23

10 2 2
                                    

"Siqaret sənin əlivə heç yaraşmır"
Toğrul masa qarşısında oturub, siqaret çəkən dostuna xəyal qırıqlığı ilə baxırdı.
"Bu gün evimə gəldi"
"Kim?"
"Ceyran"
"Nə?"
"Əməliyyatda qan verdiyim üçün təşəkkür etməyə gəlib"
"Necə oldu? Yəni bir şeylər xatırladı?"
"Yox. Sadəcə, bu ev mənə hardansa tanış gəlir dedi."
Tufan əlindəki siqareti külqabıda söndürdü.
"Bilirsən, Toğrul. O sağalıb. Xoşbəxtdi daha ağlamır əksinə gözləri gülür. Ceyrana gülmək o qədər yaraşır ki... "
"Bəs sən? Sən son 3 aydı gülmürsən. Bədənin bizimlədi amma ruhun buralarda deyil Tufan. Ceyran sağalır düzdü. Amma sən? Sən yavaş-yavaş ölürsən Tufan.."
Elə bu an içəri Timur daxil oldu.
"Timur?"
"Salam hərkəsə"
"Salam Timur"
"Nolub nəsə olub?"
"Yox. Mən sadəcə maşınıvı götürmək üçün icazə almağa gəlmişdim."
"Hansı?"
"Qara porsche"
"Bəs sənin narıncı porsche və noldu?"
"O təmirdədi."
"Yaxşı götürərsən"
"Çox sağol qaqa"
Timur gəlib, qardaşının boynuna sarıldı.
"Özüvü ağıllı apar səndən şikayət eşitmiyim universtetdən"
"Başüsdə"
Timur xoşbəxt şəkildə otaqdan çıxıb, getdi.
"Bu nə vaxt böyüyəcək Toğrul?"
"Bir gün böyüyər icazə ver gəncliyin yaşasın"
"Onun gəncliyini yaşaması üçün hərcür imkanı qarşısına sərirəm."
"Düzü sən onun kimi gəncliyivi yaşmamısan. Onun yaşında olanda gecəvi gündüzüvə qatıb, ayaqlarıvın üstündə durmağa çalışırdın. Heç kim sənin qabağıva porscheləri düzmürdü."
"Eybiyox.. o gəncliyin yaşasın sonra onsuz böyüyəcək məsuliyyətlər alacaq"
*************
Timur maşınını saxlayıb siqnal verdi. Bu səs isə Məryəmi qorxutmuşdu.
"Min aparım"
"Özüm gedərəm"
"Bəsdidə naz eləmə"
"Timur işinnən məşğul ol"
"Mənim işim hal-hazırda kömək istəyən gənc və gözəl xanıma yardım əli uzatmaqdı"
"Səndən kömək istədiyimi hardan çıxartdın?"
"Baxışlarından.."
Məryəm dözə bilməyib, qəh-qəhə atmışdı.
***************
"Deməli, bu axşam bir məkana gedəcəyik. Həm də bir müddət sonra zehnimizi boşaldıb, əylənərik nə deyirsən?"
Zöhrə divanda uzanıb, ipadla məşğul olan bacısının qarşısında oturmuşdu.
"Nə məkanı?"
"Gecə məkanı."
"Zöhrə bilirsən ki, səs-küydən xoşum gəlmir"
"Yaxşıda bəsdi. Söz verdin gedəcəyik."
"Nə vaxt söz verdim?"
"Axşam saat 9 da gəlib götürəcəm səni unutma"
Zöhrə son cümləsini dedikdən sonra salondan çıxdı.
Ceyran isə qalxıb, divanda oturdu. O ipad ini masanın üzərinə qoyanda masada bir kitab gördü. Kitab şeir kitabı idi və bütün azərbaycan şairlərinin şeirləri var idi. O kitabı əlinə alıb, random bir səhifə açdı. və həmin səhifədəki şeiri oxumağa başladı.
Məni gözəl xatırla...
Bunlar son misralar.
Fərz et ki, bir külək idim, əsib keçdim həyatından.
Ya da bir yağmur, sel oldum çöllərdə..
Sonra torpaq çəkdi suyu canına, yox olub getdim.
Bəlkə də röya idim səninçün
Oyandın və mən bittim...
Ceyran kitabı bağlıyıb, masaya qoydu. Və qəfildən başında şiddətli ağrı yaranmışdı. O əli ilə başını tutub, gözlərini yumdu.
"Mənə şeir oxuya bilərsən?"
Tufan başını kitabdan qaldırıb, Ceyranın gözlərinə baxdı. "Mən?"
"Aha, sən" Ceyran isə ona baxaraq, gülümsəyirdi. Tufan əlindəki kitabı bağlıyıb, önlərindəki kiçik masaya qoydu. Sonra isə Ceyrana tərəf çevrildi...
Ceyran gözlərini açdı. O bu gördüyü bulanıq xatirəni anlamağa çalışırdı. Oxuduğu adi bir şeirin ona belə bir şey xatırladacağını bilmirdi.
"Ceyraan" anasının səsilə ayılan Ceyran ayağa qalxdı. "Yemək hazırdı qızım"
"Gəlirəm ana"
***************************************
- alo?
-alo Tufan gəlirsən də yəqin?
-hara gəlirəm Toğrul?
-ee olmadıki bu hazırlaş gəlirəm
-hara gə- alo?
Tufan telefonu masanın üzərinə qoyub, divana uzandı. Bu gün Ceyran ilə birlikdə yaşadığı hadisəni xatırladı və istəmsizcə üzündə gülümsəmə yarandı. Sonra Toğrul ilə telefon danışığını xatırlayıb, ayağa qalxdı. "Görəsən yenə hansı anormal yerə aparacaq məni.."
***************
Zöhrə ilə Toğrul, Tufan və Ceyranı bir məkana gətirmək üçün plan qurmuşdular. Bu planlarıda uğurla alınmışdı. Musiqinin səs-küyündən Tufan narahat olub, Toğrula baxdı. "Başqa yer tapa bilmədin?"
Toğrul isə gözü ilə Zöhrə gili axtarırdı. "Yo bura superdi bir az rəqs elə" deyib, əlindəki shotu başına çəkdi. "Az iç sonda leşivi aparmıyım evə" dedi Tufan qış-qıraraq.
"Yaxşı" deyib, göz vurdu Toğrul.
Zöhrə və Ceyran maşından düşüb, məkanın önünə gəldilər. "Bardı bura?" Ceyran şüphə ilə Zöhrəyə baxırdı. "Yox əşi nə bar?" Zöhrə Ceyranın qolundan tutub, məkana daxil oldu. Ceyran yüksək səsdən narahat olub, üzün turşuttu və heç nə demədən Zöhrənin arxasınca getti.
"aa siz?" Zöhrə ilə Toğrul güya təəccüblə bir-birinə baxırdılar. "Aa biz?"
"Bu nə təsadüf" Zöhrə gülümsəyərək Toğrula işarə etti. "Həqiqətən necə gözəl təsadüf gəlin birlikdə oturaq"
Zöhrə Ceyrana çevrilərək, "oturaq?" Dedi. Ceyran isə "olar" demişdi.
Toğrul onları Tufanla ikisinin masasına apardı. Ceyran ilə Tufan bir-birlərini gördükləri an gözləri kilitləndi. O an onlar üçün zaman dayanmışdı. "Ceyran?" Tufan sual dolu baxışlarla ona baxırdı. Ceyran ağzını açmamış, Toğrul "təsadüfən qarşılaşdıq" dedi gülümsəyərək eyni an da da Zöhrəyə baxırdı. Tufan işin hansı yerdə olduğunu anladı. Zöhrə ilə Ceyran onların qarşısında oturdu. "Qızlar nə içirsiz?"
"Mən sadəcə meyvə suyu içəcəm" dedi Ceyran asta səslə. Toğrul eşitmədiyi üçün qışqıraraq "nə?" Demişdi. "Meyvə suyu deyirəm! Sadəcə meyvə suyu" Ceyran da qışqırmaq məcburiyyətində qalmışdı. "Həə yaxşı"
"Mənə də adi viski" dedi Zöhrə Toğrula baxaraq. Toğrul göz vurub, masadan qalxdı və bar a yönəldi. Tufan isə gözlərini Ceyrandan ala bilmirdi. Ceyranın bi an bu gün gördüyü bulanıq xatirə yadına düşdü. "Sən heç mənə şeir deyibsən?" Ceyran Tufana baxaraq cavab verməsini gözlüyürdü. "Səs yüksəkdi. Eşitmədim nə dedin?" Tufan onun nə dediyini həqiqətən eşitməmişdi. Ceyran isə verdiyi sualın axmaqca olduğunu düşünüb, sualını təkrar etmək yerinə "heç nə" dedi sadəcə... Tufan isə ilk cəhddə onu eşitmədiyi üçün heyflənmişdi.

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Nov 05 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin