16

8 3 0
                                    

Tufan salonda divanda oturub, kitab oxuyurdu. O bəlkə də, uzun müddət idiki bu qədər hüzurlu olmamışdı. Ceyran isə yeni oyanmış, pijamalı saçları dağınıq halda pilləkanlardan düşdü. "Tufan?" O Tufanın işə getmədiyini görüb, təəccüblənmişdi. "Sabahın xeyir" Tufan ona baxıb, gülümsəyirdi. "Sənin də sabahın xeyir, bu gün işə niyə getməmisən? Nəsə olub?"
Tufan gülümsəməsini davam ettirərək, əlindəki kitabı yanına qoydu. "Daha nə olsun? atam dediyim şəxs ruh xəstəsinin biridi və cinayətdən içəri atılıb, atamın öldürdüyü adam saxta evlilik etdiyim qadının atasıdı və Atam şirkəti bəzi qeyri-qanuni yollarla böyütdüyü üçün şirkətə möhürlənmə gəlmə ehtimalı var. Bundan əlavə isə mən bir az yorğun hiss edirəm."
Ceyran onu dinlədikdən sonra haqsız olmadığının fərqinə vardı. Onlar nə qədər şey yaşamışdılar və Ceyranın nəsə olub? Sualı bir az absurd idi. Ceyran gəlib, Tufanın yanında oturdu. "Nə oxuyursan?" O Tufanın əlindəki kitaba baxdı. "Şeir kitabı"
"Aa doğurdan? Şeirləri çox sevirəm.."
"Mən də"
Tufan əlindəki kitabı oxuyurdu, Ceyran isə onu izləyirdi.
"Mənə şeir oxuya bilərsən?"
Tufan başını kitabdan qaldırıb, Ceyranın gözlərinə baxdı. "Mən?"
"Aha sən" Ceyran isə ona baxaraq gülümsəyirdi. Tufan əlindəki kitabı bağlıyıb, önlərindəki kiçik masaya qoydu. Sonra isə Ceyrana tərəf çevrildi.
"Məni gözəl xatırla...
Bunlar son misralar..
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından..
Ya da bir yağmur, sel oldum çöllərdə...
Sonra torpaq çəkdi suyu canına, yox olub getdim..
Bəlkə də röya idim sənin üçün..
Oyandın və mən bitdim..."
Onlar göz-gözə idilər. Sanki gözlərini ilk kim qaçırsa, məğlub olacaqmış kimi..
Tufan əlini qaldırıb, Ceyranın gözünün önünə düşən saç telini qulağının arxasına apardı. Ceyran isə Tufanın toxunuşu səbəbi ilə gözlərini yummuşdu.. "boşanma kağızlarını hazırlatmışam. Sabah evə kargo olaraq gələcək imzalayarsan"
Tufanın bu cümləsi ilə Ceyran xəyal dünyasından ayılmışdı. O reallığı indi dərk edirdi. Axı onlar sonda boşanmalı idilər hə? Belə danışmışdılar. Həm artıq ortada onların boşanmaması üçün bir səbəb yox idi. "Ziyanın məhkəməsi 3 həftə sonra olacaq. O məhkəmə sırasında hakim cəzasının nə qədər olacağına falan qərar verəcək. Amma narahat olma bu müddət içərisində o həpsdə qalacaq. Anam da bu gün Timur ilə Surayla danışıb, hər şeyi onlara başa salacaq. Biz də boşana bilərik artıq. Sonunda azadsan qurtulacaqsan məndən" deyib, gülümsədi Tufan.
Ceyran azad olmaq istəyirdi ki? Bəs Tufan ondan qurtulmaq üçün nəyə görə bu qədər tələsirdi? Ya da tələsirdi ki?
"Aloo!? Ceyran" Tufanın səsi ilə o zillənib baxdığı nöqtədən fikirlərini çəkdi. "Fikirə niyə getdin? Nəsə problem var?"
"Yo, yox bir problem yoxdu" Ceyran istəməyərək gülümsədi. "Hə lap əla. Mən indi gedirəm şirkətə çox işim var şirkəti xilas etməliyəm"
"Bir şey yemisən?"
"Hə yemişəm narahat olma. Sən də bir şeylər hazırlayıb ye ac qalma"
Tufan divandan qalxıb, mətbəxə tərəfə getdikdən sonra maşının açarını və telefonunu götürüb, evdən çıxdı. Ceyransa, hələ də divanda oturub, qarşısındaki sönmüş televizor ekranından öz əksini izləyirdi. Onun içində adlandıra bilmədiyi bir hiss var idi. O nəhayət, əvvəlki həyatına geri qayıdacaqdı məhv buna görə də sevinməli idi. Amma nəyə görə sevinmirdi? Tufandan ayrılma hissi onu niyə bu qədər narahat edirdi?... Ceyran bataqlıq kimi batdığı düşüncələrdən telefonunun zəng səsi ilə ayıldı. Divana oturmazdan əvvəl masaya qoyduğu telefonunu əlinə aldı. Ona zəng edən, bacısı Zöhrə idi.
-alo Zöhrə?
-bacıların ən gözəli necədi bu gün?
-yaxşıyam. De görüm nə istəyirsən?
-aa bacımın əhvalında soruşmayaq?
-dəyişməyən tək xüsusiyyətin..
-yaxşı, yaxşı səndən bir şey istəyəcəm.
-buyur eşidirəm?
-elə bil bu gün axşam mən bir partydə olmalıyam.  Ancaq işimlə bağlı o partyə gedə bilməyəcəm..
-yox.
-nolar, nolar, nolar, nooolaar
-nə partydisidi ki?
-sadəcə, aslanlı ailəsindən şəxs olmalıdı mənim yerimə. Elə belə iş adamlarının olduğu partyidi. Çox yox iki saatlığına gedib gəlsən olar?
-yaxşı
-bacıların ənnnn gözəliiii ən yaa-
-yaxşı daha bəsdir. Saat neçədə olmalıyam orda və konum?
-indi Wp da atıram sənə. Öpdüm çoxluu
-mən də öpdüm çoxlu
danışıq bitdikdən sonra, Ceyran bacısının ona göndərdiyi mesaja baxdı. Zöhrə ona məkanın konumun və saatını göndərmişdi. Ceyran axşam saat 9 da məkanda olmalı idi. O divandan qalxıb, mətbəxə keçdi. O ac olduğuna görə bu səfər doyacağı tox tutacaq yemək hazırlmaq istəyirdi. Yemək hazırlaya-hazırlaya isə telefonundan mahnıya qulaq asırdı. Neçə müddət sonra ruh halı bir az da olsa düzəlirdi.
Flora Kərimova-bağşla (qulaq asdığı mahnı)
Sonra onun səhər divanda Tufanın ona dediyi şeir yadına düşdü. Əlindəki bıçağı mətbəx masasına qoyub, mahnı ilə birlikdə yenə fikirlərə getdi...
O Tufanın dediyi şeir bəndlərini bir-bir yadına salırdı..
Məni gözəl xatırla, əsib keçdim həyatından, oyandın və mən bittim...
Ceyran telefonundaki mahnını dayandırdı.
Axı mənə nə olur? Niyə səhərdən bəri onu və dediyi sözləri fikirləşirəm? Bu nə hissdi belə axı ürəyimi deşir. Nəfəs ala bilmirəm..
Ceyran dərindən nəfəs alıb, verdi. Sonra isə fikrini yayındırmaq üçün ancaq hazırlayacağı yeməyə diqqətini verdi.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin