Tufan divanda yarım saat idiki, içki şişəsi ilə oturmuşdu. Düşüncələr bataqlığından çıxmaq üçün əlindəki viskidən mədət umurdu. Bir yandanda Ceyranın gəlməsini gözdüyürdü. Özü belə bunu nə üçün ettiyini bilmirdi. Axı Ceyran onun heçnəyi deyildi?
"Yox belə olmaz saat 12 di artıq" o telefonunu götürüb, Ceyrana zəng etti. Lakin, Ceyran telefonu yenə açmamışdı. Tufan bu səfər Zöhrəyə zəng etmək qərarına gəldi.
-alo Tufan?
-salam Zöhrə necəsən?
-yaxşıyam sağol sən?
-mən də yaxşıyam səndən bir şey soruşacaqdım
-buyur eşidirəm?
-Ceyranın harda olduğun bilmirsən? Yəni heç bu saata qədər qalma-
-həə o şeydədiye.. Mənim getməli olduğum məkandadı. Amma indiyə gəlməli idi mən bilən harda olsa gələr narahat olma.
-sən yenədə o məkanın konumun ata bilərsən?
-okay. Atıram wp dan
-tamam gözlüyürəm.
Tufan vaxt itirmədən, maşının açarını götürüb ayağa qalxdı. Sonra isə Zöhrənin attığı konuma girib, evdən çıxdı və maşınına mindi. Məkan o qədərdə uzaqda deyildi. Tufan 35 dəqiqəyə məkana çatmışdı hətta içəri belə girmişdi. Gözləri hər tərəfdə Ceyranı gəzirdi...
Sonra pencərə ağzında Ceyranın biri ilə oturduğunu gördü. Onlar söhbət edib, gülümsəyirdilər.Tufan ilk öncə gördüyü mənzərəni dərk etməyə çalışdı amma edə bilmirdi. Tufana nə olurdu belə? Axı onun nəyinə lazım idi? O Ceyrana və yanındaki adama yaxınlaşdı. "Ceyran" səsi net çıxmışdı. Ceyran çevrilib, Tufanı görəndə təəccübləndi. "Tufan? Nə işin var burda? Nəsə olub?" Ceyran təlaşla ayağa qalxdı. O pis xəbərlər eşitməkdən bezmişdi indi isə yenə hansısa pis xəbər eşidəcəyini düşünürdü. "Heç nə olmuyub narahat olma. Saatdan xəbərin var?" Ceyranın yanındaki sarı qıvırcıq saç adam isə hər şeydən xəbərsiz onlara baxırdı. "Hə var nə olubki?" Dedi Ceyran Tufana baxaraq. "Nəsə problem var Ceyran?" Sarışın adam isə Ceyrana baxdı. Tufan əsəbdən gülümsədi. "Mən həyat yoldaşıyam" sarışın olan bunu bildiyi üçün çoxda təəccüblənmədi. Tufan Ceyranın qolundan tutaraq, getməyə çalışdı. "Tufan neynirsən sən?"
"Ceyran hər şey yaxşıdı?"
"Yaxşıdı Əli narahat olma" Ceyran Tufanın qolundan çığmağa çalışsada alınmamışdı. O artıq qarşı qoymamağa başladı... Tufan isə özü heç nə etdiyini bilmirdi. Onlar Tufanın maşının yanına gəlib, dayandılar. "Neynirsən sən?" Tufan hərahətlə tez-tez nəfəs alıb, verirdi. Ceyran isə onun gözlərinə təəccüblə baxırdı. "Sən neynirsən Tufan? Qolumdan tutub, məkandan çıxartmaq nədi? Yaxşısan sən?"
"O adam kim idi?"
Bu səfər əsəbindən gülən Ceyran olmuşdu.
"Sənə nə? Sə-nə nə?" Ceyranın həqiqətən səbri tükənirdi. Tufan isə tamamilə kontrolun itirmiş vəziyyətdə birazda içkinin təsiri ilə Ceyranın gözlərinə xəyal qırıqlığına uğramış kimi baxırdı.
"Biz evliyik" deyə bilmişdi sadəcə...
"Saxta evliyik biz!" Ceyransa hələdə onun bu hərəkətini sorğuluyurdu.
"Kim idi o?" Tufansa inatçıl şəkildə eyni sualı təkrar edirdi. Ceyran isə sonda səbri tükənmiş şəkildə, "Əlidi. Tanıyırsan? Yox." Dedi.
"Siz bəs tanışırsız?" Tufan hələ də istədiyi cavabı almamışdı.
"Bu gün tanışdıq" ikisidə soyuq havada maşının qabağında üz-üzə dayanmışdılar. Birdən yenə anidən düşüncəsiz şəkildə yağan yağmura tuş gəldilər. Onlar nədənsə hər belə hərarətli şəkildə dava edəndə yağış onları söndürmək üçün yağırdı.
Onların isə yağış heç veclərinə olmamışdı. Ceyran Tufanın gözlərinə açıqlama verməsi üçün baxırdı. Tufan da Ceyranın gözlərinə açıqlama verməsi üçün baxırdı. Lakin, Tufan açıqlama verə bilməyəcəkdi..
Tufan Ceyranı başdan ayağa süzdü. Mavi donun onun əynində necə gözəl qaldığını, Ceyranın həqiqətən də gözəl olduğunun bir daha fərqinə varmışdı. Amma Tufana nə olurdu belə? Tufanın dəlicəsinə Ceyranı qısqanmağının səbəbi nə idi? Tufanın dəli edən nə var idi axı Ceyranda?
"Evə gedək soyuqdu" dedi Tufan səssizcə.. sonra isə maşının qapısını açıb, Ceyranın oturmağını istədi. Ceyransa əsəblə, heç nə demədən Tufanın açdığı maşının qapısını örtüb, arxaya oturdu. Tufansa keçib, sürücü kreslosuna oturdu. Yol boyu sükuta qərq olmuşdu maşın və içindəkilər. Ceyran Tufanın etdiyi hərəkətin səbəbini eşitmək istəyirdi. "Ən azından hə qısqandım nə edə bilərəm" desəydi belə qəbul edəcəkdi Ceyran bu cavabı.. Tufan isə heç fərqində belə deyildi ona nə olduğunun.. bu gün təəssüflər olsun ki, Ceyrana istədiyi cavabı verə bilməyəcəkdi. Əslində, onlar yaşadığları bu hissin sevgi olub-olmadığından əmin deyildilər...
Nəhayət, evə çatmışdılar. İkisidə tamamilə su içində idilər. Şiddətli yağış isə durmaq bilmirdi. Sabah onlar boşanma kağızını imzalayacaqdılar. Yəni tamamilə boşanacaqdılar. Amma bu ikisi boşanmaq istəyirlər yoxsa yox əmin belə deyildilər. Ceyran içəri girən kimi sürətli addımlarla otağına gedirdi. Tufan isə qolundan tutub, dayandırdı. "Ceyran mən üzr istəyirəm"
"Üzr istəyirsən? Nəyə görə camaatın içində məni pis situasiyaya saldığıva görə? Tufan nəyə görə üzr istəyirsən?! Nə etdiyivin fərqindəsən? Yəni mən səndən belə bir hərəkət heç gözləməzdim. Görünür içibsən, ama bu bu gün etdiyin hərəkətin bəhanəsi ola bilməz axı.."
Ceyran xəyal qırıqlığı ilə Tufanın gözlərinə baxırdı.
"Xahiş edirəm mənə elə baxma Ceyran" Tufan isə tamamilə aciz bir vəziyyətdə idi. Çünkü, bu gün etdiyi hərəkətin səbəbini heç özüdə bilmirdi.
"Mən sadəcə.. bilmirəm yəni özüm heç-"
"Bir şey eşitmək istəmirəm. Çünkü, görünür heç özündə bilmirsən nəyə görə ettiyivi. Bir gün cavab tapsan, məmnuniyyətlə dinləyərəm səni.. indi isə sadəcə yatmaq istəyirəm. Gecən xeyirə" Ceyran Tufanın əlini öz qolundan çəkib, sürətlə pilləkanlarla yuxarı, öz otağına çıxdı. Tufan isə yavaş addımlarla gəlib, divanda oturdu.
Neynirəm axı mən?
Tufan iki əli başına vururdu..
Keçirtdiyim hiss qısqanclıq idi. Amma nəyə görə? Ceyranı niyə qısqanım axı? Ceyran mənim sadəcə dostumdu. O etdiyim hərəkət tamamilə məntiqsiz hərəkət idi. Mən belə biri deyiləm. Nə olur mənə??! Əminəmki, Ceyran məndən nifrət edir..
Tufan stolun üstündəki içki şişəsini başına çəkdi...
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
Səhər saat 10:00 idi. Ceyran yuxudan təzə oyanıb, ayağa qalxmışdı. Amma tam ayılmamışdı o yuxulu şəkildə yavaş addımlarla duşa girdi. Yarım saatlıq duşdan sonra çıxıb, ayanın qarşısına gəldi. İndi o tam ayılmışdı və özün daha gümrah hiss edirdi. Dünən olanları xatırladı amma yenə bir məna tapa bilməmişdi. Tufana olan əsəbi keçməmişdi hələ də... o qardrobuna yaxınlaşıb, bir dəst paltar götürdükdən sonra geyinib, saçını dəsmal ilə quruladı. Sonra isə otağından çıxıb, aşağı endi. Çox güman Tufan işə getmişdi. Tufanı evdə görmədikdən sonra buna əmin oldu. O salona endikdən sonra, divanın qarşısındaki stulun üstündə ağ qızılgüllə dolu olan bir buket gördü. Onun üzündə istəmsizcə iki saniyəlikdə olsa təbəssüm yaranmışdı. Buketə yaxınlaşıb, qucağına alıb qoxladı. Güllər çox gözəl idi həm də Ceyranın ən sevdiyi güllər idi. Sonra üstündəki kiçik notu götürüb, oxudu.
Gül sənin nəyinə gərəkdir gülüm?
Gəl, gül də, çiçəkdə özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli..
Olar mı bağışlasan məni?:)
Ceyran notu oxuduqdan sonra gülümsədi həm bu dəfə iki saniyəlik gülümsəməmişdi. Çünkü, bu Tufanın işi idi. "Bağışlıyıram səni dəli" dedi Ceyran öz-özünə.. telefonunu Tufana zəng etmək üçün əlinə alanda Zöhrədən zəng gəldiyini gördü.
-alo bacı?
-hə başımın bəlası nolub yenə?
-soruşacaqdım ki, dünən necə keçdi?
-bərbat. Başqa sual?
-niyə axı??
-dünən əslində, hər şey yaxşı idi taaaki Tufanın gəlib, mənim qolumdan tutub, çölə çıxartmağına qədər..
-bir dəqiqə nə??
-həm də ortada heç bir səbəb yoxkən... düşünə bilirsən?
-məndən məkanın konumun istədi mən də verdim. Hardan biləydim belə bir şey edəcək? Həm dəki nəyə görə edib, açıqlama verdi?
-yox əşi, heç nə demədi. İndi isə ağ qızılgüllərlə dolu buket hazırladıb, evə göndərib. İçindədə üzr notu..
-yəəni açığı nə desəm bilmədim. Ən azından üzr istəyibdə..
-hə istədiye o ayrı məsələ..
-yəni durduq yerdə məkanın ortasından heç nə demədən qolundan tutub, çıxartdı çölə?
-hə yanımdada adam var idi hələ. Əli ilə söhbət edirdik.
-Əli kimdi?
-orda tanışmışdım çox gülməli biri idi.
-bunu başdan denəndə day. Tufan qısqanıbda səni..
-nə? Nə əlaqə? Tufan məni niyə qısqansın?
-nəəəbilim vallah
-Zöhrə necə yəni nəbilim? Nə dediyivin fərqindəsən heç? Biz dostuq.
-hə hə ona görə boşanacaqsız deyə yas tutursuz. İki gündü nə Tufanın üzü gülür nə sənin.
-nə əlaqə? Yas falan tutmuruq. Yəni normaldıda 6 aydı bir evdə yaşıyırıq insan bir az qəribə olur. Həm Tufanı sən iki gündü görmüsən heç nə gopluyursan?
-mən görməmişəm amma Toğrul bütün gün onladı. O mənə dedi.
-Toğrul? O nə əlaqə? Həm Toğrulla əlaqəviz var ki sizin?
-eeı bacı set gedir səsin qırıq-qırıq gəlir sonra danışarıq..
-a alo Zöhrə? Zöh-
Arama sonlandırıldı..
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...