Ceyranı tuutuğumuz yenə evə apara bilməzdim çünkü ora hələ tam hazır deyildi. Həm də burdan çox uzaq idi. Bu saatta içkili halda öz evlərinə də apara bilməzdim. Tək çarə mənim evim idi. Onu öz maşınıma mindirdim. Ayaqdaduracaq taqəti yox idi. "Xaaan" 10 dəqiqə içində mənə 145 ci dəfə səslənirdi. "Hə Ceyran" dedim kəmərimi taxaraq. Sonra. Onunda kəmirini taxıb, maşını işə saldım. "Bəs mənim maşınım?" dedi mənə baxaraq. "Zəng eliyəcəm gəlib onu götüərəcəklər narahat olma." Başını yellədi. Gözləri axırdı. Yolboyu səsini çıxarmadı hətta bi ara sızdığını zənn ettim ama pencərən çölü izləyirdi. Nəhayət gəlib çatmışdıq. "Tufan mən bu gecə maşında qalacam." Aha yenə başladıq. "Necə yəni Ceyran?" Çevrilib mənə baxdı. "Sən düş get." Ümidim Ceyranın tez bir zamanda sızıb yatması idi. "Gəl gedək yataqda yat. Burda niyə yatırsan?" Dedim ona baxaraq. Gözlərimin içinə baxırdı. Ən dərinə. "Xan" dedi gözlərini çəkmədən. "Hə" dedim mən də gözlərimi çəkə bilmirdim. "Sən niyə beləsən?" Necə yəni? Neceydimki? "Neceyem Ceyran?" Dedim ona təəccüblü baxaraq. Gözlərini qaçırdıb, önünə baxdı. "Məncə sən insan deyilsən." Gözlərini üzümdə gəzdirməyə başladı. Barmağı ilə yanağıma toxundu hətta. Məqsədinin nə olduğu haqqında heç bir fikrim yox idi. "Elegante" nə? "Necə?" Gözlərini pencərən çölə çevirdi. "Heç" kəmərimi çızardıb, maşından endim. Sonra gedib, Ceyranın qapısını açdım. "Tufan qucağına götür" dedi mənə baxaraq. Yetərincə sınanmırmış kimi həyat məni daha çox sınamağa and içmişdi elə bil. Onu qucağıma götürdüm. Ağırlığı hiss olunmurdu heç yüngül idi. Başını əyib yuxarıdaki ulduzlara baxırdı. Mən isə bir əlim ilə maşını kilitməyə çalışırdım. Nəhayət, maşını kilitləyib, evə tərəf getməyə başladım. "Xan bax yuxarı tez" dayanıb yuxarı baxdım. Hər yer ulduz idi. "Bax ulduzlar" deyib barmağını göyə uzattı. "Hə ulduzlar Ceyran" evin qapısının kilidini açıb içəri girdim. Ceyran isə başını sinəmə söykəmişdi. Sanki balaca qız uşağı idi. Pilləkanla yuxarı çıxıb, otağımın qapısını açdım. Ceyranı yatağın üstünə qoydum. "Xaan" artıq neçə dəfə səsləndiyini saymağı buraxmışdım. "Hə" ayaqqbılarını çıxartmağa başladım. Sızmaq kimi bir fikri yox imiş kimi gəlirdi. "Adımı de." Ən azından sabah onunla məzələncəkdim bu çox əyləncəli olacaqdı. "Ceyran" dedim ona baxaraq. Bir insan niyə adının səslənilməsini istəyərdiki? "Yenə de" görünür bu gecə yata bilməyəcəkdim. "Ceyran" dedim yene. Gözlərimin içinə baxırdı. O yataqda oturmuşdu. Mən isə onun önündə ayaqüsttə idim. "Çox qəşəng deyirsən adımı Xan." Ona sabah sən birdə içmə deyəcəm mütləq. "Artıq yatmalısan Ceyran gec oldu." Deyib, qapıya doğru gedirdimki qolumu tutub, dayandırdı. "Hara?" Ölməyə. "Yatmağa" dedim ona baxaraq. "Burda qal." Gözlərini gözlərimnən ayırmamaq üçün dirənirdi sanki. Mənsə onun gözlərinə hər baxanda bütün hissiyatımı itirirmişəm kimi hiss edirdim. Bu hissi təsvir edə bilməzdim. Onun önündə yerə çömbəldim. Çünkü yuxarı baxmaqdan boynu ağrıyırdı bunnan əmin idim. Heç gözləmədiyim bi anda əlimi tuttu. Bir şeydən əmin idimki otaqdan çıxmali idim. "Ceyranım de." Bu istək idi yoxsa əmr idi başa düşmürdüm. Ama deməsəmdə əl çəkmiyəcəkdi bunu bilirdim. Bu qız niyə sızmır axı tanrım. Gözlərinə baxmadan "Ceyranım" dedim alçaq bi səslə. Utanırdım. "Gözlərimə baxıb de" başqa əmriviz kraliça xanım? "Ceyran artıq getməliyəm" deyib, ayağa qalxmaq istəyəndə icazə vermədi. "Deməsən getməyivə icazə vermiyəcəm." Güclə danışırdı. Ağzı söz tutmurdu desəm daha doğru olardı. Pes eliyib, gözlərinə baxdım. Ona uduzmaqdan qorxurdum. "Ceyranım" dedim bu səfər alça səslə olmayaraq. Gözləri güldü. Üzündə anlamadığım bir gülümsəmə var idi. "canım" deyib boynuma sarıldı. Bu hərəkətinidə heç gözləmirdim. Hər şey anidən olurdu. Sabah görəsən bu olanları xatırlayacaqdı? Güya nə olmuşdu ki Tufan? O sadəcə içib, huşu yerində olmadan hərəkətlər edirdi. Sərxoş biri üçün bu çox normal idi. O boynuma sarılı qalmışdı. "Ceyran" dedim. Səs yox idi. "Ceyraan" dedim. Yenə səs yox idi. Görünür, çiynimdə sızıb qalmışdı. Özümnən asılı olmayaraq gülümsədim. Onun qollarını boynumnan ayırıb, yatağa uzattım. Üstünü də örttükdən sonra, otaqdan çıxdım. Ama nəbzimdə nəsə anormallıq var idi eləbil. Çox güman yorğunluqdandı. Pilləkanlar ilə aşağı düşüb, kofe aparatını yandırdım. Keçib divanda oturdum. Boynumu arxaya söykəyərək tavanı izləməyə başladım. Necə bir oyunun içindəydik biz? Ya da niyə belə bir oyunun içindəydik? Heç birisinin cavabını bilmirdim. Amma bildiyim tək şey atama məğlub olmayacağım idi. Məni gettiyim fikirdən oyandıran kofe aparatının səsi oldu. Qalxıb, gedib özümə kofe süzdüm. Hava sərin idi. Çölə baxaraq kofemi yudumlamağa başladım. Nədənsə özümü neçə müddətdən sonra hüzurlu hiss edirdim.
🔆🔆🔆🔆🔆
Ceyranın deyişi ilə;
Yuxudan şiddətli baş ağrısı ilə oyandım. Başımın içi dağılırdı sanki. Gözlərimi açıb harda olduğuma baxdım. Tufanın evində Tufanın otağında idim. Ama necə? Dünən axrıncı dəfə məkanda idim. Çox içmişdim. Sonrasını xatırlamıram. Tufan nə vaxt gəlib məni bura gətirmişdi? Üstümə baxdım. Ağ donum ilə yatmışdım. Həyatımda ilk dəfə idiki paltar ilə yatırdım. Afərin Ceyran. Görək hələ başqa nə ilklər olacaq. Həyatından indidən dağılmağa başladı. Ayağımı yataqdan sallayıb ayağa qalxdım. Başım çox şiddətli ağrıyırdı. Saattan xəbərim yox idi. Telefonumun harda olduğunda bilmirdim. Otaqdan çıxıb, pilləkanlarla aşağı endim. Budu orda idi. Tufan ayaqüsttə koftasız mətbəxt masında nə isə hazırlayırdı. Açığı desəm onun yunan mifalogiyasındaki heykəllərdən fərqi yox idi. Görünür bu əzələləri çox çalışmağın nəticəsində qazanmışdı. Yavaş addımlarla onun yanına gettim. Başını qaldırıb məni gördü. Üzündə səbəbini bilmıdiyim gülümsəmə yarandı. Necə bu qədər yaraşıqlı ola bilərsən axı? "Ooo baş rolumuz nəhayət oyanıb görürəm" mənlə məzələnəcəyindən əmin idim. Çünkü ən sevdiyi şey bu idi. "Sənində əlivə kozur verdim. Bütün gün mənnən məzələnərsən indi." Gülməyə başladı. "Necədə tanıyır həyat yoldaşını" üzümü büzərək ona cavab vermədim. Özünə süzdüyü kofeni götürüb, başıma çəkdim. Həmişə o eliyəcək deyilki? Mənə təəccüblü baxışlarla baxırdı. "Nədi? Başım dağılır." Əlindəki işini görməyə davam etti. Əlindəki işi isə pomidor doğramaq idi. "Dağılarda day 30 a yağın qırmızı şərab içmisən." Nəə 30 a yaxın? Ceyran bu səfər həqiqətən ağ eləmisən. Heç nə demədən mətbəxt masasının yanındaki stulda oturdum. Onu izləyirdim. "Necə xəbərin oldu mənim məkanda olduğumdan?" Dünən gecəyə aid heç nə xatırlamırdım. "Necə yəni? Xatırlamırsan?" Dedi mənə baxaraq. Başımı yox mənasında iki yana salladım. "Heç nə xatırlamırsan?" Bu sualı niyə iki dəfə vermişdiki? "Heç nə xatırlamıram Tufan." Dedim cümləni *heç nə* sözünü vurğulayaraq. "Sənə zəng elədim üzümü söndürüyün zəngin intiqamın almaq üçün. Açıb, məkanda olduğunu dedin. Ağzın söz tutmurdu. İçdiyivi başa düşdüm. Mənə konum atmağını istədim. Sən də attın. Sonra gəlib səni götürdüm. Sizin aparacaq vəziyyətdə deyildin. Mən də bura gətirdim. Sonrasıdaki bilirsəndə özün." Bir dəqiqə bilmirdim axı? "Necə yəni bilirsən özün? Yadımda deyil heç nə sonra noldu?" O çox rahat bir şəkildə salatları doğramağa davam edirdi. "Xatırlamasan yaxşıdı." Necə yəni xatırlamasam yaxşıdı? Sonrasında nə ola bilərdiki? "Tufan sonra nə oldu?" Dedim cümləni vurğulayaraq. Üzümə baxdı. "Sonra nə olmadıki?" Dedi. Udqundum. Belə bir səhvə düşə bilməzdim. Bu imkansız bir şey idi. Mən özümü tanıyıram. O niyə bəs bu qədər rahat idi? Həqiqətən o səhvə düşmüş ola bilərdim.? Tufan üzümə baxıb, qəhqəhə ataraq gülməyə başladı. "Üzüvün halın görməli idin.." hələ də gülürdü. Allahım ağlıma min dənə fikir gəldi. İbnə. O həmişə olduğu kimi mənnən məzələnirdi. Təəccüblü bir şey yox idi. "Çox gülməlididə indi hə?" Dedim ona baxaraq. Gülməyin hələ də dayandırmamışdı. Gülərək başını hə mənasında salladı. Orda birazda otura bilməzdim, ayağa qalxıb gəlib divanda oturdum. İki qolumuda birləşdirərək, sadəcə oturdum. Baş ağrım azalmışdı nəhayət. O kefi saz bir səkildə yemək hazırlayırdı. Yeməyin qoxusu bura qədər gəlirdi. Çox acmışdım. "Gəl, gəl hazırdı." Gol gol hozordo. Qıcıq. Ama heç nə deməyib, gedib stulda oturdum. Qürurun yeri yox idi çünkü ölürdüm acınnan. "İndi hələlik mən bişirirəm evlənəndən sonra sən bişirəcəksana indidən deyim." Oda stulda oturdu. "Hə hə eliyərəm." Deyib, onu yola verdim. Vaxt itirmədən yeməyə başladım. O isə mənə baxıb gülürdü. Boynuma almalı idimki yeməkləri çox ləzzətli edirdi. Mən isə onun hələ də nəyə görə yarçılpaq olduğunu sorğuluyurdum. "Soruşmaq ayıb olmasın, köynək geyinmək fikrin yoxdu deyəsən?" Gözümü yeməkdən çəkmədən vermişdim bu sualı. "Hava istidi nə edim.?" Hava həqiqətəndə çox isti idi. Saatan xəbərim yox idi ama çox guman 10, 11 olardı. Tək düşündüyüm şey duşa girmək idi. Çünkü dünəndən bu don əynimdə idi özümü çox narahat hiss edirdim. Üstəlik donla yatmışdım... Duşa girə bilərdim əslində. Ama burda öz alt geuimlərim yox idi ona görə evə getməli idim. Yeməyimi bitirib, ayağa qalxdım. "Mən doydum gedirəm." Əlimi yudum. "Hara?" "Evə. Telefonumla çantam hardadı?" "Yuxarıda olmalıdılar." Tələsik pilləkan ilə yuxarı qalxıb, Xanın otağına girdim. Çantam tumbanın üstündə idi. İçinə baxanda telefonumunda orda olduğun gördüm. Telefonu əlimə alıb yandırana anamdan heç bir mesaj və yaxudda zəng olmadığını gördüm. Çox güman Tufan yenə zəng eliyib yalandan nəsə demişdi. Nə qədər bildirimin gəldiyini gördüm. Nəə? Bu gün bütün iş dünyasının olduğu Gala gecəsi olacaq? Tufanın bundan xəbəri var? Çantamı götürüb, otaqdan çıxıb, aşağıya düşdüm. Tufan harda idi? Sonra onun həyətdə telefonla danışdığın gördüm. Telefonla danışığını bitirib, arxaya döndü. "Gala gecəsi." "Gala gecəsi" ikimizdə eyni anda demişdik. "İndi xəbər aldım. Bütün iş dünyası orda olacaq. Dəvətli olanların gmaillərinə şəxsi olaraq mesaj gəlir. Mənə də indi gəldi." O mesajdan mənə də gəlmişdi. "Axşam gedirik yəni?" Evə doğru irəlilədi. "Getməliyik məcbur." Dedi fikirli ifadə ilə. Mən də onun arxası ilə gedirdim. "Ama ilk öncə ikimizədə iki nişan üzüyü lazımdı." Nişan üzüyü? Hə indi xatırladım sabah evlənirik və normal olaraq nişanlı olmalıydıq. "Mən gedim evə. Paltarımı falan dəyişim sonra gedib ikimizə üzük alım. Necə fikirdi?" Xan bir az fikirləşdikdən sonra başı ilə təsdiqlədi. "Barmağıvın ölçüsün bilirsən?" Dedim ona baxaraq. "Hardan bilim?" Necə yəni hardan bilim? "Tufan heç üzük taxmamısan sən?"
"Yox." O həqiqətən yadplanetli falandı. "Tamam əlivi ver baxım." Dedim əlinə baxaraq. "Əlimi neyniyəcəksən?"
"Gözümə soxacam əlivi." Deyib əlin götürüb, barmaq ölçüsünə baxdım. Təxmini bir şey alacaqdım nə edim daha?. Çantamı götürüb, maşına mindim. Tufan otağına çıxmışdı. Ona xəbər verməyib, çıxdığıma görə əsəbləşəcəkdi çox güman. Evə çattıqdan sonra tez otağıma girib, özümü duşa attım. Bütün düzenim pozulmuşdu. Hər şey qarmaqarışıqlaşmışdı. Duşdan çıxdıqdan sonra saçımı fenləyib, düzləşdirdim. Saçım anadangəlmə düz və yumuşaq idi amma bu gün daha düz olmasını istədim. Bir az makyaj edib, cins mini qəhvəyi rəngli kəmərli ətəyimi geyindim. Üstünə isə qısa ağ t-shirt. Qəhvəyi rəngli çantamıda götürüb, evdən çıxmağa çalışanda anamla qarşılaşdıq. "Qızım bu evin sakinisən xəbərin olsun. Evi otel kimi istifade edirsən." Anam haqlı idi. Anam başdan ayağa haqlı idi. Ama indi vaxt itirməməli idim çünkü axşam gala gecəsi var idi. "Anişkom öncəliklə çoz haqlısan. Ama bu mövzunu sabah axşam danışarıq
Çünkü, bu gün bütün iş adamlarının olduğu gala gecəsi var və mən ilə Tufanda şəxsi olaraq dəvət edilmişik. Gedib, paltar almalıyam gecikirəm." Deyib, üzündən öpdüm. O isə dediklərimi başa alqılamaq üçün donub qalmışdı. Həddindən artıq sürətli danışmışdım. Qapını açıb, evdən çıxdım. İlk öncə gedib, Xan ilə özümə üzük almalı idim. Sonra da gedib paltar almalı idim. Ümid edirəm çattıra bilərəm. Maşına minib, tez yola qoyuldum. Ceyran gör nə vəziyyətdəsənki nişan üzüyüvü özün alırsan. Güldüm. Əslində, ağlamalı vəziyyət idi mən isə gülürdüm. Həyatım çox trajik idi. Trajikomediya desəm daha məntiqli
olardı. O qədər dükan gəzdikdən sonra nəhayət birinin qabağında dayandım. İçəriyə girib, satıcıya salam verdikdən sonra üzüklərə baxmağa başladım. Bir-birindən gözəl çoxlu üzük var idi amma mən sadə bir şeylər istəyirdim. Nəhayətində bu nə bu nişan realdı nə də alacağım üzüklər. Əlimdən gəldiyi qədər sadə bir şeylər axtardım. Əslində, çox sadə bir şeylərdə alsam insanlar əminəm deyəcəklərki bunlar simicdi yəqin pulları var sadə bir şey alıblar. Zaten insanlar həmişə danışır susmaq bilmillər. Of bu üzük almaq işi çox çətindi. Niyə tək gəlməyə qərar verdimki? Yarım saattan sonra nəhayət, qərarımı vermişdim. Sadə bir təkdaş ilə Tufan üçün də sadə bir şey aldım."Toplam ödəmə 1,500 manat olacaq. Zəhmət olmasa cütlüyümüzün adın öyrənə bilərəm? Siyahıya yazmalıyam." Off ödüyüm çıxımda nə uzadırsan axı. Ona saxta gülümsəmə ilə baxdım. "Tufan Ata Xan və Ceyran Aslanlı" kişi adları dedikdən sonra mənə təəccüblə baxmağa başladı. "Ata Xan şirkətinin sahibinin böyük varisi sizin nişanlıvızdı?" Ohada yəni. "Bəli" çox təəssüfki elədir. "Çox üzr istəyirik Ceyran xanım bizə sübut edə bilərsiz? Qarşılığında ödəniş etməyəcəksiz" Allahım sən səbr ver inan başqa bir şey istəmirəm. "Baxın mən heçnəyi sübut etmək məcburiyyətində deyiləm. Başım xarab zad deyilki nişanlımın adın yalandan deyim?" Kişiyə tərs tərs baxdım çünkü artıq səbrim zorlanırdı. Elə bu an telefonuma zəng gəldi.
Xan🥰 kişisi arıyor..
-alo həyatım
-Ceyran hardasan?
-qızıl dükanındayam. Sən hardasan?
-şirkəttəyəm. Ala bildin üzükləri?
-Xan demiyim demiyim deyirəm ama nişan üzüklərini normalda oğlan tərəfi almır?
-Məzələnirsən? Özün demədin mən gedib alaram?
-nəysə almışam ama satıcı inanmır sənin mənim nişanlım olduğuna. Səbrim zorlanır.
-ver telefonu ona.
Telefon ona uzadaraq,"nişanlım sizinlə danışmaq istəyir" dedim yenə saxta gülümsəmə ilə. Əlimdə olsaydı bu kişini boğardım. Telefonda Xan ilə nə danışıb nə danışmadılar bilmədim ama kişi telefonu mənə verib, 3 dəfə üzr istədi. Müsbət üzükləri pulsuz alıb dükandan çıxdım. Necəyəm? Məncə əla. Maşına minib, vaxt itirmədən bakıda ən məşhur geyim dükanına gəldim. Paltarı tez alıb, evə gedib hazırlaşmalı idim. Dükana girər girməz telefonum yenə çaldı.
Xan🥰 kişisi arıyor..
-alo?
-hardasan?
-paltar almağa gəlmişəm.
-konum at gəlirəm mən də bir şeylər almalıyam.
-tamam.
Arama sonlandı..
Siz-📍bir konum gönderdiniz.
Tufana konum attıqdan sonra dükanı gəzməyə başladım. Ağlımda heç bir paltar fikri yox idi.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...