☀️

19 2 0
                                    

Tufanın deyişi ilə;
Qapını bərk çırpıb, çıxdıqdan sonra artıq 25 dəqiqə idiki maşın sürürdüm. Və birdən telefonum çaldı. Kimin zəng ettiyinə baxıb öz özümə gecikdin ata dedim. Və telefonu açdım. Çünkü, bayaqdandı bu zəngi gözdüyürdüm. "Alo, hal-hazırda işim var. Axşam evə gəlim bu barədə danışarıq ata. Yaxşı?" Qarşı tərəfdən istədiyim cavabı aldıqdan sonra telefonu söndürdüm. Hal-hazırda gettiyim yer isə o qızın evi idi. Çünkü, atamın nə planladığın çox yaxşı bilirdim. Və bu barədə onunla danışmalıydım.
                        🔆🔆🔆🔆🔆🔆🔆
Ceyranın deyişi ilə;
10 dəqiqə idi ki evə çatmışdım. Anam nə qədər yemək yeməyim üçün israr etsədə, qəbul etməyib, özümü tez otağıma attım. Paltarlarımı dəyişib rahat bir şeylər geyindikdən sonra kompyuterimin arxasına keçdim. Onlar haqqımda araşdırmalı idim. Elə bu an anam içəri girdi. "Qızım gəl yemək ye acsan rəngin ağarıb. Etiraz etmə xahiş edirəm." Anam çox inatçı biri idi. Kimə oxşadığım indi bilindi. "5 dəqiqəyə gəlirəm ana" anam çıxdıqdan sonra, ac olduğumu hiss elədim. Bir neçe saat idiki o qədər şey yaşamışdımki, ayaqda duracaq taqətim yox idi. Tam qonaqotağına doğru gedirdim ki qapı döyüldü. Anam zaldan qışqıraraq "yəqin Məryəmdi" dedi. Çox güman Məryəm idi. Qapını açdım. Açmaz olaydım. Qarşımdaki Tufan Ata Xan idi. Bəlkə bunun bir halüsinasyon olduğu düşüncəsi ilə gözümü iki dəfə yumub açdım. Yox təssüflər olsun ki bu reallıq idi. O tam qarşımda nə ettiyimi anlayaman bir ifadə ilə dayanmışdı. Səsimi qısaraq " sənin nə işin var burda?" Dedim. Bu ağzımnan qaçmışdı. Of Ceyran. Üzünü büzərək cavab verdi." Nə işim var? Adam bir xoşgəldin deyər içəri dəvət eliyər. Bəs Azərbaycan qonaqpərvər ölkə idi?" Ha ha ha necədə gülməli. " yəni demək istədiyim niyə gəldin?" Qol düymələrini düzəldərək rahat bir şəkildə qolunu qapının üst tərəfinə dayayaraq sözə başladı. Bu ata balanın rahat davranışlarını heç anlamırdım." Sənlə vacib bir şeylər danışmalıyam. İstəyirsən içəri girim danışaq ya da çöldə gözləyirəm 5 dəqiqə içində hazırlaş gəl. Həyatın buna bağlıdı." Gözlə, içəri olmaz sən çöldə gözlə mən 5 dəqiqə içində gəlirəm. Çiyinlərini yuxarı qaldıraraq "tamam" dedi. Off biri gedir biri gəlir. Anam oturduğu yerdən yenə qışqıraraq "noldu Ceyran gələn Məryəm deyil?" Tez gedib zalın qapısının ağzında durdum. "Yox Məryəm deyil. Ana gələn eıı mənim qrup yoldaşım idi.-" "içəri alardında" içəri ala bilməzdim ana əmin ol. " yox ana biz gedirik bir kofedə oturmaga digərləridə ordadı mən 1 saata fln qayıdaram yəqin tez getməliyəmm" anamın cümləsini bitirməyə imkan vermədən otağıma girib tez hazırlaşdım. Ağ kimano cropumun altına boz klassik qara kəmərli şalvarımı geyindim. Saçlarımı açıq buraxdım sadəcə daradım. Qara rahat çantamıda alıb, sport adidas samba ayaqqbılarımı geyinib çıxdım. Həyətdə qara porsche nin qabağında gözləyirdi. " maşına min" nə? Mənə əmr vermək? Puhaha "əmr verirsən mənə?" maşının sürücü kreslosunda oturub, dərin nəfəs aldı. Maşının pencərələrini yavaş yavaş endirdi. Və mənə baxdı. "Ceyran xanım zəhmət olmasa maşına minə bilərsiz?" Bax belə. Mən də uzatmayaraq tez maşına mindim. Yol boyu sifətində mimika oynamırdı. Heç nə demirdi. Məni dəli edəcəkdi. Uje səbrim tükəndi. "Soruşmaq ayıb olmasın hara gedirik?" Yenə sifətində heç bir mimika oynamadan yola baxaraq sözə başladı. "Narahat olma səni qaçırtmıram. Kofeyə gedib oturub bu gün başıva gələn anormal hadisələr haqqında danışacağıq. Zəhmət olmasa çox sual vermə. Telefonun onsuz əlindədi nəsə olsa polisə zəng edəcəksən." Maşına minəndən cəmisi 1 dənə sual vermişdim. "Səndən qorxmuram əmin ol. Sadəcə hara gedəcəyimizi bilmək istəyirdim. Qorxurdum. "İndi bildin?" " bildim." Daha heçnə demədən pencərədən yola baxmağa başladım. O isə radyodan bir dənə mahnı açdı. Yəqin ortamı yumuşatmaq üçün. Çünki, hər nə qədər qorxmuram desəmdə əlimin əsməyin və qorxu hissimi sustura bilmirdim. Oda bunu hiss eliyib çox güman.
