çox əsəbi idi. "Elə bilirsən mənim üçün asand oldu? Hə? Sən hər gözümün içinə baxıb, gülümsəyəndə sənə yalan danışmaq eləbilirsən asand oldu??" Tufanda artıq əsəbini gizlədə bilmirdi.. "Məncə asand olub. Burax qolumu!" Ceyran Tufanın qolunu tuttuğu əlini çəkməyə çalışırdı. Tufansa əlini çəkməməkdə israrcı idi. O Ceyranı birazda özünə yaxınlaşdırıb, bir yerə getməsinə icazə vermədi. Tufan iri və cüssəli olduğuna görə Ceyran ondan asanlıqla xilas ola bilmirdi. "O an sənə desəydim nə olacaqdı axı? Gedib, Ziyanın qabağına yenə isyan edib, onu öldürməyə çalışacaqdın? Ya polisə gedəcəkdin? Polis nə deyəcəkdi? Sübutun hanı deyəcəkdi??" "Tufan xahiş edirəm burax qolumu incidirsən." Əslində, Tufan onun qolunu yavaş tuturdu. Çünkü, onu incitmək istəmirdi. "İncidirəm? Al buraxdım" Nəhayət, Tufan Ceyranı sərbəst buraxmışdı. "Get, qaç. Bunu istəmirdin? Get indi isə həmişə getdiyin kimi. Sən incitmirsən? Sən məni incitmirsən? Ceyran? Məni nə qədər incitdiyindən xəbərin var sənin? Eləbil Tufan daşdan ibarətdi sanki Tufanın hissləri yoxdu" Tufan Ceyrana pərişan halda baxırdı. Onun səsinin titrəyişindən, baxışlarından nə qədər əziyyət çəkdiyi ortada idi. Ceyransa, susub onu dinliyirdi. Tufan onu buraxanda o getmədi.. "Ata dediyim şəxs psixopat qatilin biridi. Və mən o hər an sənə və ailəvə zərər verə bilər qorxusu ilə yaşıyıram. Çünkü, o mən hələ uşaq ikəndə mənə zərər vermək üçün bacıma qardaşıma ya da anama zərər verirdi. Eləbilirsən mənim yaşadıqlarım asantdı? Bircə sən incinirsən? Bircə sən acı çəkirsən? Hə! Yalan danışdım! Lənət olsun ki, yalan danışdım!" Tufan son cümləsi ilə mətbəx mebelinin üstündəki stəkanı yerə çaxması bir oldu. Ceyransa onun bu hərəkətindən diksinib, bir adım geri attı. "Get! Bağışlama məni!" Tufan çarəsizcə aşağı çöküb, balaca uşaqlar kimi dizini qucağına yığıb, başını orada gizlədi. Ceyransa onu ilk dəfə bu qədər çarəsiz, pərişan, əziyyət çəkən görürdü. O Tufanı bu halda görüb, bayaqdan sıxdığı göz yaşlarını sərbəst buraxdı. O da yerə çöküb, Tufanın etdiyi kimi belini, mətbəxin bar mebelinə söykədi. Sonra isə başını Tufanın sol çiyninə qoydu. Onlar ikisidə çökmüş, pərişan halda orda eləcə oturdular. ☀️☀️☀️☀️☀️☀️ Səhər 10:00 Secret Research adlı Wp qrupu: Zöhrə- sabahınız xeyir. Toğrul-sizin də sabahınız xeyir Zöhrə xanım :) Tufan- hər vaxtınız xeyir. Planımızın üstündən keçirəm. Zöhrə- Ceyran oyanmayıb? Tufan- o yatır. Toğrul- buyur Tufan keç planın üstündən. Tufan- biz saat 6 da Ziya nın evində olacağıq. Bir saat keçdikdən sonra isə mən açarı tapıb, sizə xəbər edəcəm. Sizdə evin yaxınlığına gəldikdən sonra bu qrupa gəldiyinizi xəbər edəcəksiz bura qədər hər şey anlaşıldı? Zöhrə- aha bura qədər okay. Toğrul- anlaşıldı. Tufan- Əla. Sonra isə mən hava almaq adı ilə çölə çıxıb, sizə açarı verib içəri girəcəm. Və sizdə açarı alıb, şirkətə gedib sənədləri götürəcəksiz. Səs yazısı Zöhrə olmalıdı. Zöhrə- məndədi narahat olma. Sənədlərə baxıb, Ziyanın əleyhinə olanları götürüb, vaxt itirmədən polisə gedəcəyik. Tufan- bəli. Toğrul- bizlikdi narahat olma. Bu gün hər şeyi həll edəcəyik. Zöhrə- ümid edirəm həll edərik. Tufan- bu gün bütün problemlər bitəcək. ☀️☀️☀️☀️☀️☀️☀️ Günorta saat 16:30 "Ceyran!" Tufan salonun ortasında Ceyranın aşağı enməsini gözləyirdi. Anlamıram bu qadınlar niyə bu qədər gec hazırlaşırlar axı? Ceyran pilləkanlarla yavaş-yavaş aşağı endi. "Gəldim"
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Onun yenə başdan ayağa qara geyinmişdi. Sanki ad günə yox yasa gedirdi. Tufansa ona qaranı yox ağı daha çox yaraşdırırdı. Onlar evdən çıxıb, Tufanın maşınına mindilər. "Kəmərini bağla" Tufanın bu xəbərdarlığından sonra, Ceyran vaxt itirmədən kəmərini bağladı. Tufan ilə Ceyran eyni anda bir-birlərinə baxdılar. "Hazırsan?" "Heç olmadığım qədər"