"Sən mənə nəsə vacib bir şey deyəcəkdin axı?"
Tufanın ağlına Ceyrana hər şeyi danışmağı düşündüyü fikir gəldi. "Mən?"
Bir anlıq təlaşla absurd bir sual vermişdi. "Yox nənəm" Ceyran isə ona təəccüblə baxırdı. "Həə şey o çoxda önəmli bir şey deyil"
Tufan divanda əyləşib, pult ilə TV dəki kanallı çevirməyə başladı. Ceyran isə ayaqüstdə ona baxır, *axı Tufan önəmli bir şey demişdi* deyə düşünürdü. Tufan Ceyranın üzünə baxmamaq üçün soyuq tərlər tökürdü..
"Əminsən önəmli bir şey olmadığından?" Ceyran dözməyib, ona bu sualı verdi. "Əminəm, əminəm get yat sən" Tufan Ceyranı başından eliyib, bu düşdüyü çətin vəziyyətdən xilas olmaq istəyirdi.
Ceyran daha ona heç nə demədən yavaş addımlarla pilləkana irəliləyirdi.
Tufan isə onun gedib-getmədiyindən əmin olmaq üçün səssizcə çevrilib arxasına baxdı, Ceyran nəhayət yatmağa getmişdi.
Tufan yenə dərin düşüncələr dalıb, pult ilə TV ni söndürdü. "Çox üzr istəyirəm Ceyran" dodağaltı peşmançılığını dilə gətirdikdən sonra divana uzandı. İki əlinidə başının arxasında birləşdirib, tavanı izləməyə başlamışdı..
*Bu onun yaxşılığı üçündü, qoy məndən nifrət etsin eybiyox amma ona bir şey olmamalıdı*
Bu düşüncələrlə o yavaş-yavaş gözlərini yumdu.
☀️☀️☀️☀️☀️☀️☀️
3 gün sonra..
"Ana ən çox məni çox istəyirsən hə?" Məryəmin bu sualını eşitcək hamısı ona tərəf çevrildi. "Hamınızı çox istəyirəm qızım" Həcər xanım artıq yaxşılaşıb, aşağı mərtəbədə salonda divan otururdu. Zöhrə, Ceyran, Məryəm isə onun yanında oturub, analarını izləyirdilər. Məryəm başını anasının qucağına qoyub, onun çəkdiyi sığallar ilə rahatça uzanırdı.
"Sən nə danışırsan keçən dəfə anam mənə dediki ən çox səni istəyirəm" dedi Ceyran bi anda..
Anası isə onun bu cümləsinə yavaşca Ceyranın qolundan vurmuşdu. "Yalançı"
"Qısqanmada bacı, həm ən balaca mənəm məni çox istəməlididə"
Məryəm anasını daha bərk qucaqladı.
"İkinizdə sakit durun. Anamın ən sevdiyi övladı mənəm"
Zöhrə mətbəxdən əlində padnos ilə onların yanına gəldi.
Anaları onların bu hallarını görüb, gülümsəyirdi. "Mən deyirəm mənim qızlarım böyüyüb artıq, sən demə onlar hələ də uşaq imişlər"
"Ee ana mən böyüməmişəm"
Məryəm Zöhrənin gətirdiyi padnosdaki portağal şirəsini götürüb başına çəkdi. "Bunu içə-içə portağala dönmüşəm" Məryəmin bu cümləsi Ceyranın qəhqəhə ilə gülməyinə səbəb olmuşdu..
"Ürəyin getti yavaş gül." Zöhrə isə qaşqabaqlı şəkildə ona baxırdı. "Düz deyirdə uşaq, portağal şirəsindən başqa heçnə içmirsən sən?" Məryəm ilə Ceyran yenə uğunurdular..
"Ee ana bunlara bax! Siz hardan biləsiz axı ay cahillər sağlam yaşamaq nədi"
Həcər xanım Məryəm ilə Ceyranın qollarına vurduqdan sonra, "bəsdirin day aa bacınızdan işiniz olmasın. O sağlam həyat yaşamını dəstəkliyir"
Ceyran ilə Məryəm analarının bu cümləsindən sonra daha da gülməyə başladılar. Artıq onların gözlərindən su gəlirdi.. Həcər xanım özüdə gülürdü lakin, tək gülməyən Zöhrə idi.
"Ee ana səndə?.." Zöhrənin bu şirin isyanından sonra Həcər xanım ayağa qalxıb, onun yanına oturdu və qızını qucaqlayıb, öpdü.
