Tufan qan verdikdən sonra, dincəlməsi üçün göstərilən otaqda qalmaq istəməyib, kolidorda Zöhrə və Toğrul ilə gözlüyürdü. Artıq 6 saat idiki onlar xəstəxanın soyuq kolidorunun ağuşuna səssiz gözyaşları ilə sığınmışdılar. Nəhayət, əməliyyat otağının qapısı açıldı. Onlar cəld ayağa qalxıb, baş həkimin qarşısına keçdilər. "Həkim, xahiş edirəm bir şey deyin" Tufanın səsi möhkəm çıxmamışdı. "Əməliyyat uğurla sona çattı. Lakin, xəstənin halı stabildi. Müşahidə altında qalmalıdı heç biriniz görə bilməzsəniz." Onlar nəhayət, rahat nəfəs ala bilmişdilər. Sevinclərini isə bir-birlərini qucaqlıyaraq gösdərdirlər.
"Dedim axı hər şey yaxşı olacaq" deyib gülümsədi Toğrul.Tufan, Zöhrə və Toğrul otağın böyük pencərəsindən Ceyranı izləyirdilər. "Zəng edim anamgilə xəbər verim" Zöhrə çantasından telefonunu çıxardıb, onlardan uzaqlaşdı. "Mən də gedim, kofe alım bizə" deyib, Toğrulda getdi.
Tufan təkbaşına qalmışdı. Ceyranı bu halda görüb, pərişan olmuşdu.
Nə oldu axı sənə? Nəyə görə o qədər sürətli sürdün? Ceyran...
Ceyran Tufanın ucbatından o yatağa düşsə də Tufanın qanı vasitəsi ilə həyata qayıtmışdı.
"Bax oğlum, görürsən? O sənin ucbatından bu haldadı mənim yox:)" Tufan eşitdiyi səsin kimə aid olduğunu dərk etdiyi an sağ tərəfinə çevrildi. Amma onun yanında heç kim yox idi.. lakin atasının səsini eşitdiyindən əmin idi.
"Axı mən Ceyrana heç nə etməmişəm? Ceyran mənim ucbatımdan bu haldadı? Mən onu sevməkdən başqa ona heç nə etməmişəm axı.."
Tufan beynindəki səsləri susdurmaq üçün iki əli ilə başını tutub, yerə çökmüşdü.
"O qızın həyatını sən məhv elədin"
"Yox!! Yox! Yox! Sus artıq!!"
Sonra bir əl Tufanın çiynindən tuttu. "Tufan! Tufan özüvə gəl!"
Tufan Toğrulun səsini eşitcək gözlərini açdı. Beynindəki səslər susmuşdu..
"Toğrul?"
"Tufan? Nə olub? Yaxşısan qardaşım?"
Tufan Toğrul ilə birlikdə ayağa qalxdı. "Məni boşver. Ceyran mənim ucbatımdan bu haldadı.."
"Nə? Sən nə danışırsan Tufan? Bunun sənlə heç bir əlaqəsi yoxdu.."
"Var! Mənim atamın və mənim ucbatımdan o bu haldadı. Mən onun həyatına girməsəydim indi o sağlıqlı normal həyat yaşayan bir qadın idi. Mən qara lənət kimi onun həyatına girdim."
Toğrul əli ilə dostunun üzünü tutub, gözlərinə baxdı.
"Tufan mənə bax! Sənin heç bir günahın yoxdu. Başa düşürsən məni? Bu hekayədə bir günahkar var idi. Oda hal-hazırda həpisdədi. Bitti bu qədər. Qəza hərkəsin başına gəlir. Ceyran diqqətsiz-"
"Yox! Ceyran heç vaxt sürətli sürməzdi Toğrul. Yox. Nəsə var.."
"Ceyran sənin evivə gələcəkdi bu gün" Zöhrənin səsi ilə ikisidə ona tərəf çevrildilər.
"Nə? Mənim evimə? Nəyə görə?"
"Bilmirəm. Mənə dediki Tufanın yanına gedəcəm. Xəbərin yoxdu sənin?! Ceyranın o yolda nə işi var idi bəs? Bir fikirləşdə!"
"Bir dəqiqə bir dəqiqə... Zöhrə, Ceyran mənim evimə gəlmiyib axı buna əminəm. Gəlsəydi xəbərim olardı həm əvvəlcədən xəbər verərdi mənə. Mən əmi-"
"Tufan.. O sənə hisslərini demək üçün gələcəkdi."
"Hisslərini?"
"Hə. Sənə qarşı olan hisslərini.."
"Mən başa düşmürəm əgər Tufanın evinə getməyibsə nəyə görə geri dönüş yolunda qəza keçirdib?" Toğrul əlindəki kofeləri Zöhrə ilə Tufana uzatdı.
"Bilmirəm.." Zöhrənin səsi yorğun çıxmışdı.
