-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni?
-onda mənə ən sevdiyin şeiri oxu
-oxuduqdan sonra gedəcəksən?
-hə..
-gələbilsəydim əyər..
eşqi təsvir etməzdim sənə.
güləbilsəydim əyər..
gözlərimdən yaş axardı.
qaça bilsəydim əyər..
yerimdən...
Ceyran qapının kilitli olmadığını görüb içəri girdi. Tufan qapını heç vaxt açıq qoymazdı axı? Deyə düşünərək salona göz gəzdirdi içəri alt qatda heç kim yox idi. O sonra təlaşlı şəkildə sürətlə pilləkanları çıxıb, Tufanın otağının qarşısına gəldi. Qapını açmaqda tərəddüt etti və sakitçə qapını döydü. Amma heç bir səs gəlməmişdi. O bir iki dəfə Tufanı səslədikdən sonra, qorxu və narahatçılıq hissi onu yeyib, bitirdiyinə görə, nəhayət, qapının qolundan tutub, qapını açdı.. Tufan yatağının üstündə yarı çılpaq vəziyyətində yatırdı. Yanında isə Ayan uzanmışdı və üzərində Tufanın köynəyi var idi. Ceyran bu mənzərəni görcək cəld qapını bağladı... ☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️ 48 saat əvvəl... "Bacı bax bilirsən bu işlərdən çox başa düşən deyiləm. Amma dediklərivi nəzərdən keçirtdiyimdə Tufana qarşı boş olmadığını açığ-aydın görə bilirəm" Zöhrə iş yerindəki masasının arxasında oturub, qarşısında oturan bacısını izləyirdi. Ceyransa qəhvəsini yavaş-yavaş yudumluyurdu. "Mən də bunu başa salmağa çalışıram ki, ona qarşı bəslədiyim hisslər nədi? Bunu anlamağa çalışıram" Ceyran fincanını masanın üzərinə qoyub, Zöhrənin masasının üstündəki ailə şəkilləri olan çərçivəni götürüb, seyretdi.. "Aranızda nəsə olub?" "Nə kimi?" "Yəəni başa düşdündə sən. Neçə müddətdi eyni evdə qalırsız bəlkə, kont-" "Ayıb olsun. Bu bir. İkincisidəki Tufan ilə aramda fiziksəl olarağ heç nə olmayıb olmazda təbiikidə." "Bilirəme, bir şey olsada bu sadəcə bir anlıq bir şey olar. Heç bir hissin olmadığı anlıq şe-" "Başa düşdüm. Və deyirəmki heç nə olmayıb buna icazə verməmişik." Deyib, Ceyran əlindəki çərçivəni yerinə qoydu. "Başa düşdüm. Bəs indi sən deyirsənki, onnan sarı darıxırsan o evdə qala bilmirsən filan bəsməkan." "Hə. Amma bu sadəcə neçə aydı birlikdə qalmağımız səbəbi ilə yaranan bağlılıqda ola bilər. Yəni ola bilsinki əslində heç nə hissetmirəm amma sadəcə darıxıram." "Yaxşı gəl belə edək. Tufanı görəndə nə hiss edirsən?" "Ürəyim ağzımda atır." "Bunu daha öncə yaşamısan?" "Xatırlamıram." "Başqa nə hiss edirsən?" "Tufanın qoxusu məni başqa dünyalara aparır. Ona yaxın olmaq güvəndə hissettirir. Gülüşünü seyr etmək, dünyanın ən gözəl mənzərəsini seyretmək kimi bir şeydi. Yəni belə bir şeyi ilk dəfə yaşıyıram amma ilk dəfə yaşıyıram deyə sevgi sayılmayada bilər" Zöhrə əlini çənəsinə söykəyib, düşünməyə başladı. "Məncə bu sevgidi" "Off daha bu mövzunu bağlayaq." "Yox bağlamayacağıq. Bunu Tufanın özünə açıqla. Həm onu-" "Yox,yox,yox. Qətiyyən yox. Özümü biabır etmək kimi bir fikrim yoxdu. Mənim haqqımda nə fikirləşər? Yox qətiyyən." "Dəlisən? Nə əlaqə? Həm bəlkə oda sənə qarşı boş deyil?" "Doğurdan?" "Aha doğurdan." Zöhrə bacısının əlini əlinə aldı. "Bax bacı, get Tufanın yanına gör hələ necə hiss edəcəksən? Həm söz açılar danışarsız bəlkə... Bu mövzu ciddi bir mövzudu." Ceyran dərindən nəfəs alıb, gülümsədi. "Tamam dediyin kimi edəcəm" ☀️☀️☀️☀️☀️☀️☀️☀️ Tufan yuxudan yenicə durmuş yarı yuxulu vəziyyətdə evin içində fırlanırdı. Onun üstündə qara kimano atlet və boş eşofman var idi. İçdiyi şey isə qara acı kofedən başqa heç nə deyildi. Ayaqüstə dayanmaqdan yorulduğu üçün özünü qara dəri divanına attı. Kofesini masaya qoyub, arxasına uzandı. Sağ əlini eşofmanın cibinə reflex olaraq saldığında əli nəyəsə dəymişdi. O cibindən açıq mavi rəngli saç rezini çıxartdı. Bu Ceyrana aid idi.. rezini burnuna aparıb, qoxladı. Bu Ceyranın qoxusu idi... Tufan bu qoxu ilə nəfəs almaq istəyirdi.. O yenidən arxasına uzandı. Bu aralar tavanı izləmək Ceyranın olduğu qədər, Tufanında hobisi olmuşdu. Tufan artıq bu hisslərin keçici olmadığının fərqinə varmışdı. O Ceyrandan sarı çox darıxırdı nə edəcəyini bilmirdi. Nə bir şey yeməyə nə də içməyə həvəsi var idi.. nə olur axı mənə? Dəli olacam.. ********** "Ana" dedi Ceyran anasının qucağına başını qoymuş, anasını seyr edirdi. Eyni zamandada Həcər xanımın ağarmış saçlarına sığal çəkirdi. "Haycan qızım" anasıda qızının saçlarını sığallıyırdı. "Məhəbbət, eşq ya da nəbilim sevgi bunlar nədi? Ümumiyyətlə məhəbbətin dadına baxanda bunun eşq olduğunu hardan bilmişdin?" "Əgər həmin adam sənin ürək ritmivi sürətləndirirsə bu sevgi deyil" "Bəs nədir?" "Gözəl qızım, sevgi və eşq tamam fərqli şeylərdi. Sən ailəvi, dostlarıvı, tanrını sevə bilərsən. Amma eşq bəslədiyin insan tamam fərqli olur. Bunun eşq yoxsa sevgi olduğunu necə bilə bilərsən? Əgər sən o adamın yanınada güvəndə hiss edirsənsə, o adama güvənməkdən qorxmursansa, o adamın gözlərində dərinlərə batırsansa, saatlarca onun gülüşünü izləmək istəyirsənsə, onun yanında hüzurlu hiss edirsənsə, o sənə yaxınlaşanda ürəyin yerindən çıxacaqmış kimi hiss edirsənsə, teni sənin tenivi çəkirsə hə deməli sən aşiq olmusan. Və bu bəslədiyin hiss eşqdi." Ceyran ilk 5 saniyə susdu.. o anasının dediklərini bir-bir anlamağa çalışdı. "Çox sağol ana" deyə bilmişdi sadəcə.. "De görüm kimə könlüvü qaptırmısan?" Ceyran qalxıb, divanda oturdu və onu bərk qucaqladı. "Sonra deyərəm" ********** "Tufan xəbərin var özünnən?" Toğrul divana sərilib qalan dostunu izləyirdi. "Nə olubki mənə?" Tufan isə əlindəki viski şişəsi ilə baxışırdı. "Daha nə qədər özüvə əziyyət verəcəksən? Bir həftədi özündə deyilsən. Tufan gedib tamam fərqli biri gəlib sanki.." "Yio, həmənki Tufanam mən" "Məsələ Ceyrandı hə?" Tufan uzandığı yerdən qalxıb, dik oturmağa çalışdı. "Nə olub ki Ceyrana?" "Ay axmaq Ceyrana bir şey olmayıb. Olan sənə olub, məcnuna dönmüsən xəbərin yoxdu" Toğrul Tufanın əlindəki viski şişəsini alıb, stolun üzərinə qoydu. "Darıxıram onnan sarı... zəng etmək istəyirəm, səsini eşitmək istəyirəm lakin edə bilmirəm. Deyəcək niyə zəng edibsən nə deyəcəm? Toğrul ilk dəfə öz evim mənə yad ev kimi gəlir. Divarlar üstümə-üstümə gəlir. Arada çaşıb onu çağırıram. Başımı tamam itirmişəm. Nə olub axı mənə? Anlamıram" Tufan çarəsizcə başını əlləri arasına aldı. "Aşiq olmusan dostum olan budu" Tufan başını qaldırıb, Toğrula baxdı. "Bilmirəm..." "Bəlkə də bunu onunla danışmalısan?" "Yox. Məndən nifrət edər. Bunu gözə ala bilmərəm." "Səndən niyə nifrət etsin axı ay axmaq? Həm əminsən gözə almayacağından? Sevirsənsə, arxasında durmağı bacarmalısan yoxsa başqası gəlib, gözüvün önündə onu səndən alar." "Düşüncəsi belə dəli eliyir məni. Sus sənallah" "Onda nəyi gözdüyürsən?" "Elə indi? Gec deyil?" "Yox. Elə indi.." Elə bu an qapı zəngi çaldı. "Mən baxaram" deyib, Toğrul ayağa qalxdı. O qapıya tərəf gedib, qapını açdı. "Ayan?" "Toğrul?" "Buyur keç" Ayan içəri girib, salona tərəf gəldi. Tufan ayağa qalxıb, onu qarşıladı. "Ayan nəsə olub?" "Yox. Nəsə olmalıdırki? Uşaqlıq dostumun evinə gələ bilmərəm?" Deyib, divanda oturub ayağını ayağının üzərinə qoydu. "O o mənada soruşmadı. Yəni bu saatta niyə gəlibsən mənasında" Toğrul isə ayaq üstə onu izləyirdi. "Sənə də salam Toğrul. Üzüvü görək haralardasan?" "Mən artıq uzun müddətdirki burdayam. Məni görməmisənsə, nə edə bilərəm" deyib çiyinlərini qaldırdı Toğrul. "Heç dəyişməmisən. Hər zamanki kimi dobra və kobudsan" "Dobra olduğum doğrudu amma kobud sözünü qəbul edə bilmərəm" deyib, göz vurdu Toğrul. "Bəsdirin başımı ağrıtmıyın yenə" Tufan isə yenə divana çöküb uzandı. "Mən gedim daha Tufan işim var. Danışdığımız söhbəti unutma" "Oldu qardaşım. Gözdə səni yola salım" Tufan ayağa qalxmaq istəyirdi ki, başı gicəllənib, divana yıxıldı. "Ehtiyac yoxdu özüm gedərəm. Çox içmə səndə" Toğrul pencəyini divanın başından götürüb, çıxıb getti. "Niyə bu qədər içmisən?" Ayan Tufana yaxın oturmağa çalışdı. Tufan isə məsafəsini qoruyurdu. "Bir səbəbi yoxdu" "Bu gecə burda qala bilərəm? Papagilə Röyagildə qalacam dedim Röya isə evdə yox imiş." "Qala bilərsən amma divanda yatacaqsan uyğundu sənə?" "Heç bir problem yoxdu. Artıq paltar falan var evdə? Bu paltar çox dardı." Dedi üstündəki çəhrayı mini dar paltarı göstərərək. "Artıq deyəndəki kofta, eşofman verərəm dolabımdan" "Tamam təşəkkürlər" ☀️☀️☀️☀️☀️☀️☀️ Səhər saat 9:30 idi. Ceyran çoxdan oyanmış duşa girib, çıxmış hazırlaşmışdı. O aynanın qarşısında makyajını bitirdikdən sonra sırğasınıda taxmışdı. Öz-özünə durmadan gülümsəyirdi. Çünkü, bu gün onun üçün xüsusi bir gün idi. Bu gün hisslərini Tufana açıqlayacaqdı. O dünən Zöhrəgildən evə gələndən sonra bu mövzu haqqda və anasının dediklədi haqqında çox düşünmüşdü. Və sonda Tufana qarşı hisslər bəslədiyinin fərqinə varmışdı. Bu gün isə bütün cəsarətini toplayıb, onun evinə gedəcəkdi. Bu gün spesifik olaraqda ağ don geyinmişdi.
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
Çünkü, bir dəfə Tufan Ceyrana ağ sənə çox yaraşır demişdi. O ən sevdiyi ətri vurduqdan sonra çantasını götürüb, otaqdan çıxanda qolu ağ qızılgüllərin olduğu güldana dəydi. Güldan isə yerə düşüb, çilik-çilik oldu. Ceyran tez əyilib, gülləri toplamağa çalışanda güldanın qırılmış parçası onun əlini kəsdi. Əlindəki qan isə ağ qızılgüllərin üzərinə damlamışdı. Ağ qızılgüllər artıq ala qana bulanmışdılar. Ceyran tez ayağa qalxıb, gedib əlini WC də yudu. Sonra isə leykaplastır yapışdırdı. O gülləri sonra toplamağa qərar verib, otağından çıxdı. Salona enib, maşının açarını götürdükdən sonra, evdən çıxıb, qapını kilitlədi. *********** Ayan oyanaraq divandan yavaşca qalxdı. Onun əynində Tufanın koftası var idi. Tufan ona eşofmanda vermişdi lakin o sadəcə, koftanı geyinmişdi. Divandan qalxıb, mətbəxə tərəf getti. Özünə bir stəkan su süzüb içdi. Elə bu an həyətdə maşınını saxlayan Ceyranı gördü. O cəld qaçaraq Tufanın verdiyi eşofmanı götürüb, qapını açdı və sürətlə yuxarı qata Tufanın otağına çıxdı. Tufanın yataqda koftasız yattığını görüb, sevindi. Onun planı göz önündə idi. Hər şeyi ikicə dəqiqədə fikirləşmişdi. Yavaşca Tufanın yanına onu oyandırmadan uzanıb, Ceyranın gəlməsini gözləyəcəkdi. Ceyran qapının kilitli olmadığını görüb, içəri girdi. Tufan qapını heç vaxt açıq qoymazdı axı? Düşünərək, salona göz gəzdirdi. Alt qatda içəridə heç kim yox idi. O sonra təlaşlı şəkildə sürətlə pilləkanları çıxaraq Tufanın otağının qarşısına gəldi. Qapını açmaqda tərəddüt ettivə sakitcə qapını döydü. Amma heç bir səs gəlməmişdi. O bir iki dəfə Tufanı səslədikdən sonra, qorxu və narahatçılıq hissi onu yeyib, bitirdiyinə görə nəhayət, qapının qolundan tutub qapını açdı... Tufan yataqda yarı çılpaq vəziyyətində yatırdı. Yanında isə Ayan uzanmışdı və üzərində Tufanın koftası var idi. Ceyran bu mənzərəni görcək, cəld qapını bağladı...