"Ayalla öldüm" Məryəm gülməkdən danışa bilmirdi.
"Mən də mən də" Ceyran isə Məryəmə baxıb, gülməyini saxlaya bilmirdi.
1 dəqiqədən sonra onlar nəhayət, dayana bilmişdilər. Zöhrə isə anasını öpüb, qucaqlayırdı.
"Ceyran, buna bax hələ bizim başımızı aldadıb, anamı öz tərəfinə çəkdi"
Sonra isə hamısı bir ağızdan güldülər..
"Kaş atanızda burda olaydı" Həcər xanımın bu cümləsindən sonra, sükut çökdü, hamı səssizliyə qərq oldu..
"Ümidini itirmə ana" sükutu pozan, Ceyranın səsi olmuşdu.
"Atam hələ ölməyib" Zöhrə də nəhayət, böyük bacısının sözünə qulaq asıb, ondan üzr istəmişdi. Və aradan keçən bu günlərdə bacısı onu bağışlamışdı. Artıq Zöhrə də Ceyran kimi bir möcüzə gözləyir, atasının oyanma ehtimalı ilə yaşıyırdı.
"Canım anam, atam oyanacaq mən hiss eliyirəm" dedi Məryəm və ayağa qalxıb, anasının gözündəki yaşları sildi..
Ceyran da onların yanına yaxınlaşıb, anası və bacılarını qucaqladı. Onlar artıq bir idilər daha heç kim onları ayıra bilməzdi.
☀️☀️☀️☀️☀️☀️
"Badəm şəraablaa doluuu, sinəm suaallaa doluu, naynananay, nanay nanay.." Toğrul əlindəki iki qədəhi masanın üzərinə qoydu. "Hər şey yaxşı olacaq dostum bu qədər fikirləşmə saçın tez ağarar" o divanda oturub, düşüncələr içində itən Tufana baxırdı. Tufan isə Toğrulun səsin eşitcək ayılıb, onun gətirdiyi şərab, qədehinə baxdı.
"Sağol, qardaşım" qədəhi götürüb, başına çəkdi. "Sən sağol, qardaşım" Toğrulda eynisini edib, qədəhi başına çəkmişdi..
"Noldu dedin Ceyrana hər şeyi?" Toğrul yenə qədəhlərə şərab doldururdu. "Yox demədim. Demiyəcəmdə, bu göz görə-görə onu ölümə atmaq kimi bir şey olar Toğrul."
"Haqlısan Tufan, ancaq indi nə edəcəksən?"
Tufan, şərabını yudumluyurdu. "O Zöhrəni MMCI- ə qəbul etdikləri xəbərini eşitcək mənə zəng etdi dünən. Ona bildiyimi lakin ona deməyi unutduğumu və müqavilənin ləğvini etdirə bilmədiyimi dedim"
"O nə dedi?"
"Sənin təklifin qəbul olana qədər evli qalaq, onsuz bir ay qalıb dedi. O müddətə qədərdə müqaviləni ləğv elətdirərsən mən sənə güvənirəm dedi."
İki gənc şərab şişəsini bitirmişdilər artıq.
"O mənə güvənir Toğrul. Mən isə ona yalan danışmaqdan başqa heç nə etmirəm.."
Tufanın səsi yavaş çıxırdı, neçə gündü düzgün yatmadığına görə də gözləri qıp-qırmızı idi. Ceyransa bu keçən son iki günü Zöhrəgildə qalmışdı.
☀️☀️☀️☀️☀️☀️
1 gün əvvəl..
"Mən MMCI şirkətinə gedirəm bir neçə sənət imzalamalıyam" dedi Zöhrə.
"Necə yəni MMCI? Niyə ki?"
Ceyran əlində kofe ona təəccüblə baxırdı.
"Aydaa mən sənə deməyi unutmuşam.. təklifimi qəbul ediblər"
"Nə? Necə yəni? Ciddi, ciddi qəbul ediblər səni? Əminsən?" Ceyranın təəccübdən göz bəbəkləri iriləşmişdi. "Hə onsuz 99% qəbul edəcəkdilərdə. Sən niyə bu qədər təəccübləndin?" Ceyran həyəcanla ayağa qalxıb, Zöhrəni qucaqladı. "Təbrik eliyirəm, təbrik eliyirəm, təbrik eliyirəm. Çooooox sevindimmm"
"Çox sağol bacı. Mən belə bu qədər reaksiya verməmişdim"
Ceyran tez telefonunu götürüb, Tufana zəng etti.
"Onda mən gedirəmdə" Zöhrə əlində çantası qapıda dayanmışdı. "Get get narahat olma uğurlarr" Ceyranın gözləri parıldıyırdı. Zöhrə isə bacısının bu xəbərə bu qədər reaksiya verməsinə təəccüblənmişdi.
-alo Ceyran?
-alooo Tufaaaan...!!!!
-noldu nəsə olub? Niyə qışqırırsan??
-olubbb,, Zöhrənin istəyini qəbul ediblərrr.. artıq Ziya məni təhdit edə bilməəəzz!!
-yaxşı, yaxşı qışqırma sakitləş. Təbrik edirəm bu ki əla xəbərdi.
-həəə elədii. Lakin sən müqaviləni neynədin? Ləğv elətdirə bildin??
-yox hələ alındıra bilmədim. Ziya güclü müqavilə hazırlatdırıb.
-eybiyox. Onsuz bir ay qalıb, sənin təklifivin qəbul olunmasına ona qədər də ləğv elətdirərsən mən sənə güvənirəm.
-çalışacam narahat olma. İndi əlimdə işim var sonra danışsaq olar?
-olar, olarr.. hələlikk
-hələlik
arama sonlandırıldı..
☀️☀️☀️☀️☀️☀️
"Tufan bəlkə bəsdir bu qədər? Çox içdin"
Toğrul divanda sərxoşluqdan gözləri axan Tufana çarəsizcə baxırdı. Dostunun bu halı onu çox incidirdi..
Tufan ona əlindəki qədəhi göstərib, "bu sonuncusudu" dedi.
"Mən evə gedim? Yoxsa qalım?"
Toğrul Tufan qədər içməmişdi amma maşın sürəcək qədər də ayıq deyildi.
"Neynirsən evə gedib? Qal burda"
Dostunun bu təklifini rədd etməyə halı olmadığına görə masanı təmizləyib, mətbəxə apardı.
"Sən mənim otağımda yatarsan mən divanda yatacam"
"Əminsən? Bəlkə mən diva-"
"Əminəm, narahat olma gecən xeyrə qalsın"
"Yaxşı onda xeyrə qarşı tez yat yaxşı mı?"
"Birazdan sızıb qalacam onsuz" deyib gülümsədi Tufan. Toğrulda dostunun bu sözünə gülümsədikdən sonra, telefonunu masadan götürüb, yuxarı mərtəbəyə çıxdı.
Gecə saat 1:30 idi.
Tufan divanda oturub, Ceyrana yalan dediyi üçün özünə lənət oxuyurdu... o içməyinə rəğmən deyəsən, düşünməkdən bu gecə də yata bilməyəcəkdi. Masanın üstündəki telefonu görüb, onu əlinə aldı. Ceyrana zəng edib onun səsini eşitmək istəyirdi.
Mənə nə olur axı? Niyə vicdan əzabından öləcəkmişəm kimi hiss edirəm? Niyə? Axı bu onun yaxşılığı üçün dediyim bir yalandı..
Niyə özümü tək hiss edirəm? Niyə Ceyransız bu evdə boğuluram? Axı mən neçə illərcə tək yaşamış adamam.. niyə onsuz bu ev bom-boş kimi görünür?
Bu düşüncələr Tufanı yeyib, bitirirdi. Sonda özünə söz keçirdə bilməyib, kontaktda Ceyranım adın axtardı.
Bəlkə yatıb? Saat da gecdir çox güman yatıb oyandırmayım.
Ya da yox zəng edim, açar açar açmazdaki yəqin ki yatıb.
Ceyranım person calling...
-alo? Tufan?
-alo Ceyran. Ümid edirəm oyatmamışamdır..
-yox, yox yatmamışdım hələ.. nəsə olub?
-yox mən sadəcə, darıxdım..
-ha?
-yəni şey darıxdım deyəndəki ev darıxdı sənin üçün ona görə mən zəng elədim..
Tufan özüvü biabır elədin nə danışırsan başıva dönüm? Ev darıxdı nədi?
-anladım. Mən də çox darıxmışam. Yəni evimizdən sarı.. şey yəni o evdən sarı.
-nə vaxt gələcəksən?
-sabah gəlim istəyirsən..
-olar. Gəlim gətirim onda sabah səni?
-tamam sabah gəlib, götürərsən məni.
-necəsən? Yaxşısan?
-yaxşıyam. Tufan sən içib eləməmisən?
-bir az.. cüzi..
-hmm anladım. Təksən evdə?
-yox tək deyiləm.
-bildim onda gecən xeyrə
-yox yəni Toğrul ilə birlikdəydim. O yatdı..
-həə anladım lap yaxşı. Özün necəsən bəs?
-səsini eşitdim daha yaxşıyam
-lap yaxşı..
-Ceyran
-hə Tufan?
-bilirsən, mən əslində, pis bir adam deyiləm..
-bilirəm. Sən çooox yaxşı adamsan..
-Ceyran mən səni çox istəyirəm qoymaram sənə zərər gəlsin
-mənə zərər gəlməz narahat olma..
-sənə zərər gəlməsin Ceyran. Bir də ağlama
-ağlamaram bir də Tufan
-Bilirsən, Ceyran indi burda olsaydın məni danlayardın evi təmiz saxlamamışam deyə
-fərz et ki ordayam. Evi niyə təmiz saxlamırsan sən?? Həm yenə divanda uzanmısan hə?
-hardan bildin?
-qalx get yerində yat cəld
-axı Toğrul mənim otağımda yatıb..
-nolsun? Sən də get mənim otağımda yat.
-axı yastığlarıva qoxun sinib, mən yatsam, yox mən yatmayacam orda
-niyə axı? Qoxum sinəndə nolacaq? Məgər pis qoxum var?
-yox, yox. Əksinə... çox gözəl qoxursan..
-bəs onda niyə orda yatmaq istəmirsən?
-yaxşı sən istəyirsənsə, sənin yatağında yataram.
-afərin get yat daha gecdi
-yaxşı. Gecən xeyrə Ceyran
-xeyrə qarşı Tufan
Call ended...
Tufan güclə ayağa qalxaraq, yuxarı Ceyranın otağına keçdi. Sonra isə yatağa girib, yastığı qoxlayaraq, sızıb qaldı.
☀️☀️☀️☀️☀️☀️
Şiddətli başağrısı ilə göz qapaqlarını yavaş-yavaş aralamağa çalışırdı Tufan. O nəhayət, gözlərini açdıqdan sonra ilk hərəkəti əli ilə başını tutmaq olmuşdu. Sonra, telefonunu axtarmağa başladı və tapıb, saata baxdı.
11:45
"Nə??" O cəld ayağa qalxıb, yataqda oturdu. Bir az ayılmağa çalışıb, ayağa qalxdı. Dolaba yaxınlaşıb, bir neçə paltar götürdükdən sonra, vaxt itirmədən duşa girdi.
***********
Ceyran aynada özünə baxırdı, o həftələr sonra azca da olsa makyaj etmişdi. Saçını hər zamanki kimi açıb töküb, heç nə etməmişdi. Geyim olaraq isə, başdan ayağa qara idi.Yatağın üstündən telefonunu götürüb, Tufana zəng etdi.
Tufan kişisi aranıyor..
-Alo Ceyran evdən bu dəqiqə çıxdım maşına minirəm.
-tamam onda gözləyirəm
-oldu hələlik
-hələlik
Arama sonlandırıldı..
O dünən içkili idi deyə çox qəribə danışmışdı. Görəsən dünəni xatırlıyır? Çox güman yox. Hər nəysə onsuz mən də içkili olanda çox axmaqlıq etmişəm. O bircə dəfə də olsun bunu sorğulamıyıb. Mən niyə sorğuluyum ki?
O bu düşüncələrlə pilləkanları enirdi.
"Ooo dünyanın ən gözəl bacısı hara gedir belə?"
Məryəm gülümsəyərək, Ceyrana baxırdı.
"Evimə" deyərək çamadanını gösdərdi Ceyran.
"Eee bir az da qalardında nə tez?" Məryəmin o an gülümsəməsi itmişdi.
"Nəyi tezdi? Həm anam da yaxşılaşıb."
"O evli bir qadındı artıq. Ondan sarı darıxan həyat yoldaşı var" dedi Zöhrə Məryəmə göz vuraraq.
"Haaa düz deyirsən bacı."
İkisidə bıyığaltı gülürdülər.
"Adam böyük bacısından məzələnər heç?"