Elə bu an Tufan bütün olanları xatırlamağa çalışdı... həmən gecəni və o gecənin səhərini. O gecə evdə tək deyildi. Ayan da onun evində qalmışdı. Amma o səhər duranda Ayan artıq çıxıb getmişdi..
"Ceyran... Ayan nə isə edib. İndi hər şey yerinə otu-"
"Bir dəqiqə, Ayan?"
"Hə indi hər şey aydındır."
"Toğrul, Ayan kimdi? Biri nə baş verdiyini açıqlaya bilər artıq?"
"Ayan Tufanın uşaqlıq dostudu və ailələri yaxındı."
"Hə indi xatırladım.. Ceyran bəhs etmişdi."
"Toğrul, Ceyran mənim evimə gəlib, Ayanı görmüş ola bilər? Bəlkə də, Ayan bilərək.."
"Ola bilər yox, yüz faiz olub. Ayanı özün yaxşı tanıyırsan Tufan."
Tufan Zöhrəyə tərəf çevrildi.
"O gecə Ceyranın yanına evimizə gedəcəkdim ona qarşı olan hissləri dilə gətirmək üçün. Lakin, Ayan gəldi və Toğrul da mənim yanımda idi. Qalmaq istədi mən də o gecə gedə bilmədim. Səhər durub getməyi planladım. Mən səhər duranda Ayan çoxdan getmişdi. Vaxt itirmədən evsən çıxıb, digər evə getdim amma Ceyran yox idi. Otağında güldan düşüb sınmışdı. Ağ qızılgüllər hər yerə səpilmişdi. Ama qana bulaşmışdılar. Elə o an sən zəng ettin"
"Olan buduki Ceyran səhər gəlib, qapını Ayan açıb artıq nə geyinmişdisə Allah bilər. Ceyran da hər şeyi səhv başa düşüb qayıdıb" dedi Toğrul.
Zöhrə isə susub, sadəcə dinləyirdi.
"Qızım!! Qızım hanı? Ceyranım hanı?!?" Həcər xanımın nalələri kolidoru çalxalamışdı. Zöhrə anasını sakitləşdirməyə çalışırdı. "Ana sakit ol Ceyran yaxşıdı. Hal-hazırda reeanimasiyadadı görə bilmərik." O anasını və Məryəmi xəstəxana kreslosuna otuzdurdu. "Bacı, bacım həqiqətən yazşıdıda hə?"
"Yaxşıdı birdənəm yaxşıdı narahat olma"
"Qızımı görmək istəyirəm mən!"
Həcər xanım ayağa qalxıb, Tufan və Toğrulun önündə durduğu, Ceyranın olduğu otağın şüşəsinə yaxınlaşdı. Həcər xanımın ilk göz ağrı ordaca hərəkətsiz uzanırdı.
"Ağlamıyın xala. O sağalacaq, sizin qızınız güclüdü." Həcər xanım Tufanı qucaqladı. "Güclüdü mənim qızım Tufan.. güclüdü.."
Tufan Həcər xanımı gətirib, kresloda otuzdurdu. Məryəm isə ayağa qalxıb, bacısını görmək üçün şüşəyə yaxınlaşdı. Toğrul Məryəmin çənəsini qaldırıb, gözyaşlarını sildi. "Sən ağlama ki ananda ağlamasın yaxşı mı gözəlim?"
Məryəm başını sallayaraq, "yaxşı" dedi. Sonra isə, anasının və bacısının yanına gedib, oturdu.
"Həkim bu gün görməyimizin imkansız olduğunu dedi. Daha da gözləməyin mənası yoxdu. Mən Həcər xalagili evlərinə apararam. Sən də get öz evivə bir az özüvə gəl Tufan"
"Heç yerə getmək istəmirəm... Ceyran daha nə qədər yatacaq orda?"
"Tufan o yaxşıdı. Əməliyyatdan sağ çıxdı və getdikcə, sağalacaq. Ağır qəza keçirdib özün yaxşı bilirsən. Sən də özüvə gəl artıq xahiş edirəm."
Tufan Toğrulun dediklərini düşündükdən sonra Ayanı tapmaq qərarına gəldi.
"Yaxşı. Onda Həcər xalagili sən apararsan"
"Narahat olma"
"Yaxşı ki varsan Toğrul"
"Sən də qardaşım"
İki yaxın dost bir-birlərini qucaqladıqdan sonra, Tufan xəstəxanadan çıxdı. O maşınına minib, kəmərini taxdı və telefonu götürüb, Ayana zəng etti.
O yolboyu Ayana neçə dəfə zəng etsə də Ayan telefonu açmamışdı.
-alo Tufan?
-alo, Röya xala salam necəsən?
-yaxşıyam oğlum sən necəsən?
-mən də yaxşıyam çox sağ ol. Röya xala mən Ayanı soruşacaqdım. Telefonu açmır biımirsiz hardadı?
-hə o səhər evə gəlib, duş alıb getti. Mənə də rəfiqəsi Günaygilə gedəcəyini dedi.
-oldu Röya xala çox sağol
-sən də sağol oğlum.
**********************
Tufan öz evinə yox, Ceyran ilə olan Evinə gəlmişdi. Maşının açarını və telefonunu masaya qoyub, özünü divana attı. İki əlini başının arxasında birləşdirib, tavanı izləyirdi. Olan bütün hadisələri bir-bir düşünürdü. Elə bu an qapı zəngi çalmağa başladı. Tufan yerindən qalxıb, yavaş addımlarla qapıya tərəf getdi. O qapını açdıqdan sonra, anasını görüb, təəccübləndi. "Ana?"
"Salam oğlum" Sultan xanım tək başına qapıda gözləyirdi. "Keç buyur" ana-oğul içəri keçib, divanda qarşılıqlı oturdular. "Nəsə olub ana?"
Tufan təlaşla anasına baxırdı. Sultan xanım çantasını çıxardıb, masaya qoydu. "Yox, qorxmalı heç nə olmayıb, narahat olma. Elə-belə oğlumu görməyə gəlmişəm. Pis eləmişəm?"
"Yox, yox ona nə deməkdi. Başımın üstündə yerin var. Təki sən gələsən gözəl anam."
Sultan xanım oğlunun bu sözlərinə gülümsədi.
"İlk öncə sənin evivə getdim amma yox idin. Mən də düşündüm ki bəlkə burda olarsan, elə burda imişsən. Ceyran qızımnan barışmısız? O hardadı?"
Tufan Ceyran adını eşitdikdən sonra, gözlərini qaçırtdı.
"Oğlum bir şey olmuyub ki? Yorğun görünürsən"
Tufan heç nə demədən oturduğu yerdən qalxıb, gəlib anasının yanına uzanıb, başını anasının dizlərinə qoydu.
"Tufanım, gözümün işığı yaxşısan?"
Tufan sadəcə fiziksəl yox, ruhsal cəhətdəndə çox yorğun idi. Yaşadığı bunca şeydən sonra emosiyaları yığılıb, artıq dolub daşmışdı. Axrıncı dəfə nə vaxt ağladığını xatırlamayan Tufanın gözlərindən yaşlar axmağa başladı. Tufan bu yaşları silmək üçün çabalamırdı. "Çox yorulmuşam ana" onun səsi titrək çıxmışdı. Sultan xanım oğlunu ondan daha yaxşı tanıdığına görə ağladığını anladı. Çünki, Tufan həmişə belə idi. Bir şey başına gəldisə ya da bir şeydən qorxdusa, səssizcə gəlib, anasının dizlərində ağlayardı. Sultan xanım oğlunun saçlarını sığallamağa başladı. "Canımın içi, ağla hisslərini boşalt. Sən də insansan Tufan"
Tufan balaca uşaqlar kimi anasının dizlərini qucaqlıyıb, iç vura-vura ağlamağa başladı. Sultan xanım da oğlu ilə birlikdə ağlıyırdı.
Bir neçə dəqiqədən sora, sükut çökmüşdü. Tufan yavaşca göz qapaqlarını açıb bağlıyırdı. Anası isə saç tellərini sığallıyırdı. Tufan qalxıb, anasının əllərindən tuttu. Sultan xanım isə oğlunun dağılmış saçına, yorğun gözaltlarına arıqlayan bədəninə baxdı. Bu bir neçə ayda Tufan həqiqətən də çökmüşdü. Ancaq özü bunu fərqində belə deyildi. "Ceyran avtomobil qəzası keçirdib, xəstəxanadadı."
"Nə?!" Sultan xanım təlaşla ayağa qalxdı.
"Sağdı. Əməliyyat uğurlu keçdi"
"Oğlum sən nə deyirsən? Vay, vay necə baş verib bu? Qalx gedək xəstəxanaya"
Tufan anasının qollarından tutub, divana otuzdurdu.
"Otur ana narahat olma. O yaxşıdı mübarizə apardı və qazandı. Reeanimasiyadadı. Həkim dediki görməyiniz imkansızdı. Sabah gedəndə səni də apararam."
"Allaha çox küşür ki, sağ-salamatdı."
"Şükür.."
"Bəs necə olub bu qəza Tufan?"
"Biz də tam bilmirik. Maşının sürət həddin keçib, qarşısındaki maşını vurmamaq üçün, yoldan çıxıb, ağaca vurub. Ceyran sürətdən qorxurdu heç vaxt sürətli sürməzdi. Hələ mən bir az sürətli sürən kimi mənə əsəsbləşərdi. Bilmirəm ana.. necə oldu bilmirəm.."
Sultan xanım oğlunu qucaqladı. "Hər şey yaxşı olacaq birdənəm. Narahat olma. O güclü qızdı mütləq sağalacaq"
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...