5 gün sonra..
Aslanovlar ailəsi Vəli Aslanovu torpağa təhvil vermiş, 3 nüdə eitmişdilər. Üçə Aslanovların qohumları, tanışları gəlmişdi. Ailə normal olaraq, yasdaydı hətta 4 gün Ceyran ailəsi ilə birlikdə Zöhrəgildə qalmışdı. Sonra isə anası ona artıq öz evlərinin yoldaşının yanına getməli olduğunu deyəndən sonra Ceyran evinə gəlmişdi. Tufan şirkətdə idi. Ceyran ona gələcəyini xəbər etməmişdi. Onsuz Ceyran gələr-gəlməz duş alıb, yatmışdı.
Bir neçə saat sonra, ev boş olduğu üçün Tufan Toğrulu şirkətə yox, evə çağırmışdı. Burda ikisi daha rahat plan qura bilərdilər.
"Başa düşmürəme sən o evin böyük oğlusan yəni asanlıqla ora gedə bilərsən."
Toğrul əlində kofe fincanı, salonun ortasında əlində ipadla fırlanan Tufanı izləyirdi.
"5 gün keçdi yasda belə Ziyanı şüphələndirməmək üçün əlimdən gələni ettim. Amma əgər birdən-birə o evə getmək qərarına gəlsəm bundan şüphələnə bilər"
"Yəni anandan, bacından və qardaşından sarı darıxmış ola bilməzsən?"
"Onları yasda gördüm. Yasdan sonra da Zöhrəgilə getmişdilər mən də orda idim. Yəni darıxmaq bəhanəsi ilə gedə bilmərəm"
Toğrul əlimdəki kofe fincanını mətbəx mebelinin üstünə qoyub, Tufana yaxınlaşdı. Sonra isə onun çiyinlərindən tutub, divana otuzdurdu. "Bəsdi daha fırlandın otur birazda"
Sonra özüdə onun yanına oturub, əlindəki ipadı aldı.
"Toğrul mən nə edəcəm? Ceyrana necə atam sənin atavın ölümünün səbəbkarıdı deyəcəm?"
Tufan iki əli ilə başını tutub, dirsəklərini dizinə qoydu. Toğrul isə əlinin onu çiyninə qoyub, əlindəki ipadı divana qoydu.
"Qardaşım bütün bu işləri həll edək. Əminəm ki, Ceyran səni başa düşəcək."
"Nə?"
Ceyran pilləkanların yanında şok vəziyyətində onlara qulaq asırdı. Tufan ilə Toğrul Ceyranın səsini eşitcək arxaya çevrildilər.
"Ceyran?" Tufan indi hərşeyin məhv olduğunu dərk etmişdi.
"Atam.. atamı sənin atan? Birdəyqə birdəyqə" Ceyran ayaqüstə dayana bilməyib, mətbəxin mebelinə söykəndi. Tufan ilə Toğrul cəld divandan qalxdılar.
"Ceyran hər şeyi başa sala bi-"
"Nəyi? Nə danşırsan sən?" Ceyranın əsəbdən əlləri və səsi əsməyə başlamışdı.
O Tufanın qarşısına gəlib, dik dayanmağa çalışdı. "Atamı atan öldürüb?"
Tufan onun əlindən tutmağa çalışsa da Ceyran əlini çəkmişdi.
"Mənə qulaq as"
"Hə yoxsa yox?"
Toğrul isə çarəsizcə onları izləyirdi. Onların Ceyranın evdə olduğundan xəbərləri yox idi. Ceyran yorğun olduğu üçün maşın sürmək istəməyib, taksi ilə evə gəlmişdi. Öz maşını isə Zöhrənin evinin həyətində idi.
"Ceyran açıqlay-"
"Hə yoxsa yox?!! Tufan!"
"Hə ama"
Ceyran sürətlə pilləkanları çıxaraq, otağına girib qapını kilitlədi. Tufanda vaxt itirmədən arxasınca qaçdı.
"Qapını aç Ceyran xahiş edirəm hər şeyi başdan danışacam. Qapını aç Ceyran!!"
Tufan qapını bərk-bərk çırpırdı. Toğrulda onun arxasından qaçıb, yanına gəldi.
"Toğrul o özünə nəsə eliyə bilər. Neyniyəcəm Toğrul?"
"Ceyran qulaq as bizə!" Toğrul da qışqırmağına rəğmən heç bir cavab verməmişdi.
O otağına girib, qapını kilitlədikdən sonra, aynanın qarşısına keçib, hərəkətsiz özünə baxırdı.
Ziya atamı öldürüb? Necə yəni o mənim atamı öldürdü? Niyə axı? Hər istədiyin eləmişdim mən niyə bəs? Niyə??
Ceyran tez qardrobundan bi iki paltar götürüb, tələsik geyindi. Tufan və Toğrul isə hələ də qapının ağzında idilər. Ceyran telefonunu götürüb qapını açdı.
"Ceyran? Nəhayət açdın qulaq as mənə Ce"
Ceyran ona qulaq asmayıb, sürətlə pilləkanlardan enib evdən çıxdı. Tufansa qaçaraq onun arxasınca getdi...
Ceyran həyətə çıxıb, öz maşını ilə gəlmədiyini xatırlayıb taksi tapmaq üçün yola çıxmaq istəyəndə Zöhrənin öz maşınından düşdüyünü gördü.
"Bacı?"
"Açarı ver"
Ceyran Zöhrənin əlindən cəld açarı alıb, onun maşınına minib qapıları kilitlədi.
"Ceyran hara gedirsən?"
Tufanın arxadan Ceyran deyə qışqırdığını görüb, təlaşlanmağa başladı. Ceyran maşını vaxt itirmədən işə salıb sürüb getti. Tufan isə tez öz maşınına minib, onun arxasınca sürdü. Zöhrə isə həyətdə arxasına baxmaqdan başqa heçnə edə bilmədi.
Bunlara nə olub belə? Niyə Ceyran tələsik mənim maşınıma minib getti?
"Zöhrə xanım?"
Zöhrə adını eşidib, geriyə çevrildi. O Toğrulu görüb, təəccübləndi..
"Həkim bəy?"
***************
Ceyran Zöhrənin maşını olan qara jip ilə öndən tam sürətlə gedərkən, Tufan isə qara BMW ilə onun arxasından sürürdü..
Ceyran əgər Ziyanın yanına gedirsə, hər şey məhv olacaq.. Yox buna icazə verməməliyəm.
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
3 saat sonra..
"Niyə?" Ceyranın əlləri əsirdi. O Ziya ilə üzbəüz masada oturmuşdu.
"Görünür öyrənmisən" Ziya isə öz oturuşundan heç də taviz vermədən rahat şəkildə ona baxırdı. Ceyranın isə gözünün dolduğundan və əsdiyindən Ziya onun hər şeyi öyrəndiyini başa düşürdü. "Oğlunla evləndim. Milyon dollarlıq müqavilə imzaladım hər dediyivi elədim. Niyə?"
Ceyran onun boğazına yapşmamaq üçün özünü çətinliklə kontrol edirdi. "Mən onları bacıvı işindən etməmək üçün demişdim. Və dediyimidə ettim bacıvın təklifi qəbul olundu" Ziya bunları deyərkən gülümsəyirdi..
Ceyran daha səbrinə yenilib, əlini Ziyanın iş masasına bərk şəkildə vurdu. "Niyə?! Atamı niyə öldürdün??!"
"İstəyirsən qışqırma yoxsa birazdan otağıma yığılacaqlar ki nə olub? Həm gəlinimin səsinin bu qədər yüksək çıxdığını bilmirdim"
"Əlimdə olsa səni elə bu an boğaraq öldürərdim"
"Ouu qorxudan öldüm hal-hazırda.. ahahahah hər nəysə. Atavı niyə öldürdüm? Mən əslində, atavı öldürmək istəmirdim. Anan ilə atavı öldürmək istəyirdim lakin olan oldu artıq. Həm sənidə öldürməyə cəhd etmişdim. Yadında? Əyləcin işləmədiyinə görə ölümdən dönmüşdün. Bax o əyləci mən xarab ettirmişdim. Sadəcə, bəxtin gətirdi maşınıvın benzini qurtardı."
"Mən sənə nə etmişəm axı?.. nəyə görə məni və ailəmi öldürmək istəyirsən? Hamısı o lənət olmuş üzvlüyə görədi hə!!?"
Ziya qəh-qəhə ilə gülməyə başladı.
"Yəəni hə. Aslanovlar ortadan qalxsa rahat nəfəs alacam və WUA üzvü olduqdan sonra heç kim mənim qarşımda dura bilməyəcək. Xülasə, gözəl gəlinim əyər Tufandan boşanmasan və əbədi evli qalmasan, ailəni gözümü qırpmadan öldürərəm. Təklifimin qəbul edilməsinə çox az qaldı."
"Mən ölsəm? Mən ölsəm üzvlüyün ləğv olunmayacaq? Nədə olsa mənim sayəmdə təklifivi qəbul edəcəklər"
Ceyran dərindən nəfəs alıb, əsəbini kontrol etməyə çalışırdı"
"Yox, narahat olma. Amma sən indi polisə gedib hərşeyi mənim etdiyimi desən onsuz polis sənə inanmayacaq çünkü, heç bir sübutun yoxdu. Yəni əziz gəlinim indi özün düşün. Ya evli qalıb, özünü və ailəni xilas etmək ya da boşanmağa çalışıb, özünü və ailəni öldürtmək seçim sənindi"
"Necə boşana bilərəm axı? Milyondollarlıq müqavilə imzalamışam."
"Aa həyat yoldaşın sənə demiyib, vəkil sayəsində o müqaviləni çoxdan ləğv elətdirib"
Ceyran əsəbindən gülərək, əlini ağzına qoydu. "Oğlun da sənin tərəfindədi? Mənə yalan danışdı?"
Ziya isə qürurula sinəsini irəli verdi. "Əlbəttəki mənim tərəfimdədi. Nəticədə o mənim oğlumdu Tufan Ata Xan dı"
Ceyran yavaş-yavaş ayağa qalxaraq, əlini Ziyanın masasına qoydu. "Hələlik, əziz qaynatam"
Sonra, tələsmədən otağı tərk etti. O cəld liftə minib, aşağı endi. Vaxt itirmədən şirkətin qapısından çıxıb, həyətdə saxladığı qara jip ə mindi.
Tufan kişisi arıyor..
-alo Ceyran?
-alo Tufan həll elədim.
-özün yaxşısan?
-yaxşıyam mən. Onun bütün etirafını səsini telefonuma zaps etdim. Bacardımm
-əla indi isə gəl evə səni gözlüyürük
-tamam
Arama sonlandırıldı..
☀️☀️☀️☀️☀️☀️☀️☀️
3 saat əvvəl...
Ceyran əgər Ziyanın yanına gedirsə, hər şey məhv olacaq. Yox buna icazə verə bilmərəm.
Tufan kəsə yolu istifadə edərək, Ceyranın maşınına önə çıxıb, əyləcə basdı. Ceyran isə dayanmaq məcburiyyətində qaldı. Tufan vaxt itirmədən cəld maşından enib, Ceyranın maşınının yanına gəldi.
"Aç qapını xahiş edirəm danışmalıyıq"
Ceyran sürücü kreslosunda oturub, iki əli də rolda sadəcə qarşısını izləyirdi. O əsəblərini kontrol etməyə çalışırdı. Sürüb, gedib Ziyanı öldürmək istəyirdi amma bir yandan məntiqli olmalı idi. O yüksək səslə qışqırmağa başladı çünkü, əsəbini ancaq bu şəkildə tökə bilərdi.
"ATAAAA!!! Niyə axı?!?NİYƏƏ???!!! Mən atamı istəyirəm. ATAMI İSTİYİRƏM MƏN!!!!"
Tufan onu pərişan halda görüb, çarəsizcə onu izləməkdən başqa heç nə etmirdi.
Yağış yağmağa başladı elə sürətli yağırdı ki, sanki bu yağış Tufanın və Ceyranın bütün acılarını yuyub aparacaqdı. Tufan yavaş-yavaş gedib, Ceyranın olduğu maşının qapısını açdı. Ceyran qırqırdıqdan sonra azca da olsa sakitləşmişdi. Və heç nə etmədən eləcə rolu tuturdu. Gözyaşları isə durmadan axırdı..
Tufan onun kəmərini açıb, qolundan tuttu. "Gəl gedək evimizə"
O Ceyranı yavaşca aşağı endirib, maşının qapısını bağladı. Onlar ikisidə bu durmaq bilməyən yağışın altında dayanmış bir-birlərinə baxırdılar.
"Yalan danışdın mənə! Mənə yalan danışdın!! Niyə?? Niyə axı niyə??" Ceyran qışqıraraq, Tufanın sinəsini yumruqlayırdı. Sanki, bütün əsəbini ondan çıxmaq istərcəsinə durmadan yumruqlayırdı. Tufansa heç nə etmədən ona baxırdı. "Niyə axı? Niyə yalan danışdın. Sənə güvəndim mən.! Güvəndim!! Sən axı yalandan nifrət edirəm demişdin? Onda niyə!?!"
Ceyran yorulub, yavaş-yavaş yumruqlarını aşağı endirdi. Tufansa o dayandıqdan sonra onu bərk-bərk qucaqladı. Ceyran bu səfər onu qucaqlayıb, ağlıyırdı.
"Bağışla məni.."
"Sənə nifrət edirəm"
*************
Yarım saat sonra...
Ceyran ilə Tufan tamamilə su içində Tufanın maşınından endilər. Ceyran qabağda gedib, evin qapısından içəri girdi. Onu görən Zöhrə cəld ayağa qalxıb, bacınısını yanına getti. "Bacı? Yaxşısan? Niyə ikinizdə su içindəsiz? Nə olub axı?"
Toğrul Tufanla göz-gözə gəlib məsələnin hansı yerdə olduğunu öyrəndi. Ceyran isə Zöhrənin bu suallarına səssizliyi ilə cavab verirdi.
"Tufan, biri burda nə baş verir danışacaq?!"
Zöhrənin səbri artıq tükənirdi..
"Məncə, artıq hər şeyi onada danışmalısız" dedi Toğrul oturduğu yerdən.
"Nəyi axı? Nəyi mənə danışmalısınız?"
Ceyran yenə susaraq yavaş addımlarla pilləkandan çıxıb, otağına girdi.
"Arxasınca getmə Zöhrə" Tufan Zöhrəni dayandırıb, getməyinə icazə vermədi.
"Otur. Hər şeyi danışacam"
Zöhrə bunu eşitcək divanda Toğrulun yanında oturdu. O pür diqqət Tufanı dinləyirdi"
Tufansa maşının açarını və telefonu masanın üstünə qoydu. Cibindən çıxartdığı jip açarını isə Toğrula uzatdı"
28 may yaxınlığında SunHotelin yanında Zöhrənin maşını qara jip dayanıb. Taksi ilə get gətir. Mən də Zöhrə ilə söhbət edim bir az"
Toğrul inkar etmədən Tufanın uzatdığı açarı alıb, qalxıb, evdən çıxdı.
"Maşınımın orda nə işi var?"
"Danışacam səbrli ol"
"Ceyran yaxşıdı?"
"Bir az dincəlir yaxşı olacaq"
"Ümid edirəm olar"
"Biz Ceyranla sadəcə kağız üstündə evliyik."
"Necə yəni?"
"Sözümü kəsmədən qulaq as ki hər şeyi danışa bilim xahiş edirəm."
"Üzrlü say"
"Ceyran ilə bir ildi falan tanışmırıq. O azərbaycana gələndə atam onu yanına çağırıb, dəhdit etdi. Əgər oğlumla evlənməsən, bacıvın istək göndərdiyi, ən yaxın dostumun idarə etdiyi MMCI birliyinə qəbul edilməyəcək"
Zöhrə təəccübünü gizlədə bilməyib, "nə?" Deyə bildi sadəcə..
"Nəyə görə təhdit etti? Çünkü, Ceyran WUA nın yeganə Azərbaycanlı üzvüdü. Və atam neçə illərdiki bu birliyə üzv olmaq istəyir. Lakin, yaşı keçdiyi üçün onun təklifini hərdəfəsində rədd edillər. "
"Bir dəqiqə beynim yandı. Sənlə Ceyranın evlənməsinə bunun nə dəxli var?"
Tufan dərindən nəfəs alıb, əli ilə başını tuttu. Çünkü, gecədə rahat yuxu çəkə bilməmişdi. Buna görədə başı ağrıyırdı. Və hələ də üstü başı su içində idi.
"Olar gedim üstümü dəyişim?"
"Təbiiki, gözləyirəm burda narahat olma"
"Tamam"
Tufan qalxıb, pilləkanlar ilə yuxarı çıxdı. Zöhrə Tufanın bütün bu danışqdıqlarını olqunluqla qarşılıyırdı və tamamilə məntiqli düşünməyə çalışırdı.
Tufanın paltarları Ceyranın olduğu otaqda olduğu üçün, qapını yavaşca döyüb, qapı qolunu əli ilə tuttu. "Ceyran girə bilərəm?"
İçəridən səs gəlmədiyini görüb, içəri daxil oldu. Ceyranın bu günkü sulu paltarları yerdə idi. Özü isə yorğanın altına girib, yatmışdı. Tufan onun yattığını görüb, rahatladıqdan sonra qardropdan bir dəst paltar götürdü. Və əyilib Ceyranın yerdəki sulu paltarlarını və öz çıxardığı sulu paltarları kirli səbətinə attı.
Təmiz quru paltarlarını geyindikdən sonra da vaxt itirmədən otaqdan çıxıb, aşağı endi.
"Gəldim"
"Əla"
Tufan gəlib, divanda Zöhrənin qarşısında oturdu.
"Hə harda qalmışdım? Hə Ceyran ilə bizim evlənməyimizə nə dəxli var? O dəxli var ki, WUA birliyi təklifivi qəbul etməsi üçün sən ancaq o üzvdən biri ilə ya evlənməlisən ya da ki qohum əlaqələrin olmalıdı"
"Yəni atanda bacımın qaynatası olduğuna görə təklifində böyük ehtimalla qəbul edəcəklər? Ceyrana inana bilmirəm ciddən sırf mənə görə saxta evlilik eliyib? Bu qız dəlidi?"
"Özdə zır dəlidi sənin bacın"
Dedi Tufan gülümsəyərək. Amma hal-hazırda elə bir stiuasiya yaranmışdı ki, bundan sonra deyəcəkləri nəticəsində Zöhrə bu qədər soyuqqanlı ola biləcəkdi ya yox? Onu bilmirdi Tufan.
"Əslində, təəccüblənmədim tam mənim bacımın edə biləcəyi bir fədakarlıqdı bu. Ancaq eyni situasiyaya düşsəydim mən də Ceyranın yerində olsaydım düşünmədən qəbul edərdim. Yaxşı bəs, necə olacaq? Yəni siz boşanmayacaqsız?"
"Əslində məsələdə tam bu yerdədi. Atam məni təhdit etti amma Ziya Ata Xan o birliyə üzv seçilsə onun qarşısında heç kim dayana bilməyəcək və təssüffki mənim atam yaxşı insan deyil. Ona görə hər ehtimal atamnan əvvəl mən həmin birliyə üzv olmaq üçün təklif göndərmişəm."
"Yəni atan və sən ikinizində təklifin qəbul edə bilməzlər?"
"Yox bir ailədə ancaq maksmimum iki WUA üzvlü şəxs ola bilər."
"Atan səni nə ilə təhdit edir? Və anlamadığım şey siz hər an boşana bilərsiz nəticədə mənim təklifim qəbul edilib. Yəni atan üzv olmayada bilər bunu gözə alırdıki?"
"Əlbəttə almır buna görə Ceyrana milyon dollarlıq müqavilə imzaladıb"
"İnana bilmirəm." Zöhrə eşitdiklərini indi-indi dərk etməyə başlayırdı.
"Atan səni nə ilə təhdit edir bəs?"
"Bax Zöhrə uzatmıyacam. Məsələ budu ki, atanızın ölümü mənim atam ucbatından olub"
Tufan bu cümləni bir nəfəsdə demişdi.
"Nə?" Zöhrə isə eşitdiyini dərk etməyə çalışırdı. O cəld ayağa qalxdı. Tufanda bunu görcək ayağa qalxıb onun önünə keçdi.
"Sakitləş, qulaq as mənə"
"Nə? Necə yəni? Atamı sənin atan öldürüb? O bir qatildi? Cavab ver!"
Zöhrə Tufanın yaxasından tutub, qan qırmızı gözləri ilə ona baxırdı. "Zöhrə haqlısan amma xahiş edirəm qulaq as."
Zöhrə Tufanın yaxasını buraxıb, salonun ortasında fırlanmağa başladı.
"Bu necə ola bilər axı?! Necə?" O yerində qəfildən dayanıb, Tufana baxdı. "Ceyran məhz buna görə tələsərək, əlimdən açarı alıb, maşınla getti?"
Tufan sadacə təsdiqləyərək başını yellədi..
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...