"Bir il yarım böyüksəndə səndəki"
Ceyran onlara göz süzdürüb, mətbəxə keçdi. Məryəm isə Zöhrənin yanına gedib, Ceyranın arxası ilə nəsə danışmağa başlamışdılar.
Ceyran onların nə danışdığını eşitməsədə, yalandan "eşidirəm aaa" dedi.
"Yalançının" Zöhrə isə sözü onun ağzında qoymuşdu çünkü, eşitmədiyini çox yaxşı bilirdi..
Yarım saat sonra..
Tufan gəldiyini xəbər edəndən sonra, Ceyran çamadınını sürərək, evdən çıxdı. Təbiikidə əvvəlində bacıları və anası ilə görüşməyi unutmamışdı.
Tufan onu görcək çamadanını alıb, maşının bağacına yerləşdirdi.
"Salam" Tufan Ceyranı başdan ayağa süzüb, gülümsəmişdi. Amma niyə gülümsədiyini heç özüdə bilmirdi.
"Salam" Ceyranda utancaq şəkildə cavab vermişdi amma ortalıqda utanılacaq bir şey yox idi..
Sonra onlar ikisidə maşında əyləşib kəmərlərini taxdılar. Tufan dünən haqqında çox az şey xatırlayırdı. Ceyransa onun rahat olduğunu görüb, heç nə xatırlamadığından əmin olmuşdu.
Tufan ortamdaki səssizliyi pozmaq üçün radyodan random bir mahnı açıb, maşını işə saldı.
Mazzy star-fade into you
"Aa bu mahnı" ikisidə eyni anda dedilər.
Sonra isə bir-birlərinə baxıb, təəccübləndilər.
"İlk dəfə maşınıva minəndə çalınmışdı bu mahnı"
Dedi Ceyran.
"Xatırlıyıram" dedi Tufan.
Sonra isə mahnıya qulaq asaraq yola davam ettilər.
☀️☀️☀️☀️☀️☀️☀️
"Baş həkim hardadı? Başa düşmədim bu xəstəxanada özbaşınalıqdı? Dərhal baş həkimi çağırın" Zöhrə əsəblə, xəstəxana kolidorunda tibb bacısına baxırdı. "Zöhrə xanım çox üzr istəyirik həqiqətən xahi-"
"Üzr istəyirsiz? Sizin məsuliyyətsizliyivizin ucbatından nələr yaşanacaqdı xəbərin var?!" Zöhrənin göz bəbəkləri iriləşmişdi əsəbdən əllərini yumruğ edib sıxırdı. Tibb bacısı isə məyus halda başını aşağı salıb, ürkəkcə əsirdi.
"Get baş həkimi çağır təkrar etməyəcəm birdə"
Tibb bacısı cəld vaxt itirmədən otaqdan çıxdı.
8 dəqiqə sonra içəri uzun boylu enli yaşıl gözlü sarı qumral ağ həkim önlüyündə biri girdi. "Buyrun, məni çağırıbsız" Zöhrə onun səsin eşitcək arxasına döndü. Amma gördüyü gözlər qəribə şəkildə onun ruhuna toxunmuşdu. "Baş həkim, beyin cərrahı Toğrul Qədir" Toğrul Zöhrəyə əlini uzatdı. Zöhrə isə tez ayılıb, onun əlini sıxdı. "Zöhrə Aslanlı"
"Bir dəqiqə, bizneslə məşğulsuz?"
"Bəli? Bunu siz ha-"
"Bağışlayın sözünüzü kəsirəm, böyük bacınız Ceyran Ata Xan dı?"
"Bəli. Lakin, siz harda-"
"Mən Tufanın dostuyam."
"Sözümü iki dəqiqədə bir kəsməsəz sevinərəm icazə verin cümləmi bitirim. Tufanın dostu olmağınız xəstəxananızdaki bu məsuliyyətsizliyin üstünü örtmür."
"İlk öncə çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə, əlbəttəki üstünü örtmür ancaq necə bir məsuliyyətsizlikdən bəhs edirsiz?"
"Tibb bacısı hansısa bir alergiyamın olub-olmadığını soruşmadan, damarıma sistem vuracaqdı"
"Yəni, sadəcə bu?"
"Aha bu"
"Onla özüm şəxsən danışıb, cəzasını verərəm. Belə bir məsuliyyətsizlik etdiyinə görə də çox üzr istəyirəm. Birdə nəyə alergiyanız var?"
"Çiyələyə"
"Anladım"
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Narrativa generale-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...