-siçan var burda.
-nə?
-siçanda siçan. Otağda gəzir.
Elə bil başımnan qaynar sular töküldü.
-Ceyran öldüm mən day.
-Necə yəni öldün Xan??
-heç nə. Siçan yatağa çıxmır. Yıxıl yat.
-bilirəmdə hərhalda. Evdə hərkəs yatıb. Mən WC ə getməliyəm.
- Ceyran siçan sənin 100 də 2 in falandı bilirsəndə bunu?
-sadəcə, travmam var. Qorxuram.
-telefonuvun ışığın tut otağa qaçar onda.
-dəqiq?
-hə.
-telefonu söndürmə onda.
-yaxşı burdayam söndürmürəm. Noldu çıxdın otaqdan?
-hə çıxdım. Çox sağol Xan.
- siçan ilə necə bir travman ola bilər mənə sadəcə o maraqlıdı.
-sonra danışaram öpdüm.
call ended..
Əminəmki son sözü fərqində olmadan demişdi. Bu qız məni öldürəcək. Otağıma çıxıb, direkt yatağıma uzandım. Bir az gözlədim bəlkə yenə zəng edər deyə. Etmədiyini görüb, yattığını düşündüm. Gözümü yumdum.
🔆🔆🔆🔆🔆
Başım partdıyır. Bu nə gündü gözüm çıxdı. Bir dəqiqə saat neçədir? Tez əlimi telefona atıb, saata baxdım. Nə saat 12:30 idi. Tufan bu qədər necə yata bilərsən axmaq. Tez ayağa qalxıb, duşa girdim. Duşa girməsəm heç yerə gedə bilmərəm. Buda adətlərimdən biridi. Duştan çıxıb, əynimi geyindim. Düz qara t-shirtimi geyinib, altımada qara klassik şalvar geyindim. Saatımı sol qoluma taxıb, telefonumu götürdükdən sonra otaqdan çıxdım. Elə bu an qapı zəngi çaldı. Evimə heç kimi çağırmamışdım axı. Qapını açdım. "Salaaam. Çəkil, çəkil. Yatıb, qaldığını təxmin elədim. Və mən də bura gəəldim. Necəyəm? Məncə əlayam." Bu Ceyran idi. Həyəcanla içəri daxil oldu. Ama o qədər sürətli danışırdıki başa düşmürdüm. "Nəfəs al" deyə bilmişdim. O bu gün.. necə deyim bir az fərqli idi ya da mənə elə gəlirdi. Uzun sarımtıl fərqli rənglərin qarışığı yay donu geyinmişdi. Saçını yığmışdı. O saçını yığanda ayrı gözəl görünürdü məncə. "Hey Xaan!? Alo?" Onun səsi məni ayıltı. "Noldu fikirə gettin?" Dedi stəkana su süzərək. "Heç nə" deyə bildim sadəcə. O isə mənə qəribə baxdı. "Yasa getmiriye bir az rəngli geyinərdin heçolmasa" dedi məni başdan ayağa süzərək. Mən qara rəngi sevirdim. Özümədə ən çox qaranı yaraşdırırdım. "Yaraşmıyıb?" Dedim. Bunu bilərək demişdim. Cavabı maraqlı idi. "Yaraşıbe. Niyə yaraşmıyıb? Sadəcə, heç nə." Bıyığaltı güldüm. "Siçan ilə döyüşüvüz necə idi? Qalib kim oldu?" Gülməyə başladım. "Ha ha ha. Çox gülməli. Gülmə." Özümü gücnən tuturdum. Bir az da gülsəm məni boğa bilərdi. Elə baxırdı çünki. "Travmam var mənim. Normal da heç bir heyvandan qorxmuram onsuz." Deyib, qapıya tərəf yönəldi. Onun qolunnan tutub, dayandırdım. Təəccüblə üzümə baxırdı. Böyük gözləri ilə mənə dik dik baxırdı. "Travmavı danışmadan getmiyəcəyik." Dedim ona baxaraq. "Of Tufan" dedi tuttuğum qolunu çəkməyə çalışaraq. Ama bacara bilməmişdi. "Tufan ciddi ola bilməzsən yəqinki?" Dedi mənə baxaraq. Gözlərinin içinə baxırdım. "Ciddiyəm Ceyran." Bu dialoq deyəsən əvvəldə yaşanmışdı. O məğlubiyyəti qəbullanaraq danışmağa başladı. "Yaxşı. Balaca olanda 6-7 yaşım olardı. Evimizdə bir otaq var idi köhnə əşyaların, paltarların olduğu yer. Ora girməyə həmişə qorxardıq. Orda siçanların olduğunuda bilirdik." Ciddiyətlə ona qulağ asırdım. "Zöhrə.. Zöhrə mənə siçanlardan qorxmaq yerinə onları sevməlisən bacı. Dedi. Heyvanları sevməlisən deyib, o otağa kilitlədi məni. O zaman uşaq idik təbiiki. Bunu niyyətinin yaxşı olduğundan etmişdi. 3 saat o otaqda kilitli qalmışdım. Siçanların arasında. Dəfələrcə bacı məni burdan çıxart desəmdə çıxartmamışdı. Hətta yatmışdı deyəsən. Unutmuşdu məni kilitlədiyini. Atam işdə idi. Anam da o gün nənəmgilə getmişdi. Evə gələndə məni ürəyi getmiş şəkildə tapmışdılar. Anam Zöhrəyə heçnə eləməsin deyə bunun sadəcə oyun olduğunu demişdim ona. Çünkü o hələ balaca idi və pis niyyətindən etməmişdi bunu. Sırf siçanları sevə bilim deyə etmişdi. Ama tam tərsi oldu." Dedi buruğ gülümsəmə ilə. Heç nə deyə bilmədim. Hə onun travmasını danışması üçün məcbur ettiyimə görə də özümə lənət oxuyurdum. "Bittisə gedək?" Dedi mənə baxaraq. Pis olduğunu gizləmək üçün gülürdü yalandan. Ama Ceyranı başa düşmək üçün onun gözlərinə baxsaz yetərli idi. Hər şeyi başa düşərdiz. Sadəcə başımı sallaya bilmişdim hə mənasında. Həyətə çıxdıq. Bu gün hava çox günəşli idi. Ceyran öndə gedirdi. Biz çox əks idik bu gün. Ümumiyyətlə sanki, ağ ilə qara kimi idik. Gecə ilə gündüz. Ay ilə günəş. Daha bir çox belə məsəl çəkə bilərdim. O parıldayırdı sanki, mən isə başdan ayağa qara idim. "Xaan" səsi ilə ayıldım. "Hə" dedim. "Birliktə gedəcəyik yoxsa ayrı-ayrı" dedi maşınını göstərərək. "Birliktə gedək mənim maşınım ilə. Səninki burda qalsın sonra götürərsən." Dedim maşına oturaraq. Oda öndə oturdu. "Tamam" demişdi sadəcə. Bu qız niyə hərdəfsində kəmərini taxmağı unudurdu bilmirdim. "Ceyran" ona səsləndiyimdə böyük gözləri ilə həmişəki baxışı ilə çevrilib, mənə baxdı. Nə deyəcəyimi bir anlığına unudacaqdım. Üzümü çevirib, yolda doğru baxaraq,"kəmərini tax" dedim. O isə dediyimi tez etmişdi.
🔆🔆🔆🔆🔆
Ceyranın deyişi ilə;
Yol boyu maşının açıq pencərəsindən qolumu çölə uzatmışdım. Bu gün hava ayrı bi qəşəng idi. Yol bitmişdi. Böyük bir malikanənin qabağında durdu maşın. Sonra Xan'ın işarəsi ilə qapıda gözləyən bodyguardlar qapını açmaq düyməyə basdılar. Böyük dəmir qapı açıldı. Xan maşını malikanənin həyətinə sürdü. İçəridə tam tamına 3 maşın var idi. Hamısıda bir-birinnən bahalı. Bir az gərilmişdim açığı. "Atam anamgilə bizim haqqımızda danışıb çox güman nəsə. Narahat olacaq bir şey yoxdu yəni. Ailəmin digər üzvləri atam kimi deyillər." Dedi Xan ciddi səs tonu ilə. İçimdə sadəcə ümid edirəm deyə bilmişdim. Maşından düşdük. Yavaş addımlarla qapıya doğru gedirdik. Xan öndə idi. Mən də onun arxası ilə hara gedirsə ora gedirdim. Ev xaricdən çox qəşəng görsənirdi. Baxan kimi bir memarın evi olduğu bilinirdi.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Ficción General-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...