Zöhrə sənədləri bir-bir yoxladıqca, gözlərinə inana bilmirdi. Bu sənədlər hamısı şirkətin qeyri-qanuni biznesinin sənədləri idi..
"Toğrul" Zöhrə fısıldadı. "Həkim bəy' ə noldu bəs?" Toğrul Zöhrənin yanına gəlib, sənədləri gözdən keçirtdi. "Zöhrəəə tapdıqq" o reflex olaraq, Zöhrəni qucaqlamışdı.. tez ayılıb, qollarını ondan çəkdi. "Mən üzr is-"
"Az danış. Sənədləri götürüb, çıxmalıyıq vaxtımız azdı" Zöhrə tez bütün sənədləri götürüb, çəkməcəni kilitlədi. Sonra isə ikisidə otaqdan çıxıb, otağıda kilitlədilər. Onlar tələsik lift ilə aşağı düşdükdən sonra şikrətdən çıxıb, maşına mindilər. İkisidə nəfəs-nəfəsə idi.. və ürək ritimləri sürətlənmişdi çünkü çox güman iksidə ilk dəfə gizli ajanlıq edirdi. "Cəld olda maşını işə sal" dedi Zöhrə kəmərini taxaraq. "Gözlədə bir nəfəs alım" Toğrul son dəfə dərin nəfəs aldıqdan sonra, maşını işə saldı.
********
Yarım saat sonra...
Polis məmuru Adil Şərifov Zöhrə ilə Toğrulun gətirdiyi sübutları incəliyirdi. O Ziya Ata Xanın səs yazısına qulaq asdıqdan sonra təəccüblə Zöhrəgilə baxırdı. "Bu ki psixopatdı" deyə bilmişdi sadəcə..
"Baxın polis bəy. Bu insan neçə illərdi şirkəti qeyri-qanuni yollarla bu yerə gətirib, sübut olaraq sənədləri qarşınıza qoyduq. Ondan əlavə sizə dediyimiz kimi, Vəli Aslanlı və Həcər Aslanlının avtomobil qəzasınında səbəbi Ziya Ata Xandı. Və həmçinin Vəli Aslanlının yəni yanımda gördüyünüz Zöhrə Aslanlının atasının ölüm səbəbidə Ziya Ata Xandı. Bunlar bəs etmirmiş kimi hələ öz gəlini olan, Ceyran Ata Xanın avtomobilinin əyləclərini kəsərək, onunda qəza etməsini istəyən yenə Ziya Ata Xandır." Toğrul bu cümlələri birnəfəsdə demişdi. Adil bəy ona şok içində Zöhrə isə heyranlıqla baxırdı. Zöhrə özünü toparlayıb, sözə başladı.
"Mən Zöhrə Aslanlı MMCI birliyinin üzvüyəm həmçinin biznesin idarə edilməsi ilə məşğulam. Bacım Ceyran Aslanlı Tufan Ata Xan ilə məcburən evlənib, çünkü Ziya deyilən şəxs onu mənim təklifimin qəbul edilməməsi ilə təhdit edib. Üstəlik bunlar yetmirmiş kimi bacıma milyon dollarlıq müqavilə imzaladıb. Həmin müqavilə sizə verdiyimiz sənədlərin içindədi. Qısaca nə deyim onsuz özü hər şeyi bacımın onun otağına gedəndə yazdığı səs yazısında etiraf edib. Bu insan mənim atamı öldürüb. Ən yüksək cəza ilə həbsxanaya atılmasını istəyirəm" Zöhrə də sözlərini bitirdikdən sonra, dərin nəfəs aldı. "Gənclər ömcəliklə oturun sakitləşin. Qarşıma qoyduğunuz sübutlar sayəsin onsuz o psixopat içəri atılacaq. Sizi təbrik edirəm çünkü, əgər siz bu sübutları gətirməsəydiniz, Ziya Ata Xan asanlıqla içəri atılmaya bilərdi. Və indi ən güclü vəkili tutacağına əminəm. Amma bu sübutlardan ən az birindən vəkilin xəbəri olmamalıdı. Bu sübutlar bizdə güvəndədi. İndi sizdən ifadənizi alacaqlar. Mənsə Ziya Ata Xanı həbs etmək üçün şəxsən özüm onun qapısına gedəcəm." Adil Şərifovun bu cümlələrindən sonra ikisidə rahat nəfəs almışdılar..
*******
Bir saat sonra...
Sura üçün tort da kəsildikdən sonra, Ata Xan ailəsi salonda oturub, çay içirdilər. Onlar qızlarına sadəcə öz ailə üzvlərinin iştirak etdiyi kiçik ad günü keçirtmişdilər. Sura isə bundan çox məmnun idi. İndi o öz otağında hədiyyələrini açmaqla məşğul idi. Timur isə hər zamanki kimi tortu yedikdən sonra öz otağına çıxıb, kompyuter qarşısında oynuyurdu. Ceyran və Tufan isə soyuq tərlər tökürdülər...
Və birdən qapı zili çaldı. Xadiməçilər evlərinə getdiklərinə görə, Tufan özü qalxıb, qapını açdı. Budu polis qapıda idi. "Ziya Ata Xanın evidi bura?"
"Bəli. Atamın evidi, Nəsə problem var polis bəy?"
"Atanızı cinayət işləmək suçundan həbs etmək məcburiyyətindəyik"
hərkəs polisin bu cümlələri səbəbi ilə şokda idilər. Bircə bu xəbəri eşidən kimi xoşbəxt olan, Ceyran ilə Tufan idi...
"Nə danışırsız polis bəy? Nə cinayəti?" Ziya təlaşla polis məmuruna baxırdı. Adil Şərifov isə soyuqqanlı şəkildə ona baxırdı. "Eşittiniz Ziya bəy rol aparmağa ehtiyac yoxdu. Məncə ikimizdə nədən bəhs ettiyimi bilirik. Qandallıyın bu adamı" polislər tələsik Ziyanın əllərini qandalladılar. "Siz nə danışırsız axı? Qandallamaq nə deməkdi axı?"
Sultan xanım Tufanın qolundan tutaraq təlaşlı və qorxu dolu gözlərlə oğluna baxdı. "Tufan atavı niyə aparırlar oğlum? Nə cinayəti?"
"Ana narahat olma otur hər şeyi danışacam sənə"
"Ceyran sən anamla qal. Özüm gəlib səni aparacam"
"Yaxşı"
Tufan polislərin arxasınca qaçdı. O tez öz maşınına minib, polis maşınının arxasınca sürdü..
**************
Ceyran və Həcər xanım qarşılıqlı səssizcə divanda oturmuşdular. Ceyran sanki öz içinə sığışmırdı xoşbəxtlikdən ağlamaq istəyirdi özünü güclə saxlıyırdı. Əli ilə sinəsini tutub, sıxırdı çünkü nəfəs ala bilmirdi. Bu keçirtdiyi hisslər atasının qatilinin sonunda içəri atılmağının nəticəsi ilə olurdu. Nəhayət, dolan gözyaşlarını sərbəst buraxdı. Hönkürtü ilə ağlamağa başladı. Sultan xanım Ceyranı bu halda görcək, təlaşla onun yanına gəlib oturdu. "Qızım niyə ağlıyırsan? Ceyran?"
Ceyran Sultan xanımı qucaqlayaraq daha da hönkürtü ilə ağlıyırdı.. o səsi daha çox çıxmasın deyə ağzını tutub, ağlıyırdı. Amma nədənsə ürəyi bu saat yerindən çıxıb, yerə düşəcəkmiş kimi hiss eliyirdi...Sultan xanım isə onun şokdan ağladığını düşünüb, sakitləşdirməyə çalışırdı.
Və bu gecə Ceyran hər şeyi Sultan xanıma danışdı...
"Bu qədər cani olacağını düşünməmişdim. Qatil olacaq qədər irəli gedəcəyini, iş hirsinin onun gözünü kor edəcəyini düşünməmişdim.. Amma çox xoşbəxtəm çünkü, ədalət yerin tapıb. O sizə çəkdirdiyi bütün əziyyətlərin qarşılığını görəcək o cəhənnəmdə. Narahat olma qızım.. atavın ruhu şaddı" Sultan xanım Ceyranı bərk-bərk qucaqladı. Elə bu an qapı döyüldü. Ceyran cəld qalxıb, qapını açdı. Bu Tufan idi. "Tufan?"
"Gəl bölməyə getməliyik, ifadəvi alacaqlar"
"Ana sən də gəlməlisən. Sabahda uşaqları bir təhər bölməyə aparmalıyam onlarında ifadələri alınmalıdı" Tufan anası və Ceyran ilə birlikdə polis bölməsinə gəlmişdi.
"Sultan Ata Xan və Ceyran Ata Xan?" Adil bəy onlara baxırdı. "Bəli" dedi Ceyran. "Sizi bir-bir içəri almalıyam öncə Ceyran xanım buyrun"
Ata Xan Ailə hamısı öz ifadəsini verdikdən sonra, Tufan anasını evlərinə apardı. Ceyran isə Zöhrə və Toğrul ilə öz evinə getdi.
Bir saat sonra..
"Mən şokdan indi çıxırame, yəni Ziyanı içəri attıra bildik axır ki?" Ceyran həyəcanla Zöhrə və Toğrula baxırdı. "Hə bacı biz atamızın qatilini içəri attırdıq" deyib, bacısını qucaqladı Zöhrə. Toğrul isə onları belə görüb, sevinmişdi. "Tufan harda qaldı?" Ceyran təlaşla Toğrula baxırdı. "Danışdım indi gəlir narahat olma"
"Acsız? Bir şey hazırlıyım?" Dedi Ceyran. "Gedək hazırlayaq, səhərdən heç birimiz bir şey yeməmişik" Zöhrə bacısı ilə mətbəxə keçdi. Toğrul isə divanda telefonu ilə məşğul idi. Birdən qapı açıldı içəri daxil olan Tufan idi. O çox yorğum görünürdü. "Tufan? Nəhayət gəldin, necə oldu Sultan xala?" Ceyran əlində bıçaq, Tufana təlaşla baxırdı. Əlindəki bıçaq isə pomidor doğramaq üçün idi. Tufan gəlib, divanda oturdu. "Anam gözlədiyimdən daha müsbət reaksiya verdi. Onsuz atamın belə çoxda ailə başçısı kimi rolu yox idi bütün gün şirkəttə olduğuna görə anamgil onu çox az görürdülər. Anam atamın son 5 ildi psixoloji problem yaşadığını, tamamən işkolik birinə çevrildiyini açıqladı. Bunları daha öncə anamla söhbət etmək fürsətim olmadığına görə indi öyrənirəm. Yəni Ziya Ata Xan öz həyatını öz əlləri ilə məhv elədi. Adil Şərifovu sizdə eşitdiniz. Ən az 30 il yatacağını dedi. Yəni atam orda çürüyəcək" Tufan cümləsini bitirdikdən sonra, dərin nəfəs alıb başını arxaya buraxdı. O tavanı izləyirdi...
Çünkü, Tufan nəhayət rahat nəfəs ala bilirdi. Artıq qorxu ilə yaşamaq məcburiyyətində deyildi...
Yarım saatdan sonra Zöhrə ilə Ceyran atıştırmalıq bir şeylər hazırlayıb, süfrəyə düzmüşdülər. Tufan, Ceyran, Zöhrə və Toğrul mətbəxin led işığında mətbəx masasının ətrafında olub yemək yeyirdilər. Ortam səssiz idi. Çünkü, onlar bu səssizliyi pozmaq istəməyib, hüzurlu şəkildə yemək yemək istəyirdilər..
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...