Tufanın deyişi ilə;
Gözümü anidən açdım. Sol tərəfimə çevrildim amma o yox idi. Əlimi telefona atıb saata baxdım. 10:30
Qalxıb, yataqda oturdum. Dünən yaşananları fikirləşməyə başladım, dünən bizi alovdan xilas edən, Toğrul olmuşdu. Qapını döyüb, oyaq olub-olmadığımızı soruşmuşdu. Səbəbi isə Toğrulun yuxusunda gəzməsi idi. Hə Toğrul uşaqlıqdan bəri yuxusunda gəzdiyi üçün normalda onun evində yatanda bütün otaqlar kilitli olurdu.
Dünən yaşananlar isə..
Bilmirəm bəlkə də evren bizə əngəl oldu. Dünən yaşancaqlar yaşanmamalı idi. Çünki, biz sadəcə ehtirasımızın və nəfsimizin qurbanı olmuşduq ortada sevgi adlı heç nə yox idi. Sevgi necə ola bilərdiki həm? Ümumiyyətlə sevginin nə olduğunu bilirdim ki mən? Yaşadığım bu hissin nə olduğunu bilməzkən, necə ona addım ata bilərdimki? Dünən sadəcə bir iki öpüşdən sonra Toğrul sayəsində dayanmışdıq. Dayanmalı olmuşduq. Bildiyim tək şey özümnən asılı olmayaraq, ona maqnit kimi çəkilməyimdi..
Amma bu gün nədənsə neçə il sonra rahat yuxu çəkdiyimi hiss elədim. Axrımcı dəfə səhv etmirəmsə, ildırımdan qorxduğuma görə qaçaraq anamın qucağında yatanda bu qədər hüzurlu yatmışdım.
Yataqdan qalxaraq, ilk işim WC ə getmək oldu. Toğrul çox güman səhər tezdən durub getmişdi.
☀️☀️☀️☀️☀️☀️☀️
Ceyranın deyişi ilə;
Səhər tezdən oyanıb, duş aldıqdan sonra evdən çıxıb, anamgilə gəlmişdim. İndi isə mətbəxdə anama nahar hazırlaması üçün kömək edirdim. Dünən yaşananlar isə beynimdən çıxmırdı. Nə qədər özümü aldatsamda bu gün əslində, Tufandan qaçmışdım. Bu utanc hissi deyildi bu tamam fərqli bir şey idi. Gecə Tufan qapını döyməsəydi, nə olacaqdı? Özümü tamamən onun qollarına təslim edəcəkdim? Axı mən özümə söz vermişdim sevdiyim adamdan başqa heç kimin qoynuna girməyəcəm deyə. İndi öz sözümü pozmaqdan heç çəkinməmişdim? Niyə axı? Niyə onun məni öpməsinə öz qoynuna almasına icazə vermişdim? Tufana qarşı nə hiss edirəm heç bir fikrim yoxdu. Tək bildiyim şey onu görən kimi bədənimin, organlarımın ritminin dəyişməsi idi. Bəlkə də, bu sadəcə ehtiras idi. Sadəcə cəzbedici gəlirdi?
"Ceyran, Ceyraan qızıım." Anamın səsi ilə ayıldım. "Hə ana?" Anam əlimdəki doğradığım xiyarlara baxırdı. "Qızım bayaqdandı xiyar doğruyursan sadəcə 3 dənə demişdim axı." Doğradığım xiyarlara baxdım. Nə etmişdim mən 7 ci xiyarı doğruyurdum. "Nəsə fikirləsən eləbil. Nəsə olub?" Dedi anam narahat səs tonu ilə. "Yox sadəcə fikirə getmişəm." Deyib, xiyarların yarısını qaba doldurdum. Əlimdəki salatı götürüb, süfrəyə apardım. Sonra cebimdə titrəşimdə olan telefonumu götürdüm, Tufan zəng edirdi..
Açıb-açmamaqla çox qərarsız idim. Bu nədi Ceyran? Uşaqsan sən?
-alo?
-Hardasan?
-anamgildə.
-orda qalacaqsan?
-çox güman hə.
-niyə?
-nə niyə? Qalmıyım?
-yoxe yəni nəbilim. Nəsə başqa səbəbi var?
-yox. Sadəcə burda qalmaq istəyirəm. Sabah gələrəm.
-tamam necə istəyirsən.
-hələlik.
-hələlik.
Telefonu söndürdüm. Bu nə idi indi? Tufan nəsə gözlənti içərisində idi? İçimə birdən qəribə hiss oturdu. Birdən niyə bu qədər ilgili olduki? Off Ceyran nə danışırsan dünən adamnan öpüşdün nə gözlüyürdün ki? Heç nə olmamış kimi davranmasını? Amma mən heç nə olmamış kimi davranmasını istəyirəm. O gecəni tamamilə unutmaq..
Unutmaq deyirəm ama unuda biləcəm ki? Onun incitmədən kibar davranışlarını, yumuşaq içtən öpüşlərini, çox gözəlsən deyişlərini unuda biləcəmki? Özün unutmamışkən ondan bunu istəmək ədalətsizlik deyil? Ceyran. Bəlkə də..
Bəlkə də o çoxdan unudub. Ya da onun üçün çox adi bir şeydi bəlkə də. Nədə olsa, varlı, yaraşıqlı, gənc adamdı. Nə qədər qadın var onun öpüşləri üçün onla təmas üçün yanıb tutuşan.
Eyni o qədər şey fikirləşirdimki beynimin yanacağın düşünürəm. "Bacıı" Məryəmin səsi ilə ayıldım. İki cüt göz mənə baxırdı. "Neçə dəfə çağırdıme hansı dünyadasan?" Dedi Məryəm gülərək. "Heç" deyib, yeməyə başladım təlaşla. Çox bəlli edirdim.
"Nə əcəb tezdən gəlmisən belə? Xəbərdə verməmisən." Dedi Məryəm. "Hə nəbilim duran kimi gəlmək istədim. Həm darıxmışdım sizdən ötrü.." deyib, gülümsədim. "Təki sən gəl həmişə gözəl qızım mənim" dedi anam gülərüzlə. "Bacı bir söz demək istəyirəm." Dedi Məryəm. "Buyur gözəlim"
"Telefon almaq istəyirəm anam deyir qəbul ol sonra amma həqiqətən bu telefonla oxumaq çox çətindi." Dedi telefonuna baxaraq. "Gedib alaqda." Məryəm bu sözümnən sonra gülümsədi. "Doğurdan??"
"Hə doğurdan"
"Ehtiyac yoxdu qızım. Qəbul olsun demişəmdə ona alacam."
"Ay ana Məryəmin necə oxuduğunu sən mənnən yaxşı bilirsən həm də hansı zəmanədiye? Gedib bu gün ən bahalısından bi telefon alıram bacıma söhbətdə burda bağlanır." Dedim ciddi bi tonla. Məryəm sevincindən qanad açıb uçurdu. "İndi yeməyini ye sonra hazırlaş." Deyib, göz vurdum Məryəmə. "Ana mən otağımdayam"
"Yaxşı qızım"
Qalxıb, otağa gettim. Ah canım otağım..
Dolaptan bi iki şey alıb geyindim.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...