Mazzy Star -Fade İnto You
i wanna hold the hand inside you
(o əli tutmaq istəyirəm)
i wanna take the breath that's true
(gerçək bir nəfəs almaq istəyirəm)
i look to you and i see nothing
(Sənə baxıram və heç bir şey görmürəm)
i look tou you to see the truth
(Sənə baxıram reallığı görə bilmək üçün)
You live your life, you go in shadows
(Həyatıvı yaşıyırsan, kölgələrdə gizlənirsən)
                          🔆🔆🔆🔆🔆🔆
Hər hansı bir kafedə üz-üzə oturmuşduq. İnteryeri çox gözəl idi. İçəridə sanki təbiət temalı bəzəklərə üstünlük vermişdilər. O ikimizə kofe sifariş vermək üçün ofisiant ı çağırdı. O heçnə olmamış çox rahat davranırdı. Mən isə mən nə hisslər keçirtdiyimi heç bilmirdim. Tərəddüt, qorxu, əsəb bütün emosiyalarım bir birinə qarışmışdı. Və nədənini heç bilmıdiyim şəkildə kafedəki hərkəs kişili qadınlı hamı bizə baxırdı. Bu dahada gerirdi məni. "Nə içirsən?" düşüncələrdən birdən birdə onun səsi ilə ayıldım. "Nə nə içirəm?" O çevrilib ofisianta "iki dənə kapiçino zəhmət olmasa" dedi. Mənsə heç buralı deyildim. Səbrim sınanırdı. Axırda dözə bilməyib, sözə başladım. "Hə de görək atan məndən nə istəyir? Sən məndən nə istəyirsən? Ümumiyyətlə mən niyə belə bir absurd məsələnin içindəyəm?" səbr edə bilmirdim. O isə mənim əksimə çox səbrli idi. Bu davranışı isə məni çilədən çıxardacaqdı. İki qolunu masanın üzərinə qoydu. Nəhayət hərkəs bizə baxmaqdan əl çəkmişdi. Ama bizə paralel masada oturan qızlar iki dəqiqədən bir çönüb, Tufana baxırdılar. Buna baxmaqdan daha çox gözləri ilə yeyirdilər desəm daha düzgün olardı. Tufan isə onlara bir dəfədə olsun çevrilib baxmırdı. Gözlərimin içinə baxaraq sözə başladı."Atam neçə ildirki WUA'ya qatılmaq istəyir. Çox bacarıqlıq və məşhur memar olmasına rəğmən onu WUA'ya qəbul etmirlər. Hər təklifin rədd edirlər." sözünü kəsdim. "Yəni?" O ofisiantın kofelerimizi önümüzə qoymasını gözlədikdən sonra sözə başladı."Yənisi sözü kəsməsən başa salacam." mən də kofemnən bir yudum alaraq onu dinləməyə başladım."Buyur" o isə kofeni necə bu qədər isti isti içdiyimi düşünürdü. Üzündəki ifadəni görməli idiz. Mənsə tamamilə gərginlikdən kofedən içmişdim. Dilim yanırdı. Ama bunu bəlli eləməməli idim. "Hərnə isə. Atam eşidəndəki səni yəni Azərbaycanlı bir memarı WUA' ya çağırıblar, dəli olmuşdu. O gündən bəri səni araşdırmağa başladı. Güya bunu gizlin edirdi ama mənim hər şeydən xəbərim var idi. WUA bildiyin kimi ancaq gənc bacarıqlı nəsilləri özünə qatırdı. Atamın isə 60 yaşı olacaqdı yaxınlarda." Nə? 50 yaşdan çox verə bilmərəm o kişiyə necə belə qalıb? A əlbəttəki pulun canı sağolsun. "Təəccüblənməyin normaldı atam özünəbaxımlı biridi. Hərnəyə sözüm onda deyil." Yenə sözünü kəsərək "Bəs sən niyə təklif göndərmisən? Sən həm bacarıqlı həm də gənc nəsildənsən." Düz deyirdim yəni özü girə bilmirsə oğlu girə bilərdi. Sözünü ikinci dəfə kəsdiyimə görə yəqin yenə əsəbləşdi. "Tamam,tamam bir də sözüvü kəsmiyəcəm" inanın o əsəbləşəndə adamı öldürəcəkmiş kimi baxır. Ölmək üçün hələ gəncəm. "Haqlısan. Ama atam normal biri deyil. Məni təklif göndərmişdim. Ama mənim mal varlığım 50% in üstündə olduğuna görə atamın vasitəsi ilə təbii təklifi rədd etmişdilər. Atam isə heçvaxt qəbul etməz o qala qala mənim WUA üzvü olmağımı. Atam kibirli və egoist biridi. Öz oğluna belə güvənməz. Mənim WUA ya girmək kimi bir məqsədim yoxdu onsuz. Şirkətin baş idarəçilərindən biriyəm. Bildiyin kimi mal varlığımda bəsdi. Atam təbiiki WUA onu qəbul etsin deyə öz mal varlığını 40 a düşürmək üçün 60 faizini mənim adımı keçirtdi. Düşünə bilirsən bunu? Mən o mal varlığını qəbul etməsəydim. Öz əməyimlə irləliləməyimə icazə verməyəcəkdi. Onsuz mən o mal varlığından 00,1% ini belə istifadə etməmişəm. Nəysə yəni atam belə biridi. WUA' ya girmək üçün ikinci yol isə qohumluq əlaqəsidi. Yəni WUA li uzvun qardaşı, bacısı, atası, anası, qaynatası, qaynanası, ya da həyat yoldaşı olsan, WUA nın səni qəbul etməsi 100/90% olur. Təbiiki bir memar olmalısan sözsüz. Yəni atamda hər şeyi planlamışdı. Sənin Azərbaycana gəlməyini gözləyirdi. Çünki, tək azərbaycanlı üzv sənsən. Atam təbii olaraq özü sənlə evlənə bilməyəcəyinə görə, oğlunu sənlə evləndirmək qərarına gəldi." Eşittiklərim qarşısında şok keçirtmişdim. Yəni tamamilə ŞOK idim. Nə deyəcəyimi bilmirdim. "Atam bunları olduğu kimi mənə danışsaydı heç düşünmədən qəbul etmıyəcəyimi bilirdi. Mal varlığı ilə də təhdit edə bilməzdi çünki hamısını mənim adıma keçirtmişdi. Atam isə iş sistemində öz mal varlığın sadəcə və sadəcə memar bir ailə üzvünün adına keçirdə bilərdi. Bu qaydanı özü yazdırmışdı. Və neçə il bu sistemlə sistem davam ettiyinə görə bu qaydanına dəyişməyə cürət göstərsəydi məhkəmə o bu ən az 9 ay çəkəcəkdi. Atamın isə səbri qalmamışdı. Ona görə mənə yalannan güya sənin məndən xoşun gəldiyini mənlə ailə həyatı qurmaq istədiyini fln dedi. Təbiikidə mən məsələnin nə yerdə olduğunu başa düşdüm. Atama isə baxarıq demişdim. Bu sözümnən cəsarətlənibki, səni çağırıb təhdit edib. Səni nə ilə təhdit ettiyi barədə fikrim yoxdu. Mən də bu gün sırf şüphə çəkməmək üçün təklifini rədd ettim. Atam ağıllı biridi. Başa düşə bilərdi. Çox güman məni axşam evə çağırıb ikna etməyə çalışacaq. Və başda inkar edəcəm ama sonda qəbul edəcəm. Çünki güya səni bəyəndim. Sabah isə atam səni çağırıb, mənim qəbul ettiyimi deyib sənə cavabının nə olduğunu soruşacaq."  Beynim yandı. Sözün əsl mənasında beynim yandı. Ən çətin memari planı oxumaq belə onun dediklərini həzm etməkdən daha asand idi. "İndi nə olacaq qəbul edəcəyik evlənmək fikrini? Necə yəni evlənəcəm sənlə?"  O kofesindən 2 yudum alaraq, sözünə davam etti. "WUA' ya qəbul olmaq üçün tamam WUA üzvlü biri ilə evləndin. Ama bunu tam 5 ay sonra təsdiqləyəcəklər. Yəni tez olan bir şey deyil bu. Deməyim oduki biz evlənsək belə ən az 5 aydan sonra atamı qəbul edə biləllər üzvlüyə. Yəni biz bir birimizdən xoşumuz gəldiyini atamama həqiqətəndə inandırsaq. Kağız üstündə evlənsək. 5 ay sonra isə onlar atamı yox məni qəbul edəcəklər üzvlüyə. Çünki atamnan əvvəl mən təklif göndərəcəm." Üzünə başa düşməyən bi ifadəylə baxdım. "Bəs deyirdin WUA üzvü olmaq fikrim yoxdu?" O bu səfər kofesini bitirdi. "Yoxdu hələ də. Əyər atam üzv seçilsə biz gərək ömür boyu evli qalaq. Çünkü, boşandığımız an atamın üzvlüyü ləğv olunacaq. Yəni bu 5 ay müddətində atam o səni təhdiq ettiyi hər nə idisə onu gerçəkləşdirməsin deyə yalandan ər arvad rolu oynamalıyıq. Başqa yolu yoxdu." Hərşeyi başa düşmüşdüm. Amma başa düşmədiyim bir şey var idi. "Birinci sualım, əyər sən WUA üzvü olsan atan yenə istək göndərib seçilə bilər. Çünkü, ata balasız. Qohumluq əlaqəniz var. İkinci sualım sənin burda gəlirin nə olacaq? Yəni bunların hamısın sırf mənə kömək etmək üçün edirsən?" O gözlərimin içinə baxdı. "Suallarıvı cavablandıracam ama ilk öncə de görüm atam səni nə ilə təhdit etti?" Udqundum. Yenə o məsələ açılmışdı. Ürəyimə səbəbini bilmədiyim bir sancı girdi. Və qısıq səslə cümlə qurmağa çalışdım."Bacımla. Bacım hal-hazırda həyatının dönüş nöqtəsindədi. O ən yaxşı beznesidarəçilərindən biridi. MMCİ' ə təklif göndərib. Və 99 faiz qəbul ediləcək. Ama.." bu səfər o mənim sözümü kəsdi. "MMCİ nin baş nümayəndələrindən biri Kərim Ağalarovdu. Atamın ən yaxşı dostlarından biri. Və çox güman o təklifi rədd ettirməklə təhdit etti." Təsdiq mənasında başımı salladım. Həyatımda özümü ən çarəsiz hiss ettiyim anlardan birini yaşıyırdım. Bəlkə də heçvaxt bu qədər çarəsiz hiss etməmişəmdir. "Gələk sənin suallarıvın cavablarıma. Birincisi bir ailədə ikidən artıq WUA üzvü ola bilməz yəni düşük ehtimal olacaq. Yəni eyni anda sən mən və atam ola bilməz. İkincisi mənim burda gəlirim səninlə ömür boyu evli qalmamaq olacaq. Bundan daha yaxşı gəlir düşünə bilmirəm." Egois şəkildə gülməyə başladı. İy kopya atası. "Biz boşandıqdan sonra atan bacıma heçnə edə bilməzdə hə?" Arxasına söykənib iki əlini başının arxasına qoydu. "Yox bacın avtomatik olaraq durdurulmaz biznesci olandan sonra nəinki atam heçkim onu dayandıra bilməyəcək." Bu cümləsindən sonra üzümdə gülümsəmə yarandı. Rahatlamışdım. Bacım üçün 5 ay dözə bilərdim. Onsuz 6 aylığına gəlmişdim sonra da direkt İtaliyaya geri qayıdardım. "Onsuz biz boşandıqdan sonra məniç üzvlüyüm avtomatik olaraq silinəcək. Ama silinməzdən əvvəl atamnan qurtulmaq üçün bir iki şey etməliyəm." Bu cümlələri fincanın qulpu ilə oynayaraq fikirlərə dalmış şəkildə deyirdi. Bacımdan başqa heç nə vecimə deyildi onsuz. " indi de görək Ceyran xanım evlənməyi qəbul edirsən?" Xəyallarımdaki evlilik təklifi təbiiki çox fərqli idi. Ama bununlada idarə edərdim. "Hə" son sözüm sadəcə*hə* oldu.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin