Anam Əsədi uşaqlıqdan bəri tanıdığına görə onu görən kimi çox sevinmişdi. Oturub, çay içmək üçün nə qədər israr etsə də Əsədi onun əlindən xilas edib, çoxlu işimiz olduğuna ikna ettim anamı. Artıq 20 dəqiqə idiki yolda idik.
Əsəd ilə uşaqlıq xatirələrimizdən danışıb, gülürdük. Sonra telefonu əlimə alıb, instagram bildirimləri yoxladım. Dünən axşam saatlarında Tufandan follow gəlmişdi. Çox güman yenə biz evliyik followlaşmalıyıq yoxsa bu medyanın gözündən qaçmaz düşüncələrində idi. Onun followun qəbul edib, qarşılıq verdim. Sonra nə vaxtdandı storye heç nə atmadığımın fərqinə varıb, Əsəd ilə selfi çəkib, paylaşdım. Yaxşı görək Ceyran özünü aldatma heçolmasa bunu Tufan görsün deyə ettiyini hərkəs bilir. Sən sus iç səsim. Sonra Əsəddən instagramını öyrəndikdən sonra onunla da followlaşdıq.
🔆🔆🔆🔆🔆🔆
Nəhayət, evə gəlib çatmışdıq. Açarı çantamdan çıxardıb, qapını açıb evə girdim Əsəddə arxamdan gəlirdi. Çantamı divanın yanındaki masanın üzərinə qoyanda divanda bir buket gül gördüm. Çoxlu ağ qızıl güllərlə hazırlanmış buket idi.Üstündədə kiçik not var idi. Əyilib, gülü götürüb, içindəki notu oxumağa başladım.
Ağ rozam.. səni heç vaxt soldurmaq istəmərəm,
Əyər bir gün olarsa bu səhvə düşərsəm, səni qoxlamaqdan aciz qoyarsan məni.
Bu mənim ən böyük cəzam olar.
Bağışla məni..
Bu gül hardan idi? Bu not hardan idi? Bu evin açarı iki kişidə var oda Tufan ilə mən də. Tufan gətirib bu gülü? Üstəlik bir də not yazıb? Niyə həqiqətən sevgili imişik kimi not yazıbki?
Gülləri götürüb, qoxladım. Çox gözəl qoxurdular və mənim ən sevdiyim güldə ağ qızılgül idi. Tufan bunu hardan bilirdiki? Üzümdə istəmsiz gülümsəmə yaranmışdı. Uşaq ikən anam bizə istədiyimiz donu aldıqdan sonraki həyəcanı hiss edirdim. Axamı çevirəndə isə Əsədlə qarşılaşmışdım. Əlində təmizlik ləvazimatları mənə baxırdı. "Ooo gül??" Deyib əlimdəki güllərə baxdı. "Yeznə romantik imiş aa" deyib göz vurdu. Əlimdəki buketi masanın üzərinə qoyub, ona "az danış" dedim. O isə hələ də gülürdü. "Utananan daha da gözəl olurmuşsan." Onun qolundan çimdiklədim "Əsədd!?" O gülməyi davam ettirərək,"yaxşı yaxşı" dedi. Əsədə yuxarı mərtəbəyə çıxmasını dedikdən sonra buketin şəklini çəkib, Tufan'a göndərdim.
Siz- bunu sən göndərmisən?
Mesaj oxundu.
Xan🥰- məndən başqa kim göndərə bilərki başa düşmədim?
Siz-üzr istəyəndə belə odun olmasan olmaz hə?
Xan🥰- ben buyum duygullarımı belli ederim.
Siz- öajdbsisajl yaxşı bəs notdakı sözlər nədi elə?
Xan🥰- nə notu?
Siz- buketin üstündəki notdan bəhs edirəmdə.
Xan🥰- haa. O notda nə yazılıb xəbərim yoxdu. Menecerimə sadəcə verdiyim adrese ağ rozalı buket göndərməsini istəmişdim. Bir də üzr istəyirəm notu yazmalı idi. Nə yazıbki?
Siz- heç. Elə üzr istəyirəm notu yazılıb. Bağışladım👍🏻
Xan🥰- şükür. Gəlim kömək lazımdı?
Siz- yox Əsəd burdadı kömək edir.
Xan🥰- Əsəd?!
Siz- aha.
Xan🥰- onun nə işi var orda Ceyran?
Siz- necə yəni nə işi var Tufan? Dostumdu və kömək etməyə gəlib.
Xan🥰- gəlirəm.
🔆🔆🔆🔆🔆
Onu həqiqətən anlamırdım. Onsuz o notun ona aid olmadığınıda düşünməli idim Tufan o qədər incə ruhlu biri deyildi təbiikidə. Anlamadığım tək şey Əsəd ilə nə alıb verə bilmədiyi var idi axı Tufanın? "Ceyliii" Əsədin səsi məni getdiyim fikirdən oyattı. Pilləkanla yuxarı mərtəbə Əsədin olduğu otağa qalxdım. O uşaqlıqdan bəri mənə belə səslənirdi. Görünür xitab şəklin hələ də unutmayıb.
Yarım saattan çox idiki Əsədlə bütün otağları təmizləyib, səliqəyə salmağa çalışırdıq. Tufan mənə bu evi düzənləmək üçün adam göndərə biləcəyini desə də etiraz etmişdim ona. Çünkü, otağımı məndən başqa istədiyim kimi heç kim düzənləyə bilməzdi. Mən də nə ağılnan təmizləməyə gəldiyim evə ağ kombin edib gəlmişdim bilmirəm. Paltarlarımı yavaş-yavaş kabineyə doldurmaq üçün ayağımın altına kiçik stul qoyub, üstünə çıxdım. Kabinetin boyu hümdür idi sabaha zada onu aşağı saldırtmalı idim. Tam ilk ayağımı qoyduqdan sonra ikinci ayağımı qoyurdumki stul yellənməyə başladı, balansımı saxlaya bilməyib, tam yıxılacaqdımki, Əsədin qollarına düşdüm. "Hey ehtiyatlı ol. Olmasanda olar superheron burdadı" deyib göz vurdu. Şükür ki Əsəd məni tutmuşdu yoxsa yıxılıb bir tərəflərimi qıra bilərdim. "Təşəkkürlər superhero. İndi isə aşağı endirə bilərsən." Dedim ona baxaraq. Əsəd isə məni aşağı endirməyib, qucağında paltar kabineti olan yerdən yataq olan yerə pillləkanlar endirdi. "Sağ salamat düşəcəyindən əmin olmalıydım." Deyib güldü. "Ha ha ha."
Elə bu an qapı açıldı. Tufan bir əli qapının qulpunda bizə baxırdı. İçimdən bir səs hal-hazırda tufan olacağını deyirdi. Çünkü, mən Əsədin qucağında idim. Əsəd Tufanı görcək, məni qucağından aşağı endirdi. "Biz eı mən ka-" Tufan Əsədin sözünü kəsib mənim yanıma gəldi. Başdan ayağa məni süzdü. "Yaxşısan? Bir yerivə nəsə olmadıki?" O təlaşlı gözlərlə mənə baxırdı. Tufan az qala yıxılacağımı hardan bilirdiki? "Yox yaxşıyam narahat olma." Dedim mən də ona baxaraq. Sonra isə Tufan Əsədə tərəf çevrildi. "Həyat yoldaşımın sənin qucağında olma ehtimalı çox güman yıxıldığına görə və yaxud yıxılma təhlükəsi yaşadığına görə ola bilər. Elə deyil Əsəd?" Deyib, gülümsədi və əlini Əsədə uzatdı. Əsəddə onun əlinnən tutaraq gülümsədi. "Əlbəttə Tufan."
O anlamdığım dialoqdan sonra üçümüzdə aşağı mərtəbəyə endik. Əsədə gələn zəngdən sonra bizə getməli olduğunu deyib, sağollaşıb getmişdi. Mən mətbəxdə kofe hazırlamaq ilə məşğul idim. Tufanın isə harda olduğunu bilmirdim evin bi yerlərində olmalı idi. "Aldığım gülləri bəyəndin?" Eşittiyim səs ilə birlikdə arxama çevrildim. Tufan divanda oturub, mənə baxırdı. "Ağ qızılgülləri sevdiyimi hardan bilirsən? Bunu sənə dediyimi xatırlamıram." Dedim onun yanına gedərək. O isə ayağa qalxdı. "Deməmisən hətta bilmirdim. Sadəcə səni ağ qızılgülə oxşattığım üçün onları seçdim." Ağ qızılgülə oxşadırdı məni? "Niyə elə baxırsan? Oxşada bilmərəm?" Dedi gözlərimə baxaraq. Aramızdaki məsafə yenə azalmışdı. Onunla aramdaki məsafə hər azalanda ürəyim yerindən çıxacaqmış kimi hiss edirdim. Niyə bayaq bu Əsədlə birlikdə olanda belə hiss etmirdim? Sadəcə Tufan ilə niyə elə hiss edirdim? Gözlərimi qaçırtdım. "Yo oxşada bilərsən. Nəticədə mən gözəl bir qadınam oxşamağın çox normaldı." Dedim. Amma gözlərinə baxa bilmirdim. Tufan məsafəni get gedə azaldırdı. Bunu bilərək edirdi? O hər addım atanda mən də bir addım geriyə gedirdim. Onun məqsədi nə idi axı? "Mənnən bu qədər qorxma" deyib, gülərək arxaya getti. Bilərək edirdi yəni? "Ha ha ha səndən niyə qorxumki mən?" Dedim mətbəxdəki kofe aparatını söndürdükdə. "Üzüvün halın görməli idin. Gözümün içinə belə baxa bilmirdin." O hələ də mənə baxırdı. "Əlaqəsi yoxdu." Sözü dəyişdirmək üçün hər şeyi edirdim. Onun isə mənə tərəf yavaş -yavaş gəldiyini hiss edirdim. "Əslində səni qınamıram. Yaraşığlı biriyəm mən də sənin yerində olsaydım öz ehtirasıma qapılmaqdan qorxardım." Nəəə? Bu nə cürət idi? "Əsəblə axama çevrildim. Düz burnumun dibində idi. "Nəə? Birincisi sən mənim tipim belə deyilsən." O sözümü kəsib, "hə hə bilirəm sənin tipin qısa boy rəngli göz sarışın bir şeylər idi hə?" Nə? Belə bir şey nə vaxt demişəm? Off yadıma gəldi. Onda ağzıma gələni demişdim. Hələ də niyə unutmayıb axı? Dik dik onun gözlərinə baxmağa davam etti. "Aha." Deyib, yanından keçib mətbəxin o biri tərəfinə keçdim. Fincanları kofe ilə doldurub, birini ona uzattım. "Gracias" dedi göz vuraraq. Əslində, Tufanın aurası çox fərqli idi. Ona qapılmayan qızın olması imkansız kimi bir şey idi. Və Tufan bunun fərqində idi. Nə əcəb indiyə qədər Ayan ilə aralarında bir şey olmamışdı? Ayan da gözəl qadın idi qırağdan onları bir-birinə yaraşdıran çox olardı. Görünür, Tufanın da xüsusi bir tip i var idi. Kofemdən bir yudum aldım. Bu kofe aparatı çox əla idi. Tufanın öz evindəkin bəyənmirdim. "Bəs sənin xüsusi typin var?" Dedim özümnən asılı olmayaraq, Of Ceyran nəyivə lazım axı? Özüvü mütləq biabır etməlisəndə. Tufan mətbəxt masasına söykənmiş şəkildə mənə baxırdı. Sualımı eşidəndə bir qaşı yuxarı qalxmışdı. Dodağının kənarı isə qıvrılmışdı. Bu baxış mənnən məzələnməyə başlayacağı baxış idi. "Mənim tipim? Nəyə görə maraqlanırsan mənim xüsusi tipimin olub olmadığından?" Al buyur cavabla Ceyran. Adam haqlı idi. Mən də olsaydım mən də belə sual verərdim. "Yəəni elə belə maraqlı gəldi. Hər nəysə soruşmadım say." Deyib, sözü fırlatmağa çalışdım. Çırpınırdım desəm daha doğru olardı.
"Yoxe indi madam sual verdin mən də cavabliyimda. Məncə yəni mənim xoşlana biləcəyim qadın təbii olmalıdı. Olmalıdı deyəndəki təbii olsa daha yaxşı olar. Bu zəmanədə təbii insan tapmaq çox çətindi. Boyu boyuma uyğun olsa bəsdi. Göz rənginin saç rənginin çoxda fərqi yoxdu. O an ona baxanda etkilenmeliyem. Bu qədər. Hə bu arada saçı platin sarısı olmasın." Son qurduğu cümləyə gülümsəmişdim. Demək onun tipi bu idi. Ona görə Ayana ilgisi yox idi çünkü, Ayan başdan ayağa dolğu botoks idi. Tufanla fikirlərimizin nə qədər üst-üstə düşdüyünü öyrənmiş oldum.
"Bittidə? Köçdük tam olaraq." Onun bu cümləsi ilə gettiyim fikirdən ayıldım. "Aha bitti. Yeni evimiz xeyirli olsun deyək nə deyək.." kofemnən bir qurtum daha aldım. "Xeyirli olsun." Dedi gülümsəyərək. Tufan bir də gülümsəməsə olar? Çünkü o hər gülümsəyəndə nə qədər cəlbedici olduğunu başa düşürdüm və bu sinir bozucu idi.
"Mən gedim şirkətə işlərim var. Sən burdasanda? Bi yerə geymiyəcəksənki?" Bu gün heç bir yerə getmək fikrim yox idi. Otağımı düzenliyecekdim. "Yox evdə olacam." O başını sallayıb, maşının açarını götürüb evdən çıxdı. "Soyuducunu bu gün səhər doldurtmuşam yəni ehtiyacın olan hər şey içində var ac qalma." Demişdi qapıdan çıxanda mən isə tamam mənasında başımı sallamışdım.
🔆🔆🔆🔆🔆
Tufanın deyişi ilə;
Şirkətdə işləri bitirdikdən sonra, evə doğru yola çıxmışdım. Evə doğru dediyim yeni evimi nəzərdə tuturdum. Birdən mesaj bildiriminin gəldiyini gördüm normalda maşın sürərkən telefona baxmaram ama Ceyranın mesaj attığını önəmli bir şey olduğunu düşündüm.
Ayan- Tufaaanciik
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...