"Alo Mələk mənə indi bir nömrə tərəfindən zəng edildi. Onu sənə atacam araşdır. Gözdüyürəm." Bayaq zəng edən nömrədən isə məni Ataxan holdingə dəvət edirdilər. Elə bu an telefonum yenidən çaldı. Bu səfər Mələk idi. "Alo? Aha tamam gözlüyürəm məlumatları, gmailimə atarsan." Görünən odu ki bayaqki nömrə dələduz nömrəsi deyildi. Məni həqiqətəndə Ataxan holdinginə dəvət edirdilər. Ama niyə? Yəni Azərbaycana çatar çatmaz niyə? Və necə qısa bir müddətdə Azərbaycanda olduğumu bildilər? Bu qədər məşhur ola bilməzdimdə yəqinki.. Mələyin attığı məlumatlara göz gəzdirəndə Ataxan şirkətinin Azərbaycanda ən öndə gedən architecture şirkəti olduğu göz önündə idi. Və bu şirkətin qurucusu Ziya Ata Xan ən yaxşı memarlardan biri idi. Tamam hər şey okay. Ama məndən nə istəyə bilərdilərki? Müqavilə desəm, mən Azərbaycanda yaşamıram axı bunu bilillər. Hərnə isə sabah gedib öyrənərəm nə istədiklərin. Elə bu an "qızım gəl yeməyə süfrə hazırdı" anamın səsin eşittim. Saat istə 10 idi.. Ceyran təbiikidə ailən sənin yemək rejimini bilmirdilər. Mən saat 8 dən sonra yemək yemirdim. Yəni bu bir alışqanlıq idi. 2 ildi ki bu belədi. Anam isə hər dəfəsində unudurdu. Ama yenə də qonaq otağına keçdim, artıq neçə saat idi ki otağımdaydım. Atam həmişəki kimi süfrənin başında idi. "Həcər bilmirsən ki? Sənin böyük qızın 8 dən sonra yemək yemir." Bəli atam heçnəyi unutmazdı. Bu cümləsi isə tamamən iynələyici cümlə idi. Çünki atam bu alışqanlığımdan nifrət edirdi. " yenə yadımnan çıxıb. Ceyran qızım niyə 8 dən sonra yemək yemirsənki?" Anam yavaş yavaş atamın sol tərəfinə əyləşdi. Məryəm isə atamın sağ tərəfində oturmuşdu. Mən ayaqüstə qalmaqdan yorulduğum üçün divana oturdum. "Ana güya bilmirsən? Kökəlməkdən qorxur qızın" bu an ikisidə güldü. Kökəlməkdən qorxmurdum ama yemək rejimim var idi və organizmam buna uyğunlaşmışdı. "Elə bir şey yoxdu. Sənin dilin uzanıb görürəm." bu ciddi olmayan çıxışımdan sonra Məryəm isə o dəqiqə gülməyi dayandırdı. " bacı zarafatda eləmək olmure. Yaxşı alma əlimnən zara paltarlarını." Yenə gülməyə başladı. Bu səfər isə onu bağışlamayacaqdım. Atam isə bir qulağı bizdə yeməyə davam edirdi. Anam isə bizə baxıb gülümsəyirdi. " yo yo sənin həqiqətən dilin uzanıb" deyərək, divandan qalxıb Məryəmi qıdığlamağa başladım. İkimizdə gülüşürdük. " bəsdirin görüm yekə qız olmusuz hələdə ağıllanmırsız" anamın bu klişe cümləsindən sonra süfrədən göyərti alıb ağzıma attım sonra isə yenidən divana oturdum. Öz-özümə birdən kaş Zöhrə də burada olsaydı deyə düşünürdüm. Çünki onsuz yarımıq. Atam nə qədər onun adın ağzına almasada oda Zöhrədən sarı çox darıxırdı. Bunu hiss eləməmək mümükün deyildi. Anam isə Zöhrədən sonra həmişə yarım gülümsədi. Çünki onun ürəyinin bir tərəfi getmişdi. Atam yeməyin yeyib bitirdikdən sonra, süfrədən durdu. Elə bu an anam sözə başladı. Fürsəttən istifadə eləmiş kimi " Qızım bacınnan xəbərin var? Haralardadı neynir? Nə yeyir nə içir?" Bu cümlədən sonra üçümüzdə durulduq. Sükunət çökdü evə. Ama Zöhrə yaxşı idi. İşində uğurlu olmuşdu. Daha da çox irəliləməyə başlıyırdı. " o yaxşıdı Ana. Narahat olma. İşində irəliləyir. Keçən səfər hətta ən yaxşı bizneswoman uğurunu əldə etmişdi. Evi var tək yaşayır. Maşını var. Hərşeyin işinə adayıb. " anam bu cümlələrdən sonra azda olsa rahatladı. Bacım haqqında təbiikidə bunları bilməliydim. O bizlə əlaqəsin kəsib deyə mən də onla əlaqəmi kəsəcək deyildim ki? Hər bir addımından xəbərim var idi. O görməsə də mən onun həmişə arxasindayam.
🔆🔆🔆🔆🔆
Süfrəni yığışdırmağa anama kömək ettikdən sonra hərəmiz öz otağımıza çəkildik. Məryəm dərs başına mən isə laptopla bir neçə iş sistemlərini yoxlayırdım. İtalıyadaki iş rejimi mi hər an gözdən keçirtməliydim. Ama WUA(dabl yu ey)- ya işləyəndən sonra bu baxımdan rahat idim. Çox yuxum gəlidiyi üçün yatmaq qərarına gəldim. Yuxuya getməyimdə çox uzun sürməmişdi.
Səhərisi gün saat 11 də durub özümə acı kofe hazırladıqdan sonra, geyinib evdən çıxdım. Anam nə qədər yemək yeməyim üçün israr etsə də təsəlirdim. Məni 12 ə çağırmışdılar. Bir taksiyə minib, AtaXAN şirkətini xəritədə göstərdim. Yol 45 dəqiqə çəkdi. Mütləq bir maşın almalıydım. Şirkət təxmin etdiyimnən daha böyük idi. İçəri girdim. Çox abartı geyinməmişdim. Boz kastyum, qara klassik ayaqqabı, qəhvəyi rəng çanta. Saçımı da at quyruğu yığmışdım. Saçım uzun olduğundan isti havalarda belə etməyi tərcih edirdim. Abartı bir make up da etməmişdim. İçəri girib menecer qızdan Ziya Ata Xan bəyin otağının harda olduğunu soruşdum. O isə adımı belə soruşmadan otağın yerin görsətdi. Çox güman əvvəlcədən gələcəyim hakda təlimat almışdı. İçəri girmədən qapını iki dəfə tıklatdım. Elə bu an içəridən "gəəl" deyə səs gəldi. Dərin nəfəs alıb, içəri daxil oldum. Otaqda qara rəngdən çox istifadə olunmuşdu. Dərin bir havası var idi otağın. Boydan panaroma pencərələr istifadə edilmişdi. Otaq bir sözlə çox klas idi. Ziya bəy isə masasında əyləşmişdi. Məni görcək tez ayağa qalxıb saxta bir gülümsəmə ilə əlini uzatdı. Sözün əsl mənasında saxta gülümsəmə idi. Mən də əlimi uzatdım. Elə bu an sözə başladı. Nəhayət. " Xoş gəlmisiniz Ceyran xanım. Necəsiniz? Buyurun əyləşin." Dediyini ettim masasının önündəki dəri olan iki kreslodan birində əyləşdim. "Xoş gördüm. Ziya bəy. Yaxşıyam sağolun siz necəsiniz?"Başqa nə deyə bilərdimki? Sözə başlamağın gözlədim. Qısaca a kişi məni nə üçün çağırıbsan deməmək üçün özümü zor tuttum. İçərisi çünki o qədər vahiməli idiki. Hər nə isə. Öz kreslosuna rahatca əyləşdi. Üzündəki həmin o saxta gülümsəməsini pozmadan, sözə davam etti. "Mən də yaxşıyam sağolun. Çox güman düşünürsüz ki, sizi Azərbaycana gəldiyiniz gün niyə şirkətimə dəvət ettim." Hə çox maraqlıdı. "Sözü çox uzatmıyacam Ceyran xanım. Sizi əvvəlcədən tanıyıram. Yəni belə deyimdə WUA- ya alındığınızdan bəri tanıyıram" bir dəqiqə nə? Necə yəni? "Başa düşmədim? Ziya bəy?" Nə deməyə çalışırdı ki. Məni necə tanıya bilərki. Beynimdə o qədər sual yarandı ki 30 saniyənin içində. "Açığı deyim. Azərbaycan üçün fəxr ediləsi bir şəxssiz. 1 il iş həyatından sonra WUA- dan təklif gələn yeganə insanlardansız. Mən WUA -ya qatılmaq üçün nə qədər çabalıyırdım." Bu kişi nə danışır? Ciddən uje anlamıram. Sizi başa düşmürəm deyə qışqırmaq istəyirəm. Dərin nəfəs alaraq sözə başladım. " Baxın Ziya bəy. Açıq deyəcəm, indi dedikləriniz haqqında heç nə başa düşmədim." Mən də onun kimi saxta şəkildə gülümsəməyə başladım. O isə kreslosunda ayağını ayağının üstündə qoyaraq sözə başladı. "Ceyran xanım oğlumla evlənin. Sizi çoxdan tanıyıram və planım sizlə Azərbaycana gələn kimi müqavilə bağlamaq idi. Bunuda daha əvvəldə edə bilərdim. Ama səbr ettim. Ama WUA mənə təklif göndərməməklə israrcı idi. Qısaca istəyim böyük oğlumla evlənməyiniz. Və bizim birlikdə işdəməyimizdi. Daha da güclənməyimizi istəyirəm qısaca." Özümnən asılı olmayaq gülməyə başladım. Ama tamamilə əsəbdən güldüm. Çünki dediyi şeyləri alqılaya bilmirdim. " Siz mənimlə məzələnirsiz? Nədi bu kamera zarafatı falan? Nə dediyinizin fərqindəsiz? Əyər ciddi ciddi deyirsizsə, cavabım XEYR dir. Bir də belə cəhd eləməyin." Əsəbimnən əllərim əsirdi. Tez ayağa qalxıb arxama baxmadan qapıya sarı irəlilədim. Elə bu an ayağa qalxdı. "Bacınız Zöhrəni tanıyıram, Ceyran xanım." Ayaqlarım işləvini yetirmiş bir şəkildə durdu. Elə bir ringdəydim və rəqibim məni tək vuruşla nakavt etmişdi. Sanki sümüklərimin hamısı eyni anda qırılmışdı. Yerimnən tərpənə bilmirdim. Bilirsiz insanların həyatında dönüm nöqtələri olur. Bəziləri yüksəlir, bəziləri yerə çaxılır. Bu səfər bu ölkəyə gələndə həyatımın məhv olacağı ağlımın ucundan belə keçməmişdi. Deyəsən, tez sevinmişdim. Ya da buda evrenin mənə oyunlarından biri idi...
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Genel Kurgu-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...