İkimizdə bir iki şey yedikdən sonra, Xan məni evimə qoyub, şirkətə getti. Mən də hazırlaşıb, ora gedəcəkdim. Şeytan Ziya ilə evlikik barəsində danışmağa. İçəri girəndən sonra anamgilin səsi gəlirdi. Bu o deməkdiki gəlmişdilər. Qapıdan içəri girən kimi, Məryəm qolumdan tutub, məni otağıma dartdı. Ardından qapını örtdü. Mən də ona təəccüblü mimika ilə baxırdım. Yenə nə nadincliklər planlıyır görəsən. "Bacı harda idin?" Həmişə gülərüz olan Məryəm, bu səfər ciddi idi. Nəsə olmuşduki? Yatağa oturdum. "Rəfiqəmgildə. Nolubki?" Oda yanıma oturdu. "Rəfiqəvin nə qəşəng maşını var elə." O an başımnan vurulmuşa çevrildim. Tufan artıq neçə gün idiki maşınla bizim məhləyə gəlirdi. "Bacı anamla atam danışanda eşittim. Bidənə cavan oğlan maşınla səni evə qoyurmuş, neçə gündü. Atam görüb." Bax indi yenə bir problemle qarşı-qarıyasan Ceyran. "Yaxşı Məryəm sən ged otağıva gəlirəm indi." O başını təsdiq mənasına salladıqdan sonra otqadan çıxdı. İndi nə edəcəkdim? Ailəmə indi oturub hər şey haqqında danışa bilməzdim. Hələ tez deyildi? Həm də bu gün şirkətə gedib bu barədə danışmalı idik. Daha bir şey düşünmədən, özümü duşa attım. Beynimin sıfırlanması lazim idi. Duşdan çıxıb, saçlarımı qurudub daradım. Makyaj etməyə halım yox idi. Qara klassik kostyumumu geyinib, qara çantamıda götürüb, evdən gizlicə çıxdım. Ata evə yox idi. Anam da yatırdı. Məryəm deyəsən məşğələsinə getmişdi. Çıxıb, tez taksi vurdum. 45 dəqiqə içində şirkətin qabağında idim. Evdə heçnə içməmişdim ona görə yaxınlıqdaki marketten iki dənə kofe aldım. Hə kofeni çox sevirdim. Elə bu an telefonum çaldı. Bir əlimdə kofe bir əlim ilə də çantamdaki çalan telefonu götürməyə çalışırdım.
Xan🥰 kişisi arıyor...
-alo?
-Hardasan sən?
-çattım şirkətin qabağındayam.
- mənim otağıma gələrsən.
-oldu.
Arama sonlandı..Şirkətə girənə qədər bir kofemi bitirmişdim. Boş qutunu zibil qabıya attım. Digər kofeni əlimə alıb, yuxarıya çıxdım. Kabinetdəki menecer uje məni tanıyırdı. Ona görə görüşmə haqqımın olub, olmadığını soruşmurdu. Nəhayət, Xan'ın otağın tapdım. Qapını döydüm. "Gir" içəri girdim. İçərisi fərqli idi. Yəni şeytan Ziyanın otağı kimi deyildi. Daha klass dizayn edilmişdi. Xanın ən çox sevdiyi rənglərdən istifadə edilmişdi. İçəridə Xan tək idi. Masasında oturub laptopuna baxırdı. "Xoş gəldin. Keç otur. Atam indi gələcək." Keçib işarə ettiyi yerdə oturdum. Nəfəs-nəfəsə idim. Marketdən bura qədər qaçmışdım adeta. Əlimdəki kofeni masanın üstünə qoydum. Telefonumu götürüb, gələn mesajları yoxlamaq üçün çantama əl attım. Xan isə qoyduğum kofeni götürüb, içməyə başladı. Bu onun vərdişi idi yəqin. "Necədə düşüncəlidiye həyat yoldaşına kofe alıb." Ona gözümü süzdürərək baxdım. "Atan harda qaldı?" Elə bu an şeytan Ziya içəri girdi. "Oo oğlumla gəlinim necəsiz?" Üzündəki həmən o nifrət ettiyim gülümsəməsini üzündən əksik etmirdi. Keçib, Xan'ın masasının önündəki kresloda oturdu. "Xoş gəlmisən ata." Xan ondan bu qədər nifrət etməsinə rəğmən necə belə rol apara bilirdi? Buna məcbur idi. Onunda başqa çarəsi yox idi. "Xoş gördüm oğlum." Xan kofesini bitirib, masanın üzərinə qoydu. Artıq 1 saat idiki biz düşdüyüm bu absurd oyun haqqında danışırdıq. "Necə yəni 10 gündən sonra?" Mənim bu sualımdan sonra, Xan da oxşar təəccüblə atasına baxdı. "Ata axı müddət olaraq 1 ay danışmışdıq? 10 gün çox tez deyil?" şeytan Ziya bizə 10 gün sonra evlənməli olduğumuzu demişdi. 10 gün. Düşünə bilirsiz? "Qərarımı verdim. 10 gün sonra evlənirsiz. Vaxtı daha da uzatmaq istəmirəm. Məsələ bitti." şeytan bu cümləni deyib, ayağa qalxdı. Mən ağzımı açıb, sözə başlayacaqdım ki Tufan sözümü kəsdi. " yaxşı ata. Necə istəyirsən elədə olsun." Ziya ikimizədə gülümsəyib, otaqdan çıxdı. Tez ayağa qalxıb, Tufana baxdım. "Necə yəni 10 gün? Tufan. Məzələnirsiz siz?" Tufan da ayağa qalxdı. "Ceyran ha 10 gün ha 1 ay axırı olacaq bu iş. Bu vəziyyətdə ona qarşı gələ bilmərik. Xahiş edirəm əsəbivi kontrol etməyə çalış." Çarəsiz bi vəziyytdə qalxdığım divana yenidən oturdum. Əlimdən heç nə gəlmirdi. "Sən bu gün get, ailənlə danış. Sənlə planladığımız kimi danış. Bax Ceyran onları inandırmalısan başqa yolumuz yoxdu başa düşürsən məni?" Yerimdən əsəblə durdum. "Başa düşmürəm səni. Başa düşməkdə istəmirəm." Qapıya doğru 2 addımımdan sonra Tufan qolumdan tutub, məni özünə çəkdi. Əlləriylə iki qolumnan tutub, gözlərimin içinə baxırdı. Aramızda elədə çox məsafə yox idi. O mənə nəzərən çox səbrli və sakit idi. Mənsə əsəbimdən ağlamaq istəyirdim. "Ceyran" dedi. "Gözlərimə bax" mənsə onun gözlərinə baxmamaq üçün hər yerə baxırdım. "Gözlərimə bax xahiş edirəm." Təslim olub gözlərinə baxdım. Gözləri bu səfər həmişəkinə nəzərən daha yumuşaq, daha həssas baxırdı sanki. "Sənə söz verirəm. Düşdüyün bu absurd oyunun içindən çıxardacam səni. 5 aydan sonra nə atamın nə də mənim üzümü görəcəksən. Atamın nə sənə nə nədə ailəndən hər hansı bir kişiyə zərər verməyinə icazə vermiyəcəm. Sənnən tək istəyim səbr etməyindi." Bunu deyib, əllərini qolumnan çəkdi. Ama gözlərini gözlərimnən çəkmirdi. İkimizdə susmuşduq ama sanki gözlərimiz danışırdı. "Başqa çarəm yoxdu onsuz." Dedim ama səsimdə qırılğanlıq, çarəsizlik var idi. Səsim güc bəlayla çıxmışdı. Son cümləm o olmuşdu. Qapını açıb, çölə çıxdım. Yavaş addımlarla yeriməyə başladım. Ayaqlarım tutmurdu sanki. Beynimdə o qədər suallar var idiki. Bir an əvvəl evimə getmək istəyirdim. Yatağıma uzanıb, saatlarca elə qalmaq istəyirdim.
🔆🔆🔆🔆🔆
8:30
Evə gəlib heçkimə heçnə demədən, yatağıma yatmışdım. 5 saat idiki yatırdım. Telefonun alarmına oyandım. Elə bu an qapı açıldı. "Qızım durdun? Yemək hazırdı."
"Gəlirəm ana." Anam bunu deyib qapını bağladı. Stressli anlar indi başlayacaqdı. O yemək süfrəsinə məcbur oturmalı idim. Yatağımdan durub yerimi düzəltdikdən sonra, əynimə düzgün bir şeylər geyinib, otağımdan çıxdım. Həmişəki kimi atam süfrənin başında oturmuşdu. Anam isə onun yanında. "Məryəm hanı ana?" Dedim süfrəyə oturarkən. "Yatıb." Otağa sükunət çökmüşdü. Ceyran çox zorlamanın yeri yoxdu axırı əvvəl bu danışıq olacaq. Özümü toparlayıb, dərin nəfəs aldıqdan sonra sözə başladım. "Ana, ata sizinlə vacib bir şey haqqında danışmalıyam." İkisinin gözləri mən tərəfə çevrildi. "Eşidirik qızım." Dedi anam. Atam isə sakitcə bizi dinləyirdi. Atam həmişə belə biri idi. Həmişə az danışardı. "Bu barədə çoxdan danışmalı idim ama vaxt ayrıb danışa bilmədim." Nə boş boş cümlələr qurursan Ceyran. "Mənim həyatımda biri var." Oh be. Atamın əlindəki qaşıq ağzına çatmamış dayandı. Anam isə təəccüblü gözlərlə mənə baxırdı. "Necə yəni həyatında biri var? Dedi atam. Udqundum. "Yəni 1 ildiki həyatımda bir adam var. Hər şeyimi bölüşdüyüm. Güvəndiyim, inandığımdan hamısından vacib sevdiyim bir adam var. Bu münasibəti sizə əvvəl demədim çünkü, mən bildiyiniz kimi İtalıyada idim. Münasibətimizin davam edə biləcəyin bilmirdik. Ona görə hərkəsdən gizli qaldı. Ama indi isə qərar verdikki evlənmək istəyirik." Bu cümlələri qarşımdaki qaba baxaraq deyirdim. Başımı qaldırıb, onların gözlərinin içinə baxacaq cəsarətim yox idi. "Kimdi kimlərdəndi? Tanıyırıq?" Anamın bu sualı ilə nəhayət, başımı qaldırdım. Atama tərəf baxmırdım. "Tufan Ata Xan dı adı. Azərbaycanın ən yaxşı memarlarından biridi. Atasıda həmçinin. İş çevrəsindən biridi yəni. Tanımarsan ana. Ama tanışacaqsız narahat olma." Sonra başımı çevirib atama baxdım. "Əyər sən güvənib, həyatıva almısansa, bizə düşəcək tək istək sənin xoşbəxtçiliyin olar. Yetkin qadınsan öz həyatındı. Və biz aldığın bütün qərarlara sayğı duyuruq Ceyran." Atamın bu cümləsindən sonra çox rahatlamışdım. Gülərək atamı qucaqladım. Üzr istəyirəm ana, ata sizə yalan danışıram ama buna məcburam. Vaxtı gəldiyində sizdə məni başa düşəcəksiz. Başımı anamın reaksiyasın öyrənmək üçün onun tərəfə çevirdim. "Nə deyim qızım dualarım qəbul oldu. Şükür Allahu təalanın böyüklüyünə. Axır ki evlənirsən." Anam da sevinərək bu cümləni dedikdən sonra onunla da qucaqlaşdıq. "Nəə?? Bacım evləniir?" Bu səsi eşidən kimi üçümüzdə qapı tərəfə baxdıq. Məryəm yuxulu, bərəlmiş gözləriylə bizə baxırdı. Gəlib yanımıza oturdu. "Niyə heç biriniz bir şey demirsiz?" Anam, atam və mən gülməyə başladıq. Çünkü, Məryəm çox gülməli görsənirdi. Saçında eləbil fen partlamışdı. "E niyə gülürsüze küsəcəmaa" Məryəmə də hərşeyi danışqdıqdan sonra,bir az yemək yeyib, otağıma keçmişdim. Məryəmə Xan'ın adın deyəndən sonra təbiikidə araşdırıb şəklin tapmışdı. Və durmadan "çox yaraşıqlıdı bacıı" deyirdi. Başımı şişirtmişdi. Bir təhər bir cür Məryəmi otağımdan çıxartıqdan sonra, iş masamda oturub, kompyuterimin qabağında çalışmağa başlamışdım. Yaşadığım bu şeylərdən əlavə mənim bir işim var idi. Yəni onuda yerinə yetirməliydim.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Ficción General-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...