Tufan məni evə qoyduqdan sonra, yemək yeyib bir az uzandım. Bütün bu olanları fikirləşirdim. Qısa bir müddət içində nə qədər çox şey yaşamışdım. Tufanın dedikləri beynimin içindən bir-bir keçirdi. Onu güvənmirdim. Hə ona güvənmirdim çünkü güvən tez qazanılacaq bir şey deyildi. Hələ mənim kimi güvən problemləri olan biri üçün birinə asand güvənmək çox çətin idi. Ama ona güvənməkdən və inanmaqdan başqa çarəm yox idi. Çıxmazda idim. Tam bir çıxmaz. İndi nə olacaqdı? Ailəmin qabağına keçib, ana ata mən evlənirəm süpriz deyəcəkdim? 1 saat idiki artıq yatağımda uzanıb,tavanı izləyirdim. Beynimdəki suallar susmurdu.
🔆🔆🔆🔆🔆🔆
Səhər saat 11 idi. Mən yarım saat idiki oyanmışdım ama yatağımın içindəydim. Yatağımın içindən çıxmaq istəmirdim. Eləbil neçə ton yük daşımışdım. Qollarımı hərəkət ettirəcək taqətim yox idi. İtaliyadaki menecerimlə işlərim haqqında danışdım. Hər şey yolunda idi. O baxımnan içim rahat idi. Önəmli şeyləri özüm laptopdan həll edirdim. Elə bu an qapı döyüldü. "Gir" qapını açan atam idi. Bəli atam. Tez ayağa qalxıb oturuşumu düzəltdim. "Ata? Nəsə olub?" Narahat olmuşdum. Çünkü atamın birdən birə otağıma girmə səbəbi nə ola bilərdiki? O yavaşça iş masamın stolunda oturdu. "Ceyran nəsə olub? Yaxşısan?" Bu suala cavab verəcək o qədər cümlə var idiki. Bu dəqiqə atama hər şeyi danışıb, onu qucaqlayıb, ağlamaq istəyirdim. Bu məni rahatladacaqdı ama işləri dahada bərbat edəcəkdi. Ona görə özümü toparlayıb, saxta gülümsəmə ilə atama cavab verdim."yox ata. Yaxşıyam. Narahat olma." Ceyran yalan danışma. Atam uşaqlığımdan bu yana həmişə mənə bu cümləni deyərdi. Ceyran yalan danışma çünkü, mən başa düşürəm. Hə atam həmişə başa düşərdi. Bir problem olanda hiss edərdi. Ama bu səfər başa düşməməsi üçün ona yalvardım. Bu səfər başa düşmə ata. "Əyər nəsə olubsa, və bunu məndən gizlədirsənsə, çox pis inciyərəm xəbərin olsun qızım." O anı necə açıqlaya bilərdim bilmirəm. Sanki məni uçurumdan itələmişdilər. Çünkü, atamın bu cümləsi ona yalan danışdığım üçün özümdən nifrət eləttirdi. "Narahat olma atam. Heç nə olmayıb. Hər şey yaxşıdı." Heç nə yaxşı deyil ata. Bəlkə də hər şey dahada pisləşəcək. O ayağa qalxıb,"yaxşı qızım. Gəl nahar hazırdı. Yemək ye bir az özüvə gəl. Rəngin solub." Deyərək otaqdan çıxdı. Mənimsə ürəyim heçnə istəmirdi. Özümü ac hiss eləmirdim. Bəlkə də neçə gündü düzgün yemək yemirəm deyə rejmim pozulmuşdu. Bir təhər ayağa qalxıb, əynimi geyindim. Yaz idi deyə altıma incə boz eşofman üstünədə ağ oversize t-shirt geyindim. Öz evimdə olsaydım çox güman şort geyinərdim. Ama bura ata evimdi. Hər nə isə. Saçımıda yuxarıdan gəlişi gözəl topuz elədim. Və qonaqotağına keçib, süfrədə oturdum. 20 dəqiqə süfrədə oyalandıqdan sonra öz otağıma keçdim. Ac hisseləmirdim. Elə bu telefonuma zəng gəldi. "Alo? Aha mənəm. Yaxşı" yenə qara günlərim başladı. Bu zən Ata Xan holdingindən gəlmişdi. Çox güman Ziya bəy məni yenə yanına çağırırdı. Ziyə bəy dedim mən? Şeytan Ziya. O dəccalın bədən tapmış halı idi. İndi nə edəcəkdim? Birdən ağlıma dünən Tufanın mənə dediyi cümlə yadıma düşdü. *Al bu telefon nömrəmdi. Nəsə olsa zəng elə və yaxud yaz.* tez telefondan Tufanın nömrəsinə girdim. Zəngin yox mesajın daha uyğun olduğun düşündüm. Hal-hazırda toplantıda ola bilərdi.
-salam.(göndərildi)
Mesaj getti. Yəqin indi birazdan cavab verər. Telefonu masanın üzərinə qoyub, otağımı yığışdırmağa başladım. Əlimi yorğanıma atırdımki mesaj səsi gəldi. Çox güman Tufandan idi. Telefonu masanın üzərindən götürüb mesaja girdim.
-salam?
Yəni ciddisən?
-Mənəm Ceyran. Gələcək həyat yoldaşın🥰.
Ona bu cümləni yazıb yanınada saxta gülümsəməli emoji qoydum. Hə o emoji məncə saxta gülürdü.
-Oo necəsən gələcək həyat yoldaşım?😉
Tam Tufanlıq bir emoji idi.
-Yaxşıyam deyə bilmərəm. Son günlərdə gələcək qaynatam mənə cəhənnəm həyatı yaşadır bir az.
Bunları gülərək yazırdım ama düşdüyüm vəziyyət ağlanmalı idi.
-Çağırdı yanına?
-hə.
-Get. Ama tez qəbul etmiş kimi eləmə bir az sorğula. Sonra da güya başqa şansın yox imiş kimi qəbul elə. İnandırıcı ol.
-Bağışlayın Xan bəy, aktyorluq kursuna getməmişəm ama əlimdən gələni edərəm.🥰
Ona eynən bu cümləni yazdım. Mənə bu əmr kipiylə danışmasından heç xoşum gəlmirdi.
-oldu.
-Bu arada birdə mənə Xan demə.
Bir dəqiqə bir dəqiqə nə? Ona Xan demiyim? Adı Xan dı axı. Sırf onun acığına adını Xan deyə kayd elədim. Yanına da həmin o məşhur emoji. Olmazsa olmaz.
Xan🥰 kişisini eklediniz.
Əla oldu məncə. Telefonu yenidən masanın üzərinə qoyub hazırlaşmağa başladım. Mənnik olsa sport bir şey geyinərdim ama çox təəsüfki, Ata Xan holdinginə gedirəm. Nə çox sadə nə də çox abartılı olmamaq üçün ağ incə kastyumumu geyindim. Hava bu gün çox isti idi. Saçımı açıq qoydum yığmaq istəmədim. Yüngül makyaj edib, açıq qəhvəyi rəngli çantamıda taxdıqdan sonra hazır idim. Ayaqqabı olaraqda, ağ sport rahat ayaqqabı geyindim.

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Fiksi Umum